Məhkəmə qərarları › İş №e-2(004)-3137/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3137/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3137/2022 17.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 147.7 manat əsas, 22.1 manat cərimə, cəmi 169.8 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 232 manat əsas 34.8 manatcərimə, cəmi 266.8 manat, xx.xx.2021-ciiltarixli ********* saylımüddətli(nisyə)alqı-satqı müqaviləsinə əsasən, 232 manatəsas, 34.8 manat cərimə, cəmi 266.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 776.7 manat əsas, 116.5 manat cərimə, cəmi 893.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 298.7 manat əsas, 44.8 manat cərimə, cəmi 343.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, 751.1 manat əsas, 112.6 manat cərimə, cəmi 863.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 698.6 manat əsas, 104.7 manat cərimə, cəmi 803.3 manat, ümumilikdə 3607.1(üç min altı yüz yeddi manat on qəpik) manat borcun və 56.10 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “XİAOMİ REDMİ NOTE 9” markalımobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 30 manat olmaqla cəmi 537.7 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “XİAOMİ REDMİ NOTE” markalı mobil telefona görə 24 ay ödəniş cədvəli üzrə hər 24 manat olmaqla cəmi 576 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ REDMİ NOTE” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 40 manat olmaqla cəmi 472 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu,aldığı “XİAOMİ REDMİ NOTE” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 49 manat olmaqla cəmi 874.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ REDMİ NOTE“markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 44 manat olmaqla cəmi 518.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ REDMİ NOTE” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 45 manat olmaqla cəmi 796.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ REDMİ NOTE” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 39 manat olmaqla cəmi 698.6 manat, ümumilikdə yeddi müqavilə üzrə 4473.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2020-ci il tarixlimüqavilə üzrə xx.xx.2021-ci il tarixində 30 manat, xx.xx.2020-ci il tarixlimüqavilə üzrə xx.xx.2021-ci il tarixində 27 manat, xx.xx.2021-ci il tarixlimüqavilə üzrə xx.xx.2021-ci il tarixində 40 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 49 manat, xx.xx.2021-ci il tarixlimüqavilələr üzrə xx.xx.2021-ci il tarixində 44 manat, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə xx.xx.2021-ci il tarixində 45 manat, xx.xx.2021-ci il tarixlimüqavilələr üzrə heç bir ödəniş etməmiş və yeddi müqavilə üzrə qalıq qalmış 3136.8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 4705(dörd min yeddi yüz beş) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə hesablanmış cərimə məbləğinin miqdarı hər altı müqavilə üzrə 4705 manat təşkil etdiyi humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 470.3 manat İddiaçı MMC-yə ödənilməlidir.Bununla da cavabdeh xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu xx.xx.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən147.7 manat əsas, 22.1 manat cərimə, cəmi 169.8 manat,xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 232 manat əsas 34.8 manat cərimə, cəmi 266.8 manat, xx.xx.2021ci il tarixli ********* saylı müddətli (nisyə)alqı-satqı müqaviləsinə əsasən, 232 manat əsas, 34.8 manat cərimə, cəmi 266.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 776.7 manat əsas, 116.5 manat cərimə, cəmi 893.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 298.7 manat əsas, 44.8 manat cərimə, cəmi 343.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 751.1 manat əsas, 112.6 manat cərimə, cəmi 863.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 698.6 manat əsas, 104.7 manat cərimə, cəmi 803.3 manat, ümumilikdə borcu yeddi müqavilə üzrə 3607.1(üç min altı yüz yeddi manat on qəpik)manat təşkil etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən nisyə aldığı “XİAOMİ REDMİ NOTE 9 4GB” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 30 manat olmaqla cəmi 537.7 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 30 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən nisyə aldığı “XİAOMİ REDMİ NOTE 8 4GB” markalı mobil telefona görə 24 ay ödəniş cədvəli üzrə hər 24 manat olmaqla cəmi 576 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 27 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdehoğlu"xxxx" MMC-dən nisyə aldığı “XİAOMİ REDMİ NOTE” 9T 4GB markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 40 manat olmaqla cəmi 472 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 40 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən nisyə aldığı “XİAOMİ REDMİ NOTE” 10S 6GB markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 49 manat olmaqla cəmi 874.7 manat, ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 49 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən nisyə aldığı XİAOMİ REDMİ NOTE 9T 4GB markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 44 manat olmaqla cəmi 518.7 manat, ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 44 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən nisyə aldığı “XİAOMİ REDMİ NOTE 10S 6GB” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 45 manat olmaqla cəmi 796.1 manat, ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 45 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən nisyə aldığı “XİAOMİ REDMİ NOTE 10S 6GB” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 39 manat olmaqla cəmi 698.6 manat, lakin müqavilə üzrə heç bir ödəniş etməmişdir. İş materiallarında olan «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqaviləüzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 56.10 (əlli altı manat on qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 147.7 manat əsas, 22.1 manat cərimə, cəmi 169.8 manat, xx.xx.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 232 manat əsas 34.8 manatcərimə, cəmi 266.8 manat, xx.xx.2021-ci iltarixli ********* saylı müddətli(nisyə)alqısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu, 232 manatəsas, 34.8 manat cərimə, cəmi 266.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu, 776.7 manat əsas, 116.5 manat cərimə, cəmi 893.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 298.7 manat əsas, 44.8 manat cərimə, cəmi 343.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu, 751.1 manat əsas, 112.6 manat cərimə, cəmi 863.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hec bir borc ödənilməmişdir, 698.6 manat əsas, 104.7 manat cərimə, cəmi 803.3 manat. Cəmi 3607.1(üç min altı yüz yeddi manat on qəpik) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək cərimə pulu azaldılmalı, xx.xx.2020-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca hesablanmış 31.6 manat cərimə borcu 10 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca hesablanmış 34.8 manat cərimə borcu 20 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca hesablanmış 34.8 manat cərimə borcu 20 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca hesablanmış 116.5 manat cərimə borcu 60 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləsi üzrə əsas borca hesablanmış 44.8 manat cərimə borcu 20 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca hesablanmış 112.6 manat cərimə borcu 60 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə əsas borca hesablanmış 104.7 manat cərimə borcu 50 manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, xx.xx.2020ci il tarixli ********* saylı müqavilə üzrə 147.7 manat əsas, 10 manat cərimə, cəmi 157.7 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən, 232 manat əsas 20 manat cərimə, cəmi 252 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən, 232 manat əsas, 20 manat cərimə, cəmi 252 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən, 776.7 manat əsas, 60 manat cərimə, cəmi 836.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 298.7 manat əsas, 20 manat cərimə, cəmi 318.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən, 751.1 manat əsas, 60 manat cərimə, cəmi 811.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) müqaviləyə əsasən, 698.6 manat əsas, 50 manat cərimə, cəmi 748.6 manat olmaqla, ümumilikdə 3376,8 (üç min üç yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 56.10 (əlli altı manat on qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən, 147.7 manat əsas, 10 manat cərimə, cəmi 157.7 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən, 232 manat əsas, 20 manat cərimə, cəmi 252 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən, 232 manat əsas, 20 manat cərimə, cəmi 252 manat, xx.xx.2021ci il tarixli ********* saylı müqaviləyə əsasən, 776.7 manat əsas, 60 manat cərimə, cəmi 836.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 298.7 manat əsas, 20 manat cərimə, cəmi 318.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən, 751.1 manat əsas, 60 manat cərimə, cəmi 811.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) müqaviləyə əsasən, 698.6 manat əsas, 50 manat cərimə, cəmi 748.6 manat olmaqla, ümumilikdə 3376,8 (üç min üç yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində pul iddiaçı «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə ödənilmiş 56.10 (əlli altı manat on qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar