Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3263/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ləğv prosesində olan "xxxx" QSC Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900417 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin borcu restrukturizasiya olunmuş və cavabdeh 24 ay müddətinə 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu məbləğə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat əsas, 9,13 (doqquz manat on üç qəpik) manat faiz, 546,54 (beş yüz qırx altı manat əlli dörd qəpik) manat cərimə borcu, 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 994,06 (doqquz yüz doxsan dörd manat altı qəpik) manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat əsas, 9,13 (doqquz manat on üç qəpik) manat faiz, 546,54 (beş yüz qırx altı manat əlli dörd qəpik) cərimə borcu, 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 994,06 (doqquz yüz doxsan dörd manat altı qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900417 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin borcu restrukturizasiya olunmuş və cavabdeh 24 ay müddətinə 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ləğv prosesində olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900417 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 15 may 2023-cü il tarixinə cavabdehin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat əsas, 9,13 (doqquz manat on üç qəpik) manat faiz, 546,54 (beş yüz qırx altı manat əlli dörd qəpik) manat cərimə borcu, 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 994,06 (doqquz yüz doxsan dörd manat altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ləğv prosesində olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900417 nömrəli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin borcu restrukturizasiya olunmuş və cavabdeh 24 ay müddətinə 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu məbləğə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat əsas, 9,13 (doqquz manat on üç qəpik) manat faiz, 546,54 (beş yüz qırx altı manat əlli dörd qəpik) manat cərimə borcu, 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 994,06 (doqquz yüz doxsan dörd manat altı qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 739 (əsas borca münasibətdə), 741 (faiz borcuna münasibətdə), 445.7 (gecikdirilmiş faiz borcuna münasibətdə), 462 (cəriməyə münasibətdə), 467-ci (cərimə məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 739, 741, 445.7, 462 və 467-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 546,54 (beş yüz qırx altı manat əlli dörd qəpik) manat məbləğində deyil, 40 (qırx) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, 546,54 (beş yüz qırx altı manat əlli dörd qəpik) manat məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, iddia ərizəsi üzrə tələb restrukturizasiya olunmuş kreditdən doğmuşdur və iddia ərizəsi üzrə cərimə borcu əsas borcdan yüksək məbləğdə təşkil edir. Cərimə borcunun həddən artıq yüksək məbləğdə müəyyən edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin icra perspektivi nəzərə alınmalıdır. Cavabdehin üzərinə əsas borcun 2 (iki) qatı məbləğində cərimə borcunun tətbiq edilməsi qətnamənin icrası perspektivini şübhə altına salır. Cərimə pulunun 40 (qırx) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 40 (qırx) manatdan yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Nəzərə almaq lazımdır ki, ümumi öhdəliyin böyük hissəsi cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, MM-in 445.7-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe nəzərə alınmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği əsaslı və yolveriləndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat əsas, 9,13 (doqquz manat on üç qəpik) manat faiz, 40 (qırx) manat cərimə borcu, 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 487,52 (dörd yüz səksən yeddi manat əlli iki qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, faiz borcunun, cərimə borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 404,13 (dörd yüz dörd manat on üç qəpik) manat əsas, 9,13 (doqquz manat on üç qəpik) manat faiz, 40 (qırx) manat cərimə borcu, 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 487,52 (dörd yüz səksən yeddi manat əlli iki qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3263/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3263/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver