Məhkəmə qərarları › İş №e-2(004)-3268/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3268/2022

17.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3268/2022 17.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 18 yanvar 2021-ci tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “BMW 525” markalı 99SL487 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan “Hyundai İX-35” markalı 90TX786 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Yasamal DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerindən qaçmışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 300 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəzərə alaraq məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh məxsus “BMW 525” markalı 99SL487 dövlət nömrə nişanlı avtomobillə xx.xx.2021-ci il tarixində, saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov D.Bünyadzadə küçələrinin kəsişməsində hərəkət edərkən X3 tərəfindən idarə olunan “Hyundai İX-35” markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq onu zədələmiş və hadisə yerini tərk etmişdir. İş materiallarındakı sığorta hadisəsinə dair qiymətləndirmə aktından görünür ki, “Hyundai İX-35” markalı 90TX786 dövlət nömrə nişanlı avtomobilə cəmi 300 manat ziyan dəymişdir. Habelə, işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Zeynallı X4 Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. “BMW 525” markalı 99SL487 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığortalanmışdır. Odur ki, zərərin aradan qaldırılması üçün Sığorta Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən zərərçəkən şəxs X1 300 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh yol nəqliyyat hasisəsi baş verdiyi zaman hadisə yerindən yayındığı üçün iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, 300 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar