Məhkəmə qərarları › İş №e-2(004)-3238/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3238/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3238/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 021 saylı kredit müqaviləsi üzrə 3790,94 (üç min yeddi yüz doxsan ABŞ dolları 94 sent) ABŞ dolları əsas, 3410,57 (üç min dörd yüz on ABŞ dolları 57 sent) ABŞ dolları faiz, 4139,06 (dörd min yüz otuz doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1210,52 (bir min iki yüz on ABŞ dolları 52 sent) ABŞ dolları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 155 (bir yüz əlli beş) manat dövlət rüsumunun tutularaq X1 İddiaçı ASC-nin hesabına ödənilməsi; tutmanın ipoteka predmeti “Hyundai Sonata” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, X1 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2014-cü il tarixli, 021 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 12.500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 021 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Hyundai Sonata” minik markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 12.551,09 (on iki min beş yüz əlli bir ABŞ dolları, 09 sent) ABŞ dolları təşkil edir. Bundan 3790,94 (üç min yeddi yüz doxsan ABŞ dolları, 94 sent) ABŞ dolları əsas, 3410,57 (üç min dörd yüz on ABŞ dolları 57 sent) ABŞ dolları faiz, 4139,06 (dörd min boir yüz otuz doqquz ABŞ dolları, 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1210,52 (bir min iki yüz on ABŞ dolları, 52 sent) ABŞ dolları faiz borcu təşkil edir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********622 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bildirmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəfindən fiziki şəxsə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Cavabdeh yeni müqavilənin imzalanması üçün banka müraciət etmişdir. Bununla bağlı ləğvedici tərəfindən yeni müqavilələr hazırlanmışdır. Ancaq Cavabdeh bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamasından imtina etmişdir və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə) verilmiş, eyni zamanda məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, həmçinin telefonoqram verilmiş, lakin cavabdeh məhkəmə iclaslarına gələcəyini bildirsədə, gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 021 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Uğur filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 22 % olmaqla 12500 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan № 021 nömrəli, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, № 021 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminat üsulu kimi Cavabdeh məxsus 2010-cu il buraxılışlı, «Hyundai Sonata minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti 18500 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2014-cü il tarixli, AA seriyalı, 116413 saylı çıxarışından görünür ki, Cavabdeh «Hyundai Sonata minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı ASC-nin «Uğur» filialında ipoteka qoymuşdur. İş materiallarında olan Cavabdeh X1 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2019-cu il tarixli borc məbləğinin restrukturizasiya olunmasına dair ərizədən görünür ki, o, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanınına uyğun olaraq X1 İddiaçı ASC ilə bağladığı müqavilə üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 6444,61 manat məbləğində borcunun 24 ay müddətinə restrukturizasiya olunmasına və bankın elektron sistem üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan və yalnız iddiaçı tərəfindən imzalanmış, LM102000448 saylı, xx.xx.2020-ci il tarixli restrukturizasiya müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəfindən fiziki şəxsə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir, lakin cavabdeh tərəfindən müqavilə imzalanmamışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş **********592 saylı, 10 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borc üzrə 3790,94 ABŞ dolları, faiz borcu üzrə 3410,57 ABŞ dolları, 4139,06 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1210,52 ABŞ dolları, cəmi 12551,09 ABŞ dolları borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış 10/H- 2565 nömrəli, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh məxsus « Hyundai Sonata minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında bildirişin surətindən görünür ki, Cavabdeh 3 gün müddətində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC-nin «Uğur» filialı ilə Cavabdeh arasında bağlanmış № 021 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 22 faizlə 12500 manat məbləğində kredit vermiş və kredit müqaviləsinin təminatı kimi “Hyundai Sonata” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı minik avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış № 021 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq borcu yaranmışdır. İş materialları ilə o da, müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanınına uyğun olaraq 6444.61 AZN kredit borcunun 24 au müddətinə restrukturizasiya olunmasını xahiş etmiş, lakin daha sonra iddiaçı tərəfindən LM102000448 saylı, xx.xx.2020-ci il tarixli restrukturizasiya müqaviləsi hazırlanaq, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəfindən fiziki şəxsə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilsə də, müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Göründüyü kimi cavabdeh hərəkətlilik göstərərək, ərizə ilə iddiaçıya müraciət edərək həmin tarixə 6444,61 AZN kredit borcunun olduğunu etiraf etmiş, lakin sonradan müqavilənin imzalanılmasından yayınmışdır. Məhkəmə tərəfindən məhkəmə hazırlıq iclasları cavabdehin iştirakının təmin edilməsi üçün, cavabdehə hər dəfə rəsmi qaydada eləcə də, sms bildiriş və telefonaqram verilməklə xəbərdar edilərək təxirə salınsa da, cavabdeh isdər məhkəmə hazırlıq iclaslarında, isdərsə də, məhkəmə baxış iclasında iştirak etməyərək, qanunla müəyyənləsdirilmiş 20 gün müddət ərzində də, iddiaya dair hər hansı bir münasibətini və etirazını bildirməmiş, iddia tələbini nə əsas nə də, faiz borcu hissəsində məbləğləri mübahisələndirməmiş, buna dair məhkəməyə ərizə ünvanlamamışdır. Yuxarıda sadalanmış qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 4139,06 (dörd min yüz otuz doqquz ABŞ dolları 06 sent) ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsi ilə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 4139,06 ABŞ dolları dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 500 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka predmeti “Hyundai Sonata” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, X1 İddiaçı ASC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “Hyundai Sonata” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə (Ləğv prosesindədir) olan borcu ödənilməli, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1210,52 (bir min iki yüz on ABŞ dolları 52 sent) ABŞ dolları borcunun tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Müfaviq qərardan da, göründüyü kimi kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı, cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödəniş cədvəlinə əsasən ödəməli olduğu məbləğləri ödəmədiyi (qrafik üzrə gecikmələr olduğu halda) və kredit müqaviləsinin qüvvədə olma müddəti bitdiyi halda məhkəməyə müraciət etməmiş, kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən uzun müddət sonra məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi bu halı bankın öz hüquqlarından istifadəsi kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda ləğv prossesində olduğu vəziyyətdə, onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq ondan gəlir əldə etmək) imkanının olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə iddia tələbini bu hissədə təmin etməyərkən eyni zamanda cavabdeh tərəfindən gecikdirilmiş vaxt üçün əlavə cərimənin tutulmasını və cərimənin də, əldən çıxmış faydanı da, əhatə etməsini nəzərə alır. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, X1 İddiaçı ASC-yə ödənilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, ipoteka və girov ilə yüklü edilmiş əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi “İcra Haqqında” Qanuna əsasən icra mərhələsində həll edildiyindən iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC (Ləğv prosesindədir) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 021 saylı kredit müqaviləsinə əsasən 3790,94 (üç min yeddi yüz doxsan dollar 94 sent) ABŞ dolları əsas borcu, 3410,57 (üç min dörd yüz on dollar 57 sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, cəmi 7701,51 (yeddi min yeddi yüz bir dollar 51 sent) ABŞ dolları Cavabdeh tutularaq İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “Hyundai Sonata” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə (Ləğv prosesindədir) olan borcu ödənilməli, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 155 (yüz əlli beş) manat dövlət rüsumunun 59,90 (əlli doqquz manat 90 qəpik) manat iddiaçıya aid edilməli, qalan 95,10 (doxsan beş manat 10 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC (Ləğv prosesindədir) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 021 saylı kredit müqaviləsinə əsasən 3790,94 (üç min yeddi yüz doxsan dollar 94 sent) ABŞ dolları əsas borcu, 3410,57 (üç min dörd yüz on dollar 57 sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, cəmi 7701,51 (yeddi min yeddi yüz bir dollar 51 sent) ABŞ dolları Cavabdeh tutularaq İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “Hyundai Sonata” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomaşın açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə (Ləğv prosesindədir) olan borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilsin. İş üzrə ödənilmiş 155 (yüz əlli beş) manat dövlət rüsumunun 59,90 (əlli doqquz manat 90 qəpik) manat iddiaçıya aid edilsin, qalan 95,10 (doxsan beş manat 10 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar