Məhkəmə qərarları › İş №e-2(004)-3152/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3152/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3152/2024 20.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3865,92 manat məbləğində zərərin və 58,66 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3924,58 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində AKX-06142xx/xx-2024 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2799,36 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 466,56 manat Cəmi 3913,92 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 64,80 manat zərərdən cavabdeh 48 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 3865,92 manat təşkil etməkdədir. Həmçinin nəzərinizə çatdırırıq ki, cavabdehin 2019-cu ilin mart ayınadək xx.xx.2019-cu il tarixli, 2(001)-4710/2019 saylı qətnamə mövcüddür. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın əsassız olması səbəbilə təmin edilməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent qismində Cavabdeh arasında xx.xx.2024-cü il tarixində AKX-0614204/02- 2024 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; - xx.xx.2022- ci il tarixli ******* saylı akt əsasında 2799,36 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 466,56 manat Cəmi 3913,92 manat məbləğində İddiaçı İB-yə ödənilməsi Cavabdeh tələb edilir. Hal hazırda hesab olunur ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi həcmdə qazdan artıq istifadə etməyi barədə heç bir mütəxəssis araşdırması aparılmadan gözəyarı rəqəm yazılmışdır. Sayğac mənzilin içərisində deyil, çöldə yerləşdiyindən ona edilmiş müdaxilənin (əgər belə hal həqiqətən də mövcuddursa) kimin tərəfindən edilməsi ona məlum deyildir. Bu səbəblərə görə də, İddiaçı İB-in qeyd olunan hadisənin baş verməsində birbaşa onu günahlandırması tamamilə əsassız və qanunsuzdur. Bundan başqa İddiaçı əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılması hüquq verən müvafiq normativ-hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X1”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X1”nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Sayğacın mexanizminin hesablamaması və sair qüsurlar mənim təqsirim ucbatından ola bilməz. Sayğac istismar müddəti keçsə də cavabdeh orqan tərəfindən bu hallar nəzərə alınmayaraq istismar müddəti keçərək bəlkə də öz texniki qüsurları yaranmış sayğacın qüsurlarını kiminsə üzərinə öhdəlik kimi qoymaq istəyirlər. Göründüyü kimi mövcud qanunvericilik istehlakçı tərəfindən istehlak olunan təbii qazın dəyərinin düzgün hesablanmamasına görə məsuliyyətin bilavasitə paylayıcının üzərində olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bu səbəbdən mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, lakin tələb olunan məbləğlə razı olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AKX-06142xx/xx-2024 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsinə əsasən, paylayıcı İddiaçı İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2019cu il tarixli Akta əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 3 ünvanında qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/ saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 648 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2020ci il tarixli Akta əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında rezin boru birləşdirməklə sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, stehlakçı Cavabdeh məxsus ünvan 3 ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün , QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/ saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 5832 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında aparılmış yoxlama nəticəsində İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli Aktda aşkar olunmuş nöqsanlar barədə heç bir qeyd aparılmamışdır. İş materiallarında olan İddiaçı İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2022–ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 3 ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün , QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/ saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 23328 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2023cü il tarixli Akta əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023–cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 3 ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün , QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/ saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3888 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən abonent kodu **********00000 olan Cavabdeh ünvan 2 ünvanda qalıq və aktlar üzrə qaz sərfiyyatına görə borcu xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2799,36 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 466,56 manat məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “vətəndaşların qanunsuz hərəkətləri barədə” məktublara əsasən, İddiaçı İB tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə müraciət olunaraq, siyahıda adları çəkilən, o cümlədən, Cavabdeh qeyriqanuni əməllərinin qarşısının alınması məqsədi ilə istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1–ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Qeyd olunan maddə 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda,yəni 5500 manatadan yuxarı olmayan məbləğdə ziyan vuruulduqda), cinayət tərkibinin əlamətləri olduqda (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndində də müəyyən edilmişdir. Ona görə də 2022-ci ilin mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq hakimiyyət orqanına və ya cinayət təqibi orqanına təqdim edildikdə istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edildikdən sonra istehlakçının şəxsi hesabına borc kimi yazılaraq tələb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının: 1.3-cü maddəsinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. 1.4-cü maddəsinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar 4.9-cu maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4-cü maddəsinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. İddiaçı İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Məhkəmə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1– ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə əlavə edilmiş dəyişikliklərin 01 may 2022-ci il tarixdən qüvvəyə minməsini nəzərə alaraq hesab edir ki, İddiaçı İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə istehlakçı Cavabdeh qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilməz, buna görə də iddia həmin aktlar üzrə hesablanmış maddi zərər hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1–ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə əlavə edilmiş dəyişikliklərin 01 may 2022-ci il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq hesab edir ki, İddiaçı İB tərəfindən həmin dövrədək tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış maddi zərər hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə qaz işlədicilərinin sərfiyyatı PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün (1,2x6x30=216 m3), radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (0.8x18x30=432 m3), cəmi 648 m3, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə qaz işlədicilərinin sərfiyyatı PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, (1.2x24x90=3592 m3), QSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (1.5x24x90=3240 m3), cəmi 3240 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının 6.5-2-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanır. Həmin Qərarın 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanır. Qanunvericiliyin tələblərinə əsasən, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə qaz işlədicilərinin sərfiyyatı PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün (1,2x6x30=216 m3), radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (0.8x18x30=432 m3), cəmi 648 m3 (aktda hesablamalar olduğu kimi saxlanılır), xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə qaz işlədicilərinin sərfiyyatı PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün, (1.2x12x90=1296 m3), QSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (1.5x12x90=1620 m3), cəmi 2916 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdeh törətdiyi mülki hüquq pozuntusu həcmində mülki hüquqi məsuliyyətə cəlb edilməlidir. Əks yanaşma cavabdehin qaz istehlakçısı olaraq hüquqlarının pozulması ilə nətiəcələnər, yəni törətdiyi mülki hüquq pozuntusundan artıq həcmdə məsuliyyətə cəlb edilməsinə səbəb olacaqdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 648 m3 x 0.10 manat= 64,8 manat, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə 2916 m3 x 0.10 manat = 291,6 manat, cəmi 356,4 manat məbləğində pul tutulmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 64,8 manat məbləğində maddi zərərdən 48 manat məbləğində ödəniş etmişdir. (64,8 – 48 =16,8) Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixli, ******* nömrəli akt üzrə 16,8 manat, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə 291,6 manat, cəmi 308,4 manat məbləğində pul tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 58,66 manat məbləğində pulun 30 manat məbləği cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 16,8 manat (on altı manat səksən qəpik), xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə 291,6 manat (iki yüz doxsan bir manat altmış qəpik), cəmi 308,4 manat (üç yüz səkkiz manat qırx qəpik) məbləğində dəymiş maddi zərər və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar