Məhkəmə qərarları › İş №e-2(004)-3154/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3154/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3154/2024 20.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2177,28 manat məbləğində zərərin və 41,78 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2219,06 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində AKX-0611771/0-2024 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00080 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 103,68 manat Cəmi 2177,28 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur(sözügedən akt iddia ərizəsinə əlavə olunub). Beləliklə, cavabdehin İddiaçı İByə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 2177,28 manat təşkil etməkdədir. Həmçinin nəzərinizə çatdırırıq ki, cavabdehin 2019-cu ilin may ayınadək 600 manat vəsaitin tutulması barədə xx.xx.2020-ci il tarixli, 2(103)-1302/2020 saylı Birliyin xeyrinə qətnamə cıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-in cavabdeh olaraq ona qarşı 2177,28 manat məbləğində zərərin və 41,78 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2219,06 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi və İddiaçı İB tərəfindən ona məxsus **********00080 saylı abonent koduna itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə 2023-cü ilin mart və aprel aylarında hesablanmış 2177,28 manat məbləğində borcun silinməsinə və bu borca görə ondan tutulmuş 123,30 manat məbləğində pul vəsaitinin ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3154/2024 nömrəli qərardadı ilə Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, müvafiq aktların qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AKX-06117xx/xx-2024 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsinə əsasən, paylayıcı İddiaçı İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2023cü il tarixli Akta əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün , radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/ saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 17280 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2023cü il tarixli Akta əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, istehlakçı Cavabdeh məxsus ünvan 2 ünvanında qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 864 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən abonent kodu **********00080 olan Cavabdeh ünvan 2 ünvanında qalıq və aktlar üzrə qaz sərfiyyatına görə borcu 2023-cü ilin mart ayı üçün 2073,6 manat, 2023-cü ilin aprel ayı üçün 103,68 manat məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “vətəndaşların qanunsuz hərəkətləri barədə” məktuba əsasən, İddiaçı İB tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə müraciət olunaraq, siyahıda adları çəkilən, o cümlədən, Cavabdeh qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədi ilə istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1–ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Qeyd olunan maddə 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda,yəni 5500 manatadan yuxarı olmayan məbləğdə ziyan vuruulduqda), cinayət tərkibinin əlamətləri olduqda (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndində də müəyyən edilmişdir. Ona görə də 2022-ci ilin mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq hakimiyyət orqanına və ya cinayət təqibi orqanına təqdim edildikdə istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edildikdən sonra istehlakçının şəxsi hesabına borc kimi yazılaraq tələb edilməlidir. Beləliklə, məhkəmə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1–ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə əlavə edilmiş dəyişikliklərin 01 may 2022-ci il tarixdən qüvvəyə minməsini nəzərə alaraq hesab edir ki, İddiaçı İB tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli və ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktlar üzrə istehlakçı Cavabdeh qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə 41,78 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar