Məhkəmə qərarları › İş №e-2(004)-3143/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3143/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3143/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı MMC – nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, 11.11.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 27.04.2022-ci il tarixinə yaranmış borcu 59 manat əsas, 8,8 manat cərimə, cəmi 67,8 manat; 07.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 244.9 manat əsas, 36.7 manat cərimə, cəmi 281.6 manat; 10.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 204.9 manat əsas, 30.7 manat cərimə, cəmi 235.6 manat; 06.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 16 manat əsas, 2.4 manat cərimə, cəmi 18.4 manat; 15.05.2021-ci il itarixh ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 70 manat əsas, 10.5 manat cərimə, cəmi 80.5 manat, ümumilikdə 683.9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı APPLE" markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər 33 manat olmaqla cəmi 389 manat; 07.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "TEFAL" markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər 17 manat olmaqla cəmi 295.9 manat; 10.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "JBL" markalı səs ucaldıcıya görə 12 ay ödəniş cədvəli iizrə hər 23 manat olmaqla cəmi 273.9 manat; 06.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "CASİO" markalı qol saatına görə 6 ay ödəniş cədvəli üzrə hər 16 manat olmaqla cəmi 96 manat; 15.05.2021-ci il tarixli ********* saçlı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “HONOR” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər 9 manat olmaqla, cəmi 106 manat ümumilikdə beş müqavilə üzrə 1160.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 11.11.2020-ci il tarixli müqavilə üzrə 04.03.2021-ci il tarixində 33 manat, 07.06.2021-ci il tarixli müqavilə üzrə 04.03.2022-ci il tarixində 17 manat, 10.06.2021-ci il tarixli müqavilə üzrə 04.03.2022-ci il tarixində 23 manat, 06.04.2021-ci il tarixli müqavilə iizrə 16.09.2021-ci il tarixində 16 manat, 15.05.2021-ci il tarixli müqavilələr üzrə 04.03.2022-ci il tarixində 9 manat ödəniş etmiş və beş müqavilə üzrə qalıq qalmış 594.8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu beş müqavilə iizrə 892.1 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər beş müqavilə üzrə 892.1 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, cəmi 89.1 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 27.04.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 11.11 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 59 manat əsas, 8.8 manat cərimə, cəmi 67.8 manat; 07.06.2021-ci il tarixli ********* müddətli nisyə) alqı-satqı müqaxiləsinə əsasən. 244.9 manat əsas, 36.7 manat cərimə, cəmi 281.6 manat; 10.06.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 204.9 manat əsas, 30.7 manat cərimə, cəmi 235.6 manat; 06.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 16 manat əsas, 2,4 manat cərimə, cəmi 18.4 manat; 15.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 70 manat əsas, 10.5 manat cərimə, cəmi 80.5 manat olmaqla, beş müqavilə üzrə borcu 683.9 manat təşkil etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 11.11.2020-ci il tarixdə dəyəri 389 manat olan 1 ədəd "Apple" markalı qulaqcığın alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. Həmçinin, iddiaçı ilə Cavabdeh arasında 07.06.2021-ci il tarixdə dəyəri 295,9 manat olan 1 ədəd "Tefal" markalı ütünün alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. Həmçinin, iddiaçı ilə Cavabdeh arasında 10.06.2021-ci il tarixdə dəyəri 273,9 manat olan 1 ədəd "JBL" markalı səs ucaldıcının alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. Həmçinin, iddiaçı ilə Cavabdeh arasında 06.04.2021-ci il tarixdə dəyəri 96 manat olan 1 ədəd "CASİO" markalı qol saatının alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. Həmçinin, iddiaçı ilə Cavabdeh arasında 15.05.2021-ci il tarixdə dəyəri 106 manat olan 1 ədəd "HONOR" markalı qulaqcığın alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. İş materiallarında olan 11.11.2020-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 11.11.2020-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd "Apple" markalı qulaqcıq tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan 07.06.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 07.06.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd "Tefal" markalı ütü tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan 10.06.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 10.06.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd "JBL" markalı səs ucaldıcı tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan 06.04.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 06.04.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd "CASİO" markalı qol saatı tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan 15.05.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 15.05.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd "HONOR" markalı qulaqcıq tam qüsursuz halda alıcıya təhvil verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilən əşyaların alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyaların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyaları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyaları ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun tərəf olduğu müqavilələr üzrə iş materiallarında olan arayışa əsasən 27.04.2022-ci il tarixədək "xxxx" MMC-yə 11.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 59 manat əsas, 8,8 manat cərimə, cəmi 67,8 manat; 27.04.2022-ci il tarixədək 07.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 244,9 manat əsas və 36,7 manat cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5 müqavilə üzrə ümumilikdə 683,9 manat məbləğində pul alınaraq İddiaçı MMCnin xeyrinə ödəniməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.11.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 59 (əlli doqquz) manat, cərimə borcu üzrə 8,8 (səkkiz manat səksən qəpik) manat, cəmi 67,8 (altmış yeddi manat səksən qəpik) manat; 07.06.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 244,9 (iki yüz qırx dörd manat doxsan qəpik) manat, cərimə borcu üzrə 36,7 (otuz altı manat yetmiş qəpik) manat, cəmi 281,6 (iki yüz səksən bir manat altmış qəpik) manat; 10.06.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 204,9 (iki yüz dörd manat doxsan qəpik) manat, cərimə borcu üzrə 30,7 (otuz manat yetmiş qəpik) manat, cəmi 235,6 (iki yüz otuz beş manat altmış qəpik) manat; 06.04.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 16 (on altı) manat, cərimə borcu üzrə 2,4 (iki manat qırx qəpik) manat, cəmi 18,4 (on səkkiz manat qırx qəpik) manat və 15.05.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 70 (yetmiş) manat, cərimə borcu üzrə 10,5 (on manat əlli qəpik) manat, cəmi 80,5 (səksən manat əlli qəpik) manat olmaqla, ümumilikdə 5 müqavilə üzrə 683,9 (altı yüz səksən üç manat doxsan qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar