Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-325/2024 08.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3935,02 manat zərərin və ödənilmiş 59,36 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 3994,38 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə AK-2/24192 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01020 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1209,60 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3110,40 manat olmaqla, İddiaçı İB-yə cəmi 4320 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 1209,60 manat zərərdən 384,98 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin iddiaçıya ödəməli olduğu borc məbləği hazırda abonentin SALDO üzrə ümumi 3935,02 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi F.M.Seyidov ərizə ilə elektron kabinent vasitəsilə məhkəməyə müraciət edərək, mülki işə iştirakı olmadan baxılmasını, İddiaçı iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin faktiki halları və rəsmi sənədlərlə təsdiq edilir ki, Cavabdeh ünvan 2 ünvanda qeydiyyatda olmaqla, məcburi köçkün kimi ünvan 3 ünvanda yaşayır. Cavabdeh barəsində İddiaçı tərəfindən tərtib edilmiş “təbii X1nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlarda göstərilir ki, Cavabdeh yaşadığı (abunə kodu **********01020) ünvan 3 ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusu deşildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktda abunəçinin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Aktı BQRSD-nin Yasamal rayonu üzrə nümayəndələri Aqşin Rəsulzadə, Elnur Əbdürəhmanov və Namiq Nəcəfovun tərtib etdiyi və imzaladığı qeyd edilmişdir. Abunəçiyə xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən əsasən xx.xx.2018-ci il tarixdə 1209,60 manat; xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən xx.xx.2023-cü il tarixdə 3110,40 manat borc yazılmışdır. Abunəçi xx.xx.2018-ci il tarixli ******* nömrəli akt üzrə 384,98 manat ödəniş etmişdir. Aktın tərtib edilməsində Cavabdeh iştirakı təmin edilməmiş, video çəkiliş aparılmamışdır. Cavabdeh aktı imzalamaqdan imtina etdiyi aktda qeyd edilsə də, bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. Əgər həqiqətən də sayğacdan kənar xətt aşkar edilmişdirsə, İddiaçı İB-nin əməkdaşları həmin xəttin kəsilməsini və mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməli və bu barədə cavabdehin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparmalı idilər. Hazırkı iş üzrə bu halları təsdiq edən sənədlər (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını təsdiq edən və sonradan qazın verilməsinin bərpa olunmasını təsdiq edən, istehlakçının iştirakı ilə tərtib edilmiş aktlar və bu aktların bir nüsxəsinin istehlakçıya təqdim edilməsini təsdiq edən sübutlar yoxdur) mövcud deyildir. Cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının iddiaçı tərəfindən aşkar edildiyini, bu barədə aktlar tərtib edildiyini bildirsə də, hansı səbəbdən birinci dəfədən, yəni xx.xx.2018-ci ildən iddiaçının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmadığını izah edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mənzilində sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı ümumiyyətlə mövcud olmamışdır. Tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar qanunsuzdur və həmin aktlar əsasında hesablanmış borclar abunəçinin hesabına əsassız olaraq yazılmışdır və ödənilməsi cavabdehdən tələb edilə bilməz. Həmçinin cavabdeh məcburi köçkün olmuş və onun ödənişsiz olaraq təbii qazdan istifadə etmək hüququ olmuşdur. Bu səbəbdən cavabdehin qazdan qanunsuz istifadə etməsi inandırıcı deyildir və buna zərərət olmamışdır. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. Həmçinin cavabdeh məcburi köçkündür və məcburi köçkünlərə xüsusi limit ayrılır və həmin limit daxilində qazdan istifadəyə görə ödəniş etmirlər. Yəni, cavabdehin sayğaca müdaxilə etməsi üçün zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz tərtib etdiyi yuxarda qeyd edilən aktlara əsaslanmaqla cavabdehdən istifadə etmədiyi təbii qaza görə ödəniş tələb edə bilməz. Cavabdeh sayğac göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə borcunu ödəmişdir, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsi və iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin mənzilində təbii qazdan istifadə edilməsi smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərdiyi borc məbləği, istehlakçı kimi cavabdehdən tələb edilə bilməz. Çünki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3935,02 (üç min doqquz yüz otuz beş manat 02 qəpik) manat məbləğində zərərin və 59,36 (əlli doqquz manat 36 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3994,38 (üç min doqquz yüz doxsan dörd manat 38 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-ya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-325/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-325/2024
08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver