Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3170/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Bashiri Behkamın Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Bashiri Behkam Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.100 manat pulun, Ekol Vəkil Bürosuna hazırki iddia üçün ödəmiş olduğu 100 manat pulun, həmçinin 92 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabadeh Cavabdeh 16 iyul 2021-ci il tarixdə ondan 7.100 manat məbləğində borc almışdır. Borclu ilə aralarında bağlanmış borc müqaviləsi Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq edilmişdir. Aralarında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən borc alan – Cavabdeh ondan aldığı 7.100 manat məbləğində borc pulu xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh– Cavabdeh müqavilənin şərtlərini pozaraq 7.100 manat məbləğində borcu qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Tərəfindən cavabdehə ona borclu olduğu pul məbləğinin ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, borclu bu günə kimi ona olan 7.100 manat məbləğində borcunu qaytarmamışdır. Borcunu tələb etmək üçün qanunla müəyyən edilmiş hüquqlardan istfadə etməklə Ekol Vəkil Bürosu ilə 19 aprel 2023-cü il tarixli, 98 nömrəli müqavilə bağlamaqla 100 manat pul ödəmişdir. Bağladığı müqaviləyə əsasən Büronun hesabına ödədiyi 100 manat da cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndəizahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı İran İslam Respublikasının vətəndaşı olsa da əslən azərbaycanlıdır. İddiaçı 16 iyul 2021-ci il tarixdə cavabdehlə bağlanmış müqavilə əsasında ona 7100 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcunu xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyi icra etməmişdir. Bundan sonra iddiaçı cavabdehlə əlaqə saxlamağa çalışsa da cavabdeh bundan yayınmışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Bashiri Behkam (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə 7100 manat məbləğində borc vermiş, borc alan isə krediti xx.xx.2021-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bashiri Behkam ilə “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında 98 saylı müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə qarşılıqlı razılıqla müəyyən olunmuş 100 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bashiri Behkam 100 manat məbləğində vəsaiti “Ekol” Vəkil Bürosunun hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən müəyyən olunur ki, Bashiri Behkam 92 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bashiri Behkam (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə 7100 manat məbləğində borc vermiş, borc alan isə krediti xx.xx.2021-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş nəzərdə tutulan məbləği borc verənə qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu borc alandan tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, Cavabdeh 7100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bashiri Behkama ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsinə görə 100 manat və ödənilmiş 92 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bashiri Behkama ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 7100 (yeddi min yüz) manat məbləğində pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 92 (doxsan iki) manat məbləğində pul tutularaq iddiaçı Bashiri Behkama ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3170/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3170/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver