Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3225/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart’ Kommersiya Bankının Cavabdeh qarşı "xxxx"nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart’ Kommersiya Bankının Cavabdeh qarşı "xxxx"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/35516/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2378,90 manat məbləğində əsas borc, 284,88 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2242,04 manat cərimə borcu, 937,53 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 5843,35 manat məbləğində, xx.xx.2013-cü il tarixində 1xx/xx/43953/13 saylı müqavilə üzrə cavabdehdən 462,89 manat məbləğində əsas borc, 10,78 manat müqavilə müddəti üzün hesablanmış və tələb olunan faizlər, 532,26 manat məbləğində cərimə borcu, 186,84 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1192,77 manat məbləğində pulun və 90,37 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında kredit verilməsi haqqında xx.xx.2013-cü il tarixində 1xx/xx/35516/13 saylı və xx.xx.2013-cü il tarixində 1xx/xx/43953/13 saylı müqavilələr bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə müvafiq olaraq illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 manat və 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka: 1. xx.xx.2013-cü il tarixində 1xx/xx/35516/13 saylı müqavilə üzrə 2378.90 manat məbləğində əsas borc, 284.88 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2242.04 manat məbləğində cərimə borcu, 937.53 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 5843.35 manat məbləğində, 2. xx.xx.2013-cü il tarixində 1xx/xx/43953/13 saylı müqavilə üzrə 462.89 manat məbləğində əsas borc, 10.78 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 532.26 manat məbləğində cərimə borcu, 186.84 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1192.77 manat məbləğində borcu qalmışdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/35516/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 manat, xx.xx.2013-cü il tarixində 1xx/xx/43953/13 saylı kredit müqaviləsinə əsasən illik 25 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Borclu isə verilmiş krediti və ona hesablanmış faizləri ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/35516/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh QSC “Bank Standard” KB-yə 2378.90 manat məbləğində əsas borc, 284,88 manat faiz borcu, 2242 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 937,53 manat faiz borcu, ümumilikdə isə 5843 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan 03 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/43953/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh QSC “Bank Standard” KB-yə 462,89 manat məbləğində əsas borc, 10,78 manat faiz borcu, 532,26 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 186,84 manat faiz borcu, ümumilikdə isə 1192,77 manat məbləğində borcu qalmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarında olan 02 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/35516/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh QSC “Bank Standard” KB-yə 2378.90 manat məbləğində əsas borc, 284,88 manat faiz borcu, 2242 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 937,53 manat faiz borcu, ümumilikdə isə 5843 manat məbləğində borcu, 03 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/43953/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh QSC “Bank Standard” KB-yə 462,89 manat məbləğində əsas borc, 10,78 manat faiz borcu, 532,26 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 186,84 manat faiz borcu, ümumilikdə isə 1192,77 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissələrində qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli 1xx/xx/35516/13 saylı kredit müqaviləsi üzrə 2378.90 manat məbləğində əsas borc, 284,88 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan 937,53 manat faiz borcu, xx.xx.2013-cü il tarixli xx/xx/43953/13 saylı kredit müqaviləsi üzrə 462,89 manat məbləğində əsas borc, 10,78 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan 186,84 manat faiz borcu tutularaq iddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2013-cü il tarixli 1xx/xx/35516/13 saylı kredit müqaviləsi üzrə 2242,04 manat, xx.xx.2013-cü il tarixli xx/xx/43953/13 saylı kredit müqaviləsi üzrə 532,26 manat cərimə borcunun Cavabdeh tutularaq iddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2013-cü il tarixli 1xx/xx/35516/13 saylı kredit müqaviləsi üzrə cərimə pulunun 2242,04 manat məbləğində deyil, 100 manat məbləğində, xx.xx.2013-cü il tarixli xx/xx/43953/13 saylı kredit müqaviləsi üzrə cərimə pulunun 532,26 manat manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən 4411,82 manat məbləğində təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş məbləğ də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq yəni 90,37 manat məbləğində deyil, 64,12 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 130,93 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli 1xx/xx/35516/13 saylı kredit müqaviləsi üzrə 2378,90 (iki min üç yüz yetmiş səkkiz manat doxsan qəpik) manat əsas borc, 284,88 (iki yüz səksən dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 937,53 (doqquz yüz otuz yeddi manat əlli üç qəpik) manat faiz borcu, ümumilikdə 3701,31 (üç min yeddi yüz bir manat otuz bir qəpik) manat borc, xx.xx.2013-cü il tarixli 1xx/xx/43953/13 saylı kredit müqaviləsi üzrə 462,89 (dörd yüz altmış iki manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 10,78 (on manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 50 (əlli) manat məbləğində cərimə bordu, 186,84 (yüz səksən altı manat səksən dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 710,51 (dörd yüz on manat əlli bir qəpik) manat, hər iki müqavilə üzrə ümumilikdə 4411,82 (dörd min dörd yüz on bir manat səksən iki qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 64,12 (altmış dörd manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3225/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3225/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver