Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3212/2024 01.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Balababa oğlunun cavabdehlər "xxxx" MTK, X12 və Cavabdeh2 qarşı "qeyriyaşayış sahəsinə yönələn maneələrənin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Balababa oğlu cavabdehlər "xxxx" MTK, X12 və Cavabdeh2 qarşı "qeyriyaşayış sahəsinə yönələn maneələrənin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi; cavabdehlər tərəfindən X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadəyə yönəldilən maneələrə son qoyulması, cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tanışı X3 məsləhəti ilə "Yeni Yasamal” MTK tərəfindən tikilən qeyri-yaşayış sahəsinin təcili, bazar qiymətindən aşağı satışda olduğunu bildirmiş və ofisdə özünü MTK-nın rəhbəri kimi təqdim edən X8 ilə görüşüblər. Alışov Sadiq obyekti xeyli tərifləyəndən sonra bildirmişdir ki, obyektin satış qiymətindən əlavə İslam 5000 (beş min) AZN-da ödəməklə obyektin birdəfəlik sahibi ola bilər. Belə ki, "xxxx" MTK-nın ofisində özünü MTK-nın rəhbəri kimi təqdim edən X8 ilə 2017-cİ tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin qeyri-yaşayış sahəsini uzun müddət Abbasquliyev Rasim baş etibarnamə ilə gözəllik salonu kimi istifadə etmişdir İddiaçı yaxın dostları tərəfindən həmin qeyri-yaşayış sahəsi barədə məlumat almış və onlara güvəndiyinə görə heç vaxt dələduzluqla qarşılaşa biləcəyini güman etməmişdir. Yasamal Rayon İcra məmurunun telefon zəngindən sonra isə o şirkət barədə araşdırma apardıqda məlum oldu "xxxx" MTK-nın rəhbəri olmuş X16 kimi bir mənzili bir neçə nəfərə sataraq, insanları aldadaraq vəsaitlərini mənimsəməsi səbəbiylə barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb olunmuşdur. Hal-hazırda isə oğlu Alışov Sadiq onun yolunu davam etdirərək, özünə Yasamal ərazisində yerləşən ofisində İnsanları aldadaraq köhnə tarixə müqavilə imzalamaqla, qeyri-yaşayış sahəsini bir neçə şəxsə satmağa davam etməklə növbəti cinayəti törətməyə davam edir. Bütün baş verənlərə gorə yuxarıda adları çəkilən şəxslərlə görüş zamanı bildirdilər ki, qısa zamanda qeyri-yaşayış sahəsinə İddiaçı tərəfindən ödənilən 135000 manatı ona geri qaytaracaqlar. Belə ki, X6 qeyri-yaşayış sahəsində İddiaçı da mülkiyyət hüququ var ki, həmin şəxsin müqaviləsi saxta tarixə bağlanılmışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə ünvanladıqları sorğuya aidə etdikləri cavabda qeyd olunur ki, Cavabdeh3 və digər tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nfn 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə istintaqı aparıldığı zaman, həmin cinayət İşində adı keçən mübahisəli 120 kv.m qeyriyaşayış sahəsinin "'Yeni Yasamal MTK-nın rəhbərliyi tərəfindən İddiaçı Bəlababa oğluna satılması müəyyən edilmişdir. Beiə ki, mübahisəli qeyri-yaşayış sahəsinin İlkin sahibi olaraq, İddiaçı üstün mülkiyyət hüquqları tanınmış. Belə ki, Abıyev Vüqarın "xxxx" MTK-ya hər hansı ödəniş edilməsi müəyyən edilməmişdir. Bununla bağlı Hüquq mühafizə orqanlarına şikayət ərizələrini unvanlayıblar. Lakin, 2023-cü ilin noyabr ayının sonundan etibarən Cavabdeh1 və onun icarəçisi Rəfəel adlı şəxs İcra məmurunun təşəbbüsü ilə qeyri-yaşayış sahəsinə daxil olaraq oranı anbar kimi istifadə etməyə başlamışdılar. Halhazırda İddiaçı öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə daxil olub istifadə etməsiylə bağlı maneələrlə üzləşir. Tanımadığı insanlar qeyri-yaşayış sahəsinə daxil olaraq, oranı anbar kimi istifadə etməklə İddiaçı mülkiyyət hüququnu pozmuşdular. Cavabdeh X12 məhkəməyə iddia ərizəsindən etiraz verərək, bildirdi ki, İddiaçı Balababa oğlunun iddia ərizəsi uydurma və heç bir əsası olmayan, qeyri-müəyyən mülahizələrlə əsaslandırılmış, işin həqiqi halları, qanuni qüvvəyə minmiş məhkəmə qərarları sirr kimi gizlədilməklə ədalət mühakiməsini yanıltmağa cəhd edilmişdir. İddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmiş, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh3 MTK-a, Cavabdeh1, Cavabdeh2 və kimliyi məlum olmayan “qeyrilərinə” qarşı konkret tələbinin nədən ibarət olması anlaşılmır. Nəzərə almaq lazımdır ki, adları sadalanan şəxslərin maraqları ziddiyyət təşkil edir və onlar arasında ədavət vardır. Belə olan halda, toplu şəkildə göstərilən cavabdehlərin hansının və hansı dərəcədə iddiaçının hüququnu pozması başa düşülmür. Habelə, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı uzun illərdir davam edən məhkəmə mübahisələri və qəbul edilmiş qərarlarla sübuta yetirilmiş mühüm faktlar nəzərə alınmalıdır. Belə ki, 2017-ci ilin dekabr ayında həmin sahə MTK-mn əşyalarından boşaldılıb cavabdeh Abiyevə təhvil verilsə də, bir neçə həftədən sonra məlum olmuşdur ki, MTK vəzifəli şəxsləri həbs olunmuşlar. Bundan bir neçə gün sonra isə naməlum şəxslər Abiyevə verilmiş sahənin giriş qapısını sındırmış və qıfılı dəyişmişlər. Kooperativ tərəfindən bu barədə ona heç bir məlumat verilməmişdir. Abiyev dəfələrlə Kooperativə müraciət edərək, həmin qeyriyaşayış sahəsinin təhvil verilməsini tələb etsə də, Kooperativin rəhbərliyi və təmsilçiləri kobudluqla qarşılamış və həmin sahənin təhvil verilməsi heç bir əsas olmadan ləngidilmişdir. Abiyevə məxsus əşyalar və sənədlər sahədə qalmış, onların çıxarılması belə mümkün olmamışdır. Sonradan məlum olmuşdur ki, 2017-ci ildə Cavabdeh2 adlı şəxs Cavabdeh3 MTK-nın rəhbərliyi ilə qanunsuz sövdələşərək məhkəmədə iddia qaldırmış və qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı “qeyri- yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh3 MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(103)-3391/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmişdir. Məhkəmə texniki ekspertizasının 30 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X9 ilə Cavabdeh3 MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin yuxarı sağ tərəfindəki tarix hissəsində olan “2009” rəqəmlərində ikinci "0" rəqəminin yerində "1" rəqəmi, "cu" hərflərdəki "u" hərfinin yerində "i" hərfi olmuş, sonradan qələm vasitəsilə əlavə cizgi artırılmaqla indiki rəqəm və hərf yazılmışdır. "2009" rəqəmlərində olan "9" rəqəmi həmin rəqəmlərin qarşısına sonradan yazılmışdır, yəni "2009-cu il tarix göstəricisinin yerində "201 -cı il" çap mətni olmuşdur. Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin ikinci sətrində olan "Əli Bayramlı" sözündəki "B" hərfinin yerində kiçik "b" hərfi olmuş, sonradan üzərindən indiki hərf yazılmışdır. Müqavilədə "sədi" qrafasındakı imzası əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur. Müqavilənin mətni əvvəl çap edilmiş, sonra isə möhür əksi vurulmuşdur, yəni mətn əvvəl çap edilmiş, sonra "sədri" qrafasındakı imza icra edilmiş, daha sonra isə möhür əksi vurulmuşdur. Yəni keçirilmiş ekspertiza nəticəsində mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı X9 arasında bağlanmış müqavilənin saxta olması öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)- 3391/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş, qanuni qüvvəyə minməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 3391/2022 saylı qərardadı ilə qətnamənin icrasında dönüş edilərək qərara alınmışdır: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iddiaçı Cavabdeh2 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş “Yeni Yasamal’' MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin sahədən istifadəsinə maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə 2(004)- 5944/2017 saylı, 26 iyul 2017-ci il tarixli qətnaməsinin icrasında geri dönüş edilmişdir. Bundan sonra, İddiaçı Balababa oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 saylı qətnaməsindən maraqlı şəxs qismində kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(102)-2971/2023 saylı qərardadı ilə İddiaçı Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsi rədd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəsi gedən mənzili Cavabdeh2 aldığını və mənzilin pulunu məhz həmin şəxsə ödədiyini göstərir. Cavabdeh2 mübahisəsi gedən mənzilin ona təhvil verilməsinə dair iddiası ona məxsus sənədlərin etibarlılıq şərtlərinə cavab vermədiyi üçün tərəflər arasında öhdəliyin yaranma əsas kimi qəbul edilməmişdir. Göstərilən fakt ərizəçinin istinad etdiyi məhkəmə aktı ilə müəyyən olunmuşdur. Məhz göstərilənlərə əsaslanan işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi Cavabdeh2 iddianın rədd olunması nəticəsinə gəlmişdir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, ərizəçinin mübahisələndirdiyi məhkəmə aktında onun hüquq və mənafelərinə uyğun olmayan məsələ həll edilməmişdir. Göründüyü kimi, İddiaçı Balababa oğlu öz şikayətində mübahisəli sahəni Cavabdeh2 aldığını göstərsə də, Kərimovla bağlanmış müqavilə etibarlılıq şərtlərinə cavab vermədiyindən və 2009-cu il tarixinə aid olmadığından ərizəçi Məmmədovun müqaviləsinin etibarlılığını da ciddi şübhə altına aldığından, ərizəçi hazırki işdə mühüm faktiki halları məhkəmədən gizlətmişdir. Məmmədovun müqaviləsinin etibarlılığı ilə faktlara artıq kassasiya instansiyası tərəfindən qiymət verilmişdir və həmin qərar preyudusial əhəmiyyət kəsb edir. İddiaçı adlı şəxs heç bir zaman həmin sahəyə sahiblik, idarə, ondan istifadə etməmiş, Cavabdeh2lə Abıyev Vüqar arasında məhkəmə mübahisəsi başa çatdıqdan sonra qəflətən ortaya çıxaraq sahədən istifadəyə maneçilik törətməyə başlamışdır. Görünən odur ki, adı çəkilən şəxslər Kooperativlə əlbir olaraq sahənin Abıyevdən qanunsuz ələ keçirilməsi üçün yeni üsullara əl atmaqdan və bunun üçün ədalət mühakiməsini yamltmaqdan belə çəkinmirlər. Habelə, İddiaçı Balababa oğlu tərəfindən mübahisəli sahədən istifadəyə maneələr törədildiyindən Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 22 noyabr 2023-cü il tarixli, 16(004)-463/2023 saylı qərardadına əsasən ərizə qismən təmin edilərək, ərizəçi Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsində yerləşən 135 kv.m qeyri-yaşayış sahəsinin sahibi kimi daxil olmasına və həmin sahədən istifadə etməsinə cavabdehlər Cavabdeh3 MTK və İddiaçı Balababa oğlu tərəfindən maneələr yaradılması və Cavabdeh1 və onun nümayəndələrindən başqa digər şəxslərin həmin sahəyə daxil olmasının qadağan edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh İddiaçı Balababa oğlu tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 16(103)-1/2024 saylı qərardadı ilə təmin edilməmişdir. İddiaçının heç bir hüquqi qüvvəyə malik olmayan istintaq orqanının cavab məktubuna istinadı da anlaşılan deyil. Həmin məktub qanuni qüvvəyə minmiş məhkəmə aktı qüvvəsinə malik deyil və Abiyevlə Kərimov arasında olan məhkəmə mübahisələri zamanı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmış faktların təkzib edilməsinə yol verilə bilməz. Beləliklə, iddiaçının mülkiyyət hüququnun əldə edilməsi üçün istinad etdiyi əqd etibarsız əqd olunduğundan iddiaçı tərəfindən irəli sürülən iddianın hüquqi və faktiki əsası yoxdur və iddia tələbinin təmin olunmaması haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə teleqram vuraraq, xəstəliyi ilə əlaqədar olaraq, məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Cavabdeh X12nun vəkili Vəkil2 məhkəməyə ərizə verərək, İddiaçı Balababa oğlunun Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələbinə dair iş üzrə iddiaçının nümayəndəsi tərəfindən 28 oktyabr 2024-cü il tarixli məhkəmə texniki ekspertizasının keçirilməsi ilə bağlı vəsatətə etiraz edərək bildirdi ki, Hazırki mülki iş 30 may 2024-cü il tarixdən məhkəmənin icraatındadır və iş üzrə məhkəmə hazırlıq hərəkətləri başa çatmış, iş məhkəmə baxışına keçirilmiş və iş üzrə 2 məhkəmə baxış iclası baş tutmuşdur. İddiaçının nümayəndəsi zəruri heab etdiyi təqdirdə müqavilənin ekpsertizadan keçirilməsi barədə vəsatəti işin məhkəmə baxışına hazırlanması başa çatanadək təqdim etməli olduğu halda, prosessual qanunvericiliyin tələblərini gözləmədən, iş üzrə ikinci baxış iclasında belə vəsatət təqdim etmişdir. Hazırda işin ekspertizaya göndərilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: - digər mübahisələrə dair işlərə - 4 ay müddətində. 188.3-cü maddəsinə əsasən, işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. 3. Vəsatətdə istinad olunan və guya ekspertizanın zəruriliyini əsaslandıran hallar cavabdehin etirazında qeyd etdiyi halların təhrifindən ibarətdir. Cavabdeh 2017-ci ilə qədər qeyri- yaşayış sahəsinin ona təhvil verilməməsi və hər hansı mübahisə olması barədə mövqe ifadə etməmiş, 2013cü ildə bağlanmış müqavilə üzrə qeyri-yaşayış sahəsinin inşası başa çatdırılmış və 2017ci ildə Abiyevlə Kooperativ arasında təhvil-təslim həyata keçirilmişdir. Bu müddətdə sahə ilə bağlı hər hansı mübahisə olmamışdır. Tərəflərindən təqdim olunmuş etiraza əlavə olunmuş və hazırki iş üzrə preyudusial xarakter daşıyan məhkəmə qərarlarında mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı Abiyevin hüquqlarının tanınması, İddiaçı Balababa oğlunun qeyri-yaşayış sahəsini aldığı Cavabdeh2 adına hazırlanmış müqavilənin saxta olması, habelə həmin iş üzrə İddiaçı Balababa oğlunun maraqlı şəxs qismində tanınmasından imtina olunması ilə bağlı kassasiya instansiyası məhkəməsinin mövqeyi ifadə olunmuşdur. Ona görə də, hazırki iddia tələbinə və iddiaçının nümayəndəsi tərəfindən ekspertiza keçirilməsi ilə bağlı vəsatətə baxılması zamanı bu hallar nəzərə alınmalı, mülki işin lüzumsuz uzadılması, prosessual qanunvericiliyin tələblərinin pozulmasına yol verilməməlidir. Habelə, iddiaçı tərəfindən 29 oktyabr 2024-cü ildə məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, İddiaçı Balababa oğlu mübahisəli qeyri-yaşayış sahəsini alınması zamanı ona qarşı dələduzluq cinayəti törədilməsi, Sadiq Alışov, Cavabdeh2, Rasim Abbasquliyev, Samir Baxşəliyev adlı şəxslərin əlbir olması və onu aldatması faktı ilə bağlı həmin şəxslər barəsində cinayət işin başlanması üçün müraciət etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının ərizəsində adını sadaladığı şəxslər qeyri-yaşayış sahəsi başqa şəxsə - Cavabdeh1 məxsus olduğu halda, həmin sahəyə dair İddiaçı Balababa oğlu ilə müqavilə bağlanması görüntüsü yaratmış, onu aldatmışdırlar. Ona görə də, bu məsələyə müvafiq hüquq mühafizə orqanları tərəfindən qiymət verilməlidir. Göstərilənlərə əsasən, işə qanunla və ədalətlə baxılmasının təmin edilməsini və heç bir hüquqi və faktiki əsası olmayan vəsatətin təmin edilməməsini, 30 oktyabr 2024-cü il tarixli məhkəmə baxış iclasında cavabdehin nümayəndəsinin izahatının çıxışı kimi qəbul edilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh3 MTK ilə İddiaçı Balababa oğlu arasında bağlanılmış 16 sentyabr 2017-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 120,0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə əvəzində müəyyənləşdirilmiş pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. “Yeni Yasamal MTK“ tərəfindən verilmiş 16 sentyabr 2017-ci il tarixli Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası “Yeni Yasamal MTK“-ya məxsusdur. Tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 120,0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin marketin pay dəyərindən 130.000 manat alıcı İddiaçı tərəfindən Cavabdeh2 ödənilmişdir. Bu qeyriyaşayış sahəsi ilə bağlı MTK-ya borcu yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(004)-5944/17 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı “qeyri- yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh3 MTKnın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)- 1344/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017ci il tarixli, 2(004)-5944/17 nömrəli qətnaməsindən X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2(102)-1036/22 nömrəli qərarı ilə X12nun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)- 3391/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(102)- 2971/2023 saylı qərardadı ilə İddiaçı Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsi rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən X2 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddəsi ilə cəza təyin edilməmişdir; X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən X5 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddəsi ilə cəza təyin edilməməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Balababa oğlunun iddiasının predmetini Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh3 MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsi təşkil edir. İddianın əsası Cavabdeh3 MTK ilə onun arasında bağlanmış 16 sentyabr 2017-ci il tarixli müqavilə, habelə Cavabdeh2 130.000 manat məbləğində pulun ödənilməsini əks etdirən maliyyə arayışıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)- 3391/2022 nömrəli qətnaməsi ilə X12nun apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Müvafiq qətnamənin əsaslandırıcı hissəsində qeyd edilir ki, “...Məhkəmə texniki ekspertizasının 30 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X9 ilə Cavabdeh3 MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin yuxarı sağ tərəfindəki tarix hissəsində olan “2009” rəqəmlərində ikinci "0" rəqəminin yerində "1" rəqəmi, "cu" hərflərdəki "u" hərfinin yerində "i" hərfi olmuş, sonradan qələm vasitəsilə əlavə cizgi artırılmaqla indiki rəqəm və hərf yazılmışdır. "2009" rəqəmlərində olan "9" rəqəmi həmin rəqəmlərin qarşısına sonradan yazılmışdır, yəni "2009-cu il tarix göstəricisinin yerində "201-cı il" çap mətni olmuşdur. Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin ikinci sətrində olan "Əli Bayramlı" sözündəki "B" hərfinin yerində kiçik "b" hərfi olmuş, sonradan üzərindən indiki hərf yazılmışdır. Müqavilədə "sədi" qrafasındakı imzası əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur. Müqavilənin mətni əvvəl çap edilmiş, sonra isə möhür əksi vurulmuşdur, yəni mətn əvvəl çap edilmiş, sonra "sədri" qrafasındakı imza icra edilmiş, daha sonra isə möhür əksi vurulmuşdur. Ekspert rəyi ilə iddiaçının təqdim etdiyi müqavilənin 2009-cu ildə tərtib olunmadığı təsdiq olunur. Onun çap mətni belə ilin tarixi “201”-lə başladığından yalnız 2010-cu ildən sonrakı dövrə aid ola bilər...” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 adına olan müqavilənin saxta olması, mübahisəli qeyri-yaşayış sahəsinə dair subyektiv hüququnun olmaması müəyyən edildiyindən bu hal məhkəmə tərəfindən mübahisələndirilmir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(102)-2971/2023 saylı qərardadı ilə İddiaçı Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsi rədd edilmişdir. Həmin qərardaddan göründüyü kimi, “...İddiaçı mübahisəsi gedən mənzili Cavabdeh2 aldığını və mənzilin pulunu məhz həmin şəxsə ödədiyini göstərir. Cavabdeh2 mübahisəsi gedən mənzilin ona təhvil verilməsinə dair iddiası ona məxsus sənədlərin etibarlılıq şərtlərinə cavab vermədiyi üçün tərəflər arasında öhdəliyin yaranma əsası kimi qəbul edilməmişdir. Göstərilən fakt ərizəçinin istinad etdiyi məhkəmə aktı ilə müəyyən olunmuşdur...” Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 adına olan müqavilə etibarsız olduğundan, onunla İddiaçı arasında öhdəlik hüquqları yaranmadığından, habelə hazırki iddianın əsasını saxtalığı qanuni qüvvəyə minmiş qətnamə ilə sübut edilmiş müqavilə (hüquqmüəyyənedici digər sənədlər) təşkil etdiyindən, iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Odur ki, İddiaçı Balababa oğlunun cavabdehlər "xxxx" MTK, X12 və Cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsinə yönələn maneələrənin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməklə, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Balababa oğlunun cavabdehlər "xxxx" MTK, X12 və Cavabdeh2 qarşı "qeyriyaşayış sahəsinə yönələn maneələrənin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3212/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3212/2024
01.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver