Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3135/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.03.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 26.04.2022-ci il tarixinə yaranmış 211.2 manat əsas borc, 31.6 manat cərimə borcu, cəmi 242.8 manat, 13.11.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 596.2 manat əsas borc, 89.4 manat cərimə borcu, cəmi 685.6 manat olmaqla, ümumilikdə 928.4 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh (Həsənova) Cavabdeh Elmn qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış 20.03.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuuncu aldığı “Apple” markalı qulaqlığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla, cəmi 512.2 manat, 13.11.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “SONNY” markalı oyun konsoluna görə 18 ay ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla cəmi 1346.2 manat, ümumilikdə hər iki müqavilə üzrə 1858.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 20.03.2021-ci il tarixli müqavilə üzrə 06.12.2021-ci il tarixinə 43 manat, 13.11.2020-ci il tarixli müqavilə üzrə 15.09.2021-ci il tarixində 168.4 manat və hər iki müqavilə üzrə qalıq qalmış 807.4 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1211.1 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1211 manat təşkil etdiyi humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 121 manat İddiaçı MMCyə ödənilməlidir. Bununla da cavabdeh 26.04.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 20.03.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 211.2 manat əsas, 31.6 manat cərimə,cəmi 242.8 manat, 13.11.2020-ci il tarixli 010700100saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 596.2 manat əsas, 89.4 manat cərimə,cəmi 685.6 manat, ümumilikdə borcu hər iki müqavilə üzrə 928.4 manat təşkil etmişdir. Cavabdeh X1 məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.11.2020-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən nisyə aldığı SONNY” markalı oyun konsoluna görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla cəmi 1346.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 13.11.2020-ci il tarixli müqavilə üzrə 15.09.2021-ci il tarixində 168.4 manat ödəniş etmişdir. İş materiallarında olan 20.03.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən nisyə aldığı “Apple” markalı qulaqlığa görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla cəmi 512.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 20.03.2021-ci il tarixli müqavilə üzrə 06.12.2021-ci il tarixində 43 manat ödəniş etmişdir. İş materiallarında olan «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, 13.11.2020-ci il tarixli və 20.03.2021ci il tarixli müqaviləüzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan 16.05.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.03.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 26.04.2022-ci il tarixinə yaranmış 211.2 manat əsas borc, 31.6 manat cərimə borcu, cəmi 242.8 manat borc, 13.11.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 596.2 manat əsas borc, 89.4 manat cərimə borcu, cəmi 685.6 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək cərimə pulu azaldılmalı, 20.03.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borca hesablanmış 31.6 manat cərimə borcu 20 manat müəyyən edilməli, 13.11.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə borca hesablanmış, 89.4 manat cərimə borcu 50 manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, 13.11.2020ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 596.2 manat əsas borc, 50 manat cərimə, 20.03.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 211.2 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 877,4 (səkkiz yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13.11.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 596.2 (beş yüz doxsan altı manat iyirmi qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, 20.03.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 211.2 (iki yüz on bir manat iyirmi qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 877,4 (səkkiz yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul iddiaçı «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3135/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3135/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver