Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-315/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1, onun qanuni nümayəndəsi və eyni zamanda Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mirası qəbul etmiş vərəsələri Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, CL-EE000579432 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1956,96 manat əsas borcu, 1,84 manat faiz borcu və 1,84 manat cərimə borcu olmaqla, cəmi 1960,64 manat məbləğində vəsaitin, ödənilmiş 39,60 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli, CL-EE000579432 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə illik 16,9 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №313482 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1187 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh2 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 1956,96 manat əsas borcu, 1,84 manat faiz borcu və 1,84 manat cərimə borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-23360/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qanuni nümayəndəsi və eyni zamanda digər Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, həyat yoldaşı rəhmətə gedəndən sonra onun vərəsələri kimi o və azyaşlı oğlu tanınmışlar. Həyat yoldaşının miras əmlakı son haqq hesab pul məbləğindən ibarət olmuşdur. O, həmin pulu özü xəstə olduğu üçün müalicəsinə xərcləmişdir, hal-hazırda həyat yoldaşının borcunu ödəməyə onun maddi imkanı yoxdur. Məhkəmədən qətnamə qəbul edilərkən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000579432 saylı kredit müqaviləsinə əsasən, bank sonuncuya 36 ay müddətinə illik 16,9 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit vermişdir. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sonuncunun qanun üzrə vərəsələri kimi tanınaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonuncular (həyat yoldaşından və atasından qalan) miras əmlakı qəbul etmişlər. Cavabdehlər müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. İddiaçı, tərəfdən təqdim edilmiş arayışa əsasən borclunun kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 1956,96 manat əsas borcunun olması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X3 qanun üzrə vərəsələri kimi tanınaraq onlara mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verildiyindən, cavabdehlər miras qoyanın borcunu kreditorlara münasibətdə tam olaraq ödəməyə borclu olduqlarından sözü gedən pul məbləği də, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olanlar: arvadı Cavabdeh2 (AZE********, xx.xx.2018 – Asan 3-2, FİN:xxxxxxx, d/t:xx.xx.1980) və azyaşlı oğlu Cavabdeh1dur (AZE********, xx.xx.2016 – Asan 3-2, FİN:xxxxxxx, d/t:xx.xx.2008) və onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Yasamal Rayon Dövlət X1 xx.xx.2023-cü il tarixli, № 3-18-157/2- 142/2023-li arayışına əsasən mərhum X3 adına ödəniləcək son haqq hesab 3123,01 manat pul məbləğindən ibarətdir. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci madddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi vasitəsi ilə) müştərək qaydada xx.xx.2022-ci il tarixli, CL-EE000579432 saylı kredit müqaviləsi üzrə 1956,96 (bir min doqquz yüz əlli altı manat 96 qəpik) manat əsas borc, 1,84 (bir manat 84 qəpik) manat faiz borcu, 1,84 (bir manat 84 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1960,64 (bir min doqquz yüz altmış manat 64 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 39,60 (otuz doqquz manat 60 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi vasitəsi ilə) müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi vasitəsi ilə) müştərək qaydada xx.xx.2022-ci il tarixli, CL-EE000579432 saylı kredit müqaviləsi üzrə 1956,96 (bir min doqquz yüz əlli altı manat 96 qəpik) manat əsas borc, 1,84 (bir manat 84 qəpik) manat faiz borcu, 1,84 (bir manat 84 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1960,64 (bir min doqquz yüz altmış manat 64 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 39,60 (otuz doqquz manat 60 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (qanuni nümayəndəsi vasitəsi ilə) müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-315/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-315/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver