Məhkəmə qərarları › İş №e-2(004)-3254/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3254/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3254/2022 25.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli 313748-CNS-22738 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 1.459,42 (bir min dörd yüz əlli doqquz manat qırx iki qəpik) manat əsas borc, 113,05 (bir yüz on üç manat beş qəpik) manat faiz borcu, 113,40 (bir yüz on üç manat qırx qəpik) manat cərimə, ümumilikdə isə 1.685,87 (bir min altı yüz səksən beş manat səksən yeddi qəpik) manat pul məbləğinin, 04 oktyabr 2021-ci il tarixli 313748-1-27389 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 4.039,38 (dörd min otuz doqquz manat otuz səkkiz qəpik) manat əsas borc, 490,78 (dörd yüz doxsan manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 235,40 (iki yüz otuz beş qırx qəpik) manat cərimə, ümumilikdə 4.765,56 (dörd min yeddi yüz altmış beş manat əlli altı qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 84,51 (səksən dörd manat əlli bir qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə N.A.Abbdullayev) arasında bağlanmış 31 may 2021-ci il tarixli 313748-CNS- 22738 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin 3.8-ci bəndinə əsasən N.A.Abbdullayevə kredit təşkilatlarında olan kreditlərin yenidən maliyyələşdirilməsi məqsədilə illik 16,9 (on altı tam onda doqquz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 1.685 (bir min altı yüz səksən beş) manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Həmçinin, Bank ilə N.A.Abbdullayev arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli 313748-1-27389 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən N.A.Abbdullayevə kredit təşkilatlarında olan kreditlərin yenidən maliyyələşdirilməsi məqsədilə illik 27 (iyirmi yeddi) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 4.100 (dörd min bir yüz) manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8-ci bəndi icra olunduqda illik faiz dərəcəsi 5 faiz endirilir. Lakin borclu N.A.Abbdullayev xx.xx.2021-ci il tarixli 313748-CNS-22738 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.459,42 (bir min dörd yüz əlli doqquz manat qırx ik qəpik) manat məbləğində əsas borc, 113,05 (bir yüz on üç manat beş qəpik) manat məbləğində faiz borcu, 113,40 (bir yüz on üç manat qırx qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 1.685,87 (bir min altı yüz səksən beş manat səksən yeddi qəpik) manat məbləğində borcu və xx.xx.2021-ci il tarixli 313748- 1-27389 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 4.039,38 (dörd min otuz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 490,78 (dörd yüz doxsan manat yetmiş səkkiz) manat məbləğində faiz borcu, 235,40 (iki yüz otuz beş manat qırx qəpik) manat məbləğində cərimə, ümumilikdə 4.765,56 (dörd min yeddi yüz altmış beş manat əlli altı qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən, əsas borc və faiz borcu hissədə qəbul etdiyini, cəriməni isə yüksək hesab etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 313748-CNS-22738 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 16,90 faiz olmaqla, 36 ay müddətinə 1685 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli 313748-1-27389 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 27 faiz olmaqla, 60 ay müddətində 4100 manat məbləğində kredit verilmişdir. Bank VTB (Azərbaycan) ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-cu il tarixli 313748-CNS-22738 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 1459,42 manat əsas borcu, 113,05 manat faiz borcu, 113,40 manat cərimə, cəmi 1685,87 manat məbləğində borcu vardır. Borclu müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir. Bank VTB (Azərbaycan) ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 04 oktyabr 2021-ci il tarixli 313748-1-27389 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 4039,38 manat əsas borcu, 490,78 manat faiz borcu, 235,40 manat cərimə, cəmi 4765,56 manat məbləğində borcu vardır. Borclu müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il bildirişdən müəyyən olunur ki, cavabdehə müqavilələr üzrə öhdəliklərin icra edilməsi üçün 3 (üç) gün vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, pul tələblərinin ödənilməsi və müqavilənin ləğv edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 84,51 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-dən xx.xx.2021-ci il tarixli 313748-CNS-22738 krediti müqaviləsinə əsasən illik 16,9 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1685 manat məbləğində aldığı krediti və 04 oktyabr 2021-ci il tarixli 313748-1-27389 krediti müqaviləsinə əsasən illik 27 faiz hesablanması şərti ilə 60 ay müddətinə 4100 manat məbləğində aldığı krediti iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Cavabdehin 31 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1.459,42 (bir min dörd yüz əlli doqquz manat qirx iki qəpik) manat məbləğində əsas borc, 113,05 (bir yüz on üç manat beş qəpik) manat məbləğində faiz borcu, 113.40 (bir yüz on üç manat qırx qəpik) manat məbləğində cərimə borcu, 04 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 4.039,38 (dörd min otuz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 490,78 (dörd yüz doxsan manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu, 235,40 (iki yüz otuz beş qırx qəpik) manat məbləğində cərimə, ümümilikdə isə 4.765,56 (dörd min yeddi yüz altmış beş manat əlli altı qəpik) manat məbləğində borcu yaranmışdır. Odur ki, məhkəmə əsas borc və faiz borcu hissəsində iddia tələbini əsaslı hesab edərək, qeyd edir ki, həmin hissədə iddia təmin edilərək Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 31 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1.459,42 (bir min dörd yüz əlli doqquz manat qirx iki qəpik) manat məbləğində əsas borc, 113,05 (bir yüz on üç manat beş qəpik) manat məbləğində faiz borcu və 04 oktyabr 2021ci il tarixli kredit müqaviləsinə əsasən 4.039,38 (dörd min otuz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 490,78 (dörd yüz doxsan manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin iddiasının müqavilələr üzrə hesablanmış tənasübsüz surətdə yüksək cərimə azaldılmalı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1.459,42 manat ödənilməmiş hissəyə hesablanmış 113.40 manat məbləğində cərimə 70 (yetmiş) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4.039,38 manat ödənilməmiş hissəyə hesablanmış, 235,40 manat cərimə 150 (otuz) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC -nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən ödənilmiş 84,51 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31 may 2021-ci il tarixli 313748-CNS-22738 saylı kredit müqaviləsinə əsasən 1.459,42 (bir min dörd yüz əlli doqquz manat qirx iki qəpik) manat məbləğində əsas borc, 113,05 (bir yüz on üç manat beş qəpik) manat faiz borcu, 70 (yetmiş) manat cərimə, 04 oktyabr 2021-ci il tarixli 313748-1-27389 saylı kredit müqaviləsinə əsasən 4.039,38 (dörd min otuz doqquz manat otuz səkkiz qəpik) manat əsas borc, 490,78 (dörd yüz doxsan manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 150 (bir yüz əlli) manat cərimə, cəmi 6322,63 (altı min üç yüz iyirmi iki manat almış üç qəpik) manat məbləğində pul və ödənilmiş 84,51 (səksən dörd manat əlli bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar