Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3231/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 142306-1-15286 saylı «Nağd pul krediti müqaviləsi»nə əsasən Cavabdeh istehlak məqsədilə illik 24 faiz hesablanması şərti ilə 48 ay müddətinə 8937.13 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra, Bank ilə Cavabdeh arasında bağlanmış 142306-1-15286 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» xx.xx.2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilmiş və o, 9388 manat məbləğində borcu illik 28 (iyirmi səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə ödəməyə öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 142306-1-15286/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 8059.65 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 5410.81 manat məbləğində əsas borc, 22.66 manat məbləğində faiz borcu, ümumilikdə isə 5433.47 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 142306-1-15286/2 saylı «Nağd pul krediti müqaviləsi»nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu oldğu 5410.81 manat məbləğində əsas borcun, 22.66 manat məbləğində faiz borcunun, ümumilikdə 5433.47 manat məbləğində pulun və 74.33 manat dövlət rüsumunun Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, düzdür o, bankdan götürdüyü kredit müqaviləsi üzrə bir müddət ödənişlərini etsə də, lakin sonradan ödənişlərində axsamalar yaranmışdır. Belə ki, o, işini itirmiş və hazırda da işsizdir. İddiaçının tələb etdiyi məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Odur ki, qeyd edilənləri nəzərə alaraq tutulacaq məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 142306-1-15286 saylı «Nağd pul krediti müqaviləsi»nə əsasən Cavabdeh istehlak məqsədilə illik 24 faiz hesablanması şərti ilə 48 ay müddətinə 8937.13 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Bank ilə Cavabdeh arasında bağlanmış 142306-1-15286 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» xx.xx.2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu konvertasiya edilmiş və o, 9388 manat məbləğində borcu illik 28 faiz hesablanması şərti ilə 60 ay müddətinə ödəməyə öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 142306-1-15286/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 8059.65 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun bank qarşısında Banka 5410.81 manat məbləğində əsas borc, 22.66 manat məbləğində faiz borcu, ümumilikdə isə 5433.47 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 5410 (beş min dörd yüz on) manat 81 (səksən bir) qəpik, faiz borcu üzrə 22 (iyirmi iki) manat 66 (altmış altı) qəpik, ümumilikdə isə 5433 (beş min dörd yüz otuz üç) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-cü maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 74 (yetmiş dörd) manat 33 (otuz üç) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 5410 (beş min dörd yüz on) manat 81 (səksən bir) qəpik, faiz borcu üzrə 22 (iyirmi iki) manat 66 (altmış altı) qəpik, ümumilikdə isə 5433 (beş min dörd yüz otuz üç) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 74 (yetmiş dörd) manat 33 (otuz üç) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3231/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3231/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver