Məhkəmə qərarları › İş №e-2(004)-3264/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3264/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3264/2023 06.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh X4 vərəsəsi olaraq nəğd kredit müqaviləsi üzrə 7.401,52 manat əsas borc, kart limiti üzrə 198,81 manat əsas borc, 0,8 manat faiz borcu olmaqla, cəmi 199,61 manat, ümumilikdə 7.697,54 manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 96,41 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli, BPM**********01 nömrəli “X13” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 22 %-lə, 48 ay müddətinə 7700 manat nağd kredit və illik 24 %-lə, 36 ay müddətinə 300 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 241061 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 878 nömrəli məktubdan görünür ki, Cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və miras əmlak Cavabdeh tərəfindən qəbul edilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2023-cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 7.401.52 manat əsas borc olmaqla, cəmi 7.401.52 manat borcu, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2023-cü ilədək banka ödənilməmiş kart limiti üzrə 198.81 manat əsas borc, 0.8 manat faiz borcu olmaqla, cəmi 199.61 manat borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixdə 6-2-22/2- 11657/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, mərhum əri X7 bankdan kredit götürərkən onun xəbəri olmamışdır. Krediti öz adına götürmüşdür, lakin pulu başqa şəxs istifadə etmişdir. X3 ona miras əmlak olaraq heç nə qalmamışdır. O, sadəcə olaraq, X7 vəfat etdikdən sonra onun maaşının 3 misli olan 1200 manat pulu almışdır. Həmin pulu Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət edərək şəhadətnamə aldıqdan sonra məhrum ərinin iş yeri olmuş Respublika Klinik Xəstəxanasından əldə etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********01 nömrəli tam kart hesabı müqaviləsinə əsasən müəyyən edilir ki, bank borcalana bank hesabı açmağı, ikitərəfli kredit kartı (“Tam kart”) təqdim etməyi və kartın qüvvədə olduğu müddətə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 30.000 manat məbləğində kredit limiti ayırmağı, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həmin müqavilənin 4.1.1.1-ci böəndinə əsaəsn borc alan tərəfindən nağd krediti sifariş verildikdə və bank borc alana nağd kreditin verilməsinə müsbət qərar qəbul etdikdə tərəflər arasında kreditin verilməsini təsdiq edən annuitet ödəniş qrafiki imzalanır. Annuitet ödəniş qrafikində kreditin məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və digər zəruri məlumatları göstərilir. - "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank katrına kredit limitinin təyin olunmasına dair razılaşmaya əsasən müəyyən olunur ki, X5 ******************** nömrəli kart hesabı üzrə 36 ay müddətinə 24 % faiz dərəcəsi ilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. - xx.xx.2021-ci il tarixli, BPM**********01 nömrəli tam kart heasbı müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, bank tərəfindən X5 48 ay müddətinə illik 22% dərəcəsi ilə 7.700 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borcalan X4 xx.xx.2021-ci il tarixli kredit kartı müqaviləsi üzrə kredit limitindən istifadə ilə bağlı xx.xx.2023-cü il tarixə banka ödənilməmiş borcu – 198,81 manat əsas borc, 0,8 manat faiz borcu olmaqla, cəmi 199,61 manat borcu qalmışdır. - "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borcalan X4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 7401,52 manat əsas borc olmaqla, cəmi 7401,52 manat borcu qalmışdır. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 241061 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X7 xx.xx.2021-ci il tarixdə baş bronxların bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. - 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2021 il tarixli, 2V 1503 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh müəyyən edilmiş və onun miras əmlak olan Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası X10 verdiyi xx.xx.2022-ci il tarixli, PHŞ/6-3-2-2022- 1585 saylı arayışa əsasən orta aylıq əmək haqqına onun tam hissədə payı müəyyən edilmişdir. - AR Tibbi Ərazi Bölmələrini X8 X11 M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası X10 xx.xx.2023-cü il tarixli, 18-1-3/2-2013/2023 saylı məktubuna əsasən müəyyən edilir ki, xəstəxana tərəfindən X4 vərəsəsi olan X2 orta aylıq əmək haqqının 3 misli miqdarında 1454,76 manat müavinət xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İş materiallarında müəyyən olunur ki, iddiaçı ilə X7 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə Cavabdeh tərəfindən qəbul edilmişdir və o, borclunun yeganə vərəsəsidir. Hazırda işin mübahisəli halı odur ki, cavabdeh X3 ona miras aktivi olaraq yalnız əmək haqqının 3 misli miqdarında 1454,76 manat məbləğində pulun keçdiyini, buna görə də iddianı yalnız 1454,76 manat hissədə qəbul etdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, iddiaçı onunla X7 arasında yaranmış kredit münasibətlərindən irəli gələn borcun X4 qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən yeganə vərəsəsi kimi müəyyən edilmiş Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materiallarında olan vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, mərhum - X4 miras əmlakı Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası X10 verdiyi xx.xx.2022-ci il tarixli, PHŞ/6-3-2-2022-1585 saylı arayışa əsasən orta aylıq əmək haqqından ibarətdir. Məhkəmə bu halı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, nə qədər ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras aktivinin həcmi ilə müəyyən edilir və hazırda cavabdeh – vərəsənin qəbul etdiyi miras əmlakın həcmi 1454,76 manatdan ibarətdir, bu halda əsas borclunun vərəsəsi olaraq cavabdehdən yalnız həmin həcmdə borc tutula bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna görə də Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,54 manat və bank xidmətinin əvəzi olan 0,40 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1454,76 (bir min dörd yüz əli dörd manat yetmiş altı qəpik) manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,54 (otuz dörd manat əlli dörd qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1454,76 (bir min dörd yüz əli dörd manat yetmiş altı qəpik) manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,54 (otuz dörd manat əlli dörd qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar