Məhkəmə qərarları › İş №e-2(004)-3176/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3176/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3176/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 MMC və X1rşı “mənzildən istifadə hüququnun tanınması, mənzilə dair maliyyə arayışın, ümumi yığıncağın qərarının və çıxarışın cavabdeh X3 verilməməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 MMC və X1rşı “mənzildən istifadə hüququnun tanınması, mənzilə dair maliyyə arayışın, ümumi yığıncağın qərarının və çıxarışın cavabdeh X3 verilməməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə alınmış məlumatlardan görünür ki, cavabdeh qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 13 ünvanında qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə alınmış məlumatlardan görünür ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 MMC Qobustan rayonu, Qobustan şəhəri ünvanında qeydiyyatdadır. İş üzrə digər cavabdeh X2 anket məlumatları və şəxsiyyəti, yaşayış yeri (qeydiyyat), pasport məlumatları iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iş materiallarına əsasən iddia olunur ki, X4 Rusiya Federasiya vətəndaşıdır. Məhkəmə hesab edir ki, mübahisə predmeti mənzil Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşsə də, iddia tələbi üzrə müstəsna aidiyyat tətbiq edilə bilməz. Belə ki, iddia tələbinin hüquqi və faktiki əsasları Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsi ilə eynilik təşkil etmir. Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin dispozitiv şərtləri hazırki mülki iş üzrə müəyyən edilmir. Belə ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq xüsusatları iddia ərizəsi üzrə müəyyən edilmir. Bu səbəbdən, iddia ərizəsi ümumi qaydada cavabdeh(lər)in yerləşdiyi yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə Azərbaycan Respublikası MPM-in 39-cu maddəsində qeyd olunan xüsusatlar nəzərə alınmaqla müstəsna aidiyyət qaydaları müəyyən edilmədiyindən, cavabdehlərdən X2 qeydiyyat ünvanı və ya Azərbaycan Respublikasındakı son qeydiyyat və ya yaşayış ünvanı barədə sənədlər iddiaya əlavə edilmədiyindən, digər cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 13 ünvanında, Cavabdeh2 MMC-nin isə qeydiyyat ünvanı Qobustan rayonu, Qobustan şəhəri olduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu İddiaçı2 geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 MMC və X1rşı “mənzildən istifadə hüququnun tanınması, mənzilə dair maliyyə arayışın, ümumi yığıncağın qərarının və çıxarışın cavabdeh X3 verilməməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı2 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar