Məhkəmə qərarları › İş №e-2(004)-3159/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3159/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3159/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3492/2019 saylı icra sənədi üzrə yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancından və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması hissəsinin dəyişdirilməsi, tutulmalı olan aliment məbləğinin 2023-cü il üzrə uşaqların yaşayış minimumuna uyğun olaraq hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat həcmində müəyyən edilməsi və həmin sabit pul məbləğində tutulmalı olan aliment məbləğinin uşaqların yetkinlik yaşına çatana qədədər hər il uşaqların yaşayış minimumuna uyğun olaraq artırırılaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 3492/2019 saylı qətnaməsi ilə X11 və Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi tərəfindən) 10 dekabr 2006-cı il tarixdə 4246 №-li akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, 31 mart 2008-ci il təvəllüdlü X4 və 12 avqust 2011-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün X6 yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X4 və 12 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Alimentin tutulması hissəsi ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən xx.xx.2019- cu il tarixində 2(004)-3492/2019 saylı icra vərəqəsi verilmiş və iş hal-hazırda Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən verilmiş arayışdan bəlli olur ki, Cavabdeh xx.xx.2015-ci il tarixindən "xxxx" MMC-də əmək münasibətlərindədir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş 2(004)-3492/2019 saylı icra sənədinin icrasından bəlli olur ki, Cavabdeh əmək haqqı və digər gəlirləri vergilər daxil ***- **** manat arasındadır. Belə ki, icra sənədinin icrası ilə əlaqədar hər ay Cavabdeh əmək haqqı və digər gəlirlərindən 300 (üç yüz) manat məbləğində aliment məbləği tutularaq İddiaçı bank hesabına ödənilir. Keçən müddət ərzində cavabdehin əmək haqqı və digər gəlirlər dəyişikliklər baş vermədiyindən, habelə uşaqlar üçün tutulmalı olan məbləği respublika üzrə bir uşağın yaşayış minumumuna uyğun olduğundan, eyni zamanda keçən müddət ərzində cavabdeh tərəfindən hər-hansı formada uşaqların digər xərclərində (təhsil, səhiyyə, istirahət və.s) iştirak edilmədiyindən sabit pul məbləğində aliment məbləğinin tutulması zərurəti yaranmışdır. Sabit pul məbləğində alimentin tutulması əmək haqqı və digər gəlirləri kimi tutulmalara münasibətdə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından əhəmiyyətli rol oynamaqdadır. Eyni zamanda sonradan iddiaçı tərəfindən yenidən ayrıca icraat qaydasında aliment tələbinə dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsi ilə bağlı müraciətin optimallaşdırılması məqsədi ilə hazırkı iş üzrə sabit pul məbləğində aliment məbləğinin hər il uşaqların minumum yaşayış meyarına uyğun olaraq təmin edilməsi həyata keçirilməlidir. Mövcud mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə iddiası tərəfindən xx.xx.2023-cü il tarixində Bakı 13 saylı Mediasiya təşkilatına müraciət edilsə də, cavabdeh tərəfindən həmin iclasda iştirak edilməmişdir. Buna uyğun olaraq Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixində MŞB/13/2023-00664 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış məhkəməyə təqdim edilmişdir. Qeyd etdiklərinin nəzərə alınıb Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3492/2019 saylı icra sənədi üzrə yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancından və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması hissəsinin dəyişdirilməsi, tutulmalı olan aliment məbləğinin 2023-cü il üzrə uşaqların yaşayış minumuna uyğun olaraq hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat həcmində müəyyən edilməsi və həmin sabit pul məbləğində tutulmalı olan aliment məbləğinin uşaqların yetkinlik yaşına çatana qədər hər il uşaqların yaşayış minimumuna uyğun olaraq artırırılaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 780719 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə X4 anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 780572 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə X5 anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 3492/2019 saylı icra vərəqəsinə əsasən Cavabdeh 30 aprel 2019-cu il tarixdən hesablanmaqla, 31 mart 2008-ci il təvəllüdlü X4 və 12 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay Cavabdeh qazancından və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə uşaqların mənafeyini və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan 31 mart 2008-ci il təvəllüdlü X4 və 12 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı dəyişdirilərək hər bir uşaq üçün 220 manat məbləğində olmaqla ümumilikdə 440 manat müəyyən edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (1/3 hissəsi-cavabdehin maaşının 1/3 hissəsi 990/3=330 manat) isə hazırda uşaqların saxlanılması üçün yetərli olmadığından, uşağın yaşına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsini ilk növbədə uşaqların, daha sonra isə tərəflərin mənafelərinə uyğun hesab edir. Məhkəmə iddia tələbinin sabit pul məbləğində tutulmalı olan aliment məbləğinin uşaqların yetkinlik yaşına çatana qədər hər il uşaqların yaşayış minimumuna uyğun olaraq artırılaraq cavabdehdən iddiaçının xeyrinə tutulmasına münasibətdə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun artması və ya azalması halının müəyyən edilməsi məhkəmənin və ya məhkəmə qətnaməsini icra edən qurumun səlahiyyətində olmadığından sabit pul məbləğində alimentin də ona uyğun olaraq qeyri-müəyyən bir hal üçün uyğunlaşdırılması mümkün deyildir. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh birgə nikahdan olan 31 mart 2008-ci il təvəllüdlü X4 və 12 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəməŞərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3492/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh birgə nikahdan olan 31 mart 2008-ci il təvəllüdlü X4 və 12 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar