Məhkəmə qərarları › İş №e-2(004)-3190/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3190/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3190/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022 tarixli borc müqaviləsinin 8-ci bəndinə əsasən yaranmış borcun tam məbləğdə ödənilməli olduğu halda, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş 3.000 manat (üç min) manat borc məbləğinin ödənilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022 tarixli borc müqaviləsinə əsasən Cavabdeh 3000 manat (üç min) borc pul təqdim edilmişdir və xx.xx.2023-cü il tarixinədək borcu geri ödəyəcəyi haqqında razılığa gəlinmişdir. Lakin Cavabdeh müqavilə tarixindən 1 il 11 ay müddət keçməsinə baxmayaraq borc məbləğini bugünədək ödəməmişdir. Həmin müqavilələrin 2-ci bəndinə əsasən borc verən bu pulu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. Borc məbləğlərinin ödənilməsi ilə bağlı Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş. Lakin Cavabdeh tərəfindən həmin məktuba cavab verilməmişdir.Cavabdehin belə hərəkəti (hərəkətsizliyi) və müqvilə öhdəliklərinin icrasının vaxtının ləngidilməsi İddiaçının maddiiqtisadi fəaliyyətinə zərər vurmaqdadır. Cavabeh Cavabdeh məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə aralarıda xx.xx.2022-ci ildə 3000 manat üçün borc müqaviləsi bağlanmışdır. Lakin o, iddia ilə razı deyil. Belə ki, pulun bir hissəsini 1700 manat onu iddiaçı ilə tanış edən, oların qohumu olan Yusif adlı şəxsə 2023-cü ilin iyun ayında nağd qaytarmışdır. Avqust və sentyabr aylarında 1300 manat ona təqdim edilən kart hesablarına göndərmişdir. Onunla əvvəllər tanışlıq olmadığı halda niyə ona 3000 manat borc verilməsi sual doğurmalıdır və bu günə qədər niyə pulun ödənilməsi ilə bağlı o, xəbardarlıq olunmamışdır. Acıqlaması odur ki, iddiaçının qohumu Yusif vasitəçi olmuşdur və o, pulu Yusifə qaytarmışdır. Eyni zamanda onlara dirər xidmətlər görtərmişdir. Ona görə də bu günə qəqər heç kim tərəfindən ona pulun qaytarılması ilə əlaqədar xəbərdarlıq edilməyib. Onun onlara borcu yoxdur. İddiaçının sübut növü olaraq məhkəməyə təqdim etdiyi bank cıxarışı reallığı əks etdirmir, çünki ona o zaman Yusif adlı qohumları leo bank kartı təqdim edib və o da ora önəniş etmişdir. Ödəniş qəbzi qalmayıb sadəcə xatırlayır ki, leo kart olub. O, vicdanla ona təqdim etdikləri karda ödənişi etmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mühasib olduğu üçün kartına daxil olan məbləğlərin sayı, yəni dövriyyə çox görünür. 3000 manat pulu notariusda nəğd şəklində cavabdehə vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Yusif adlı tanışı yoxdur. xx.xx.2023-cü ildə cavabdeh tərəfindən onun kartına 200 manat pul köçürülmüşdür. Cavabdeh tərəfindən onun kartına bundan başqa pul köçürürlməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş, lakin məhkəmə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, səhhətilə əlaqədar olaraq keçiriləcək məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, ona qarşı irəli sürülən tələblə ilə bağlı etirazını qanuni və əsaslı saydığını bildirmiş, keçiriləcək bütün məhkəmə proseslərinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. "Borc verən" İddiaçı ilə "Borc alan" Cavabdeh arasında Bakı şəhəri 15 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-1102 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsidən görünür ki, "Borc verən" "Borc alana" 3000 (üç min) manat məbləğində pul borc verməyi, "Borc alan" krediti xx.xx.2023 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus 416973******1087 nömrəli ödəniş kartı üzrə xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə həmin bank kartına 200 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2-ci maddəsinə əsasən Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli borc müqaviləsidən görünür ki, "Borc verən" "Borc alana" 3000 (üç min) manat məbləğində pul borc verməyi, "Borc alan" krediti xx.xx.2023 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin iddiaçıya olan borcundan 1700 manat iddiaçının qohumu olan Yusif adlı şəxsə 2023-cü ilin iyun ayında nağd qaytarması, avqust və sentyabr aylarında 1300 manat ona təqdim edilən kart hesablarına göndərməsi ilə bağlı etiraz ərizəsində qeyd etdiklərinə münasibətdə məhkəmə bildirir ki, cavabdeh tərəfindən həmin məbləğlərdə borcun ödənilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, iddiaçının təqdim etdiyi kart hesabından çıxarışdan görünür ki, 2023-cü ilin avqust və sentyabr aylarında cavabdeh tərəfindən 1300 manat məbləğində pul köçürülməmiş, yalnız xx.xx.2023-cü il tarixində 200 manat məbləğində pul köçürülməsi həyata keçirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia borcun məbləğinə münasibətdə qismən əsaslı olduğundan cavabdehdən borc müqaviləsi üzrə 2800 manat məbləğində borc pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 2800 (iki min səkkiz yüz) manat məbləğində borc pul və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 2800 (iki min səkkiz yüz) manat məbləğində borc pul və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar