Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3278/2022 25.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “28 may” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-FB-018 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, xx.xx.2019-cu il tarixli, GK-FB-018 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 156.39 (bir yüz əlli altı manat otuz doqquz qəpik) manat əsas, 3.26 (üç manat iyirmi altı qəpik) manat faiz borcu, 0.39 (sıfır manat otuz doqquz qəpik) manat cərimə olmaqla, cəmi 160.04 (bir yüz altmış manat dörd qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-FB018 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 166.75 (bir yüz altmış altı manat yetmiş beş qəpik) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 156.39 (bir yüz əlli altı manat otuz doqquz qəpik) əsas, 3.26 (üç manat iyirmi altı qəpik) faiz, 0.39 (sıfır manat otuz doqquz qəpik )cərimə borcu olmaqla, cəmi borcu 160.04 (bir yüz altmış manat dörd qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli GK-FB-018 saylı güzəştli kredit müqaviləsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana 15 ay müddətinə qaytarmaq şərti ilə 2000 manat kredit verilmiş və hazırki müqavilə üzrə tərəflər vaxtı keçmiş kredit borcunun restrukturizasiyası üzrə razılığa gəlmış, bu məqsədlə bank tərəfindən borcalan Cavabdeh 60 ay müddətində, illik 1%-lə ödəmək şərtilə 166.75 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 166.75 manat məbləğində krediti təhvil almışdır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, cavabdeh kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli GK-FB-018 nömrəli müqavilə üzrə Cavabdeh 156.39 (bir yüz əlli altı manat otuz doqquz qəpik) əsas, 3.26 (üç manat iyirmi altı qəpik) faiz, 0.39 (sıfır manat otuz doqquz qəpik)cərimə borcu olmaqla, cəmi borcu 160.04 (bir yüz altmış manat dörd qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC -dən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC-dən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq restrukturizasiya olunmuş və xx.xx.2020-ci il tarixli GK-FB-018 saylı “Güzəştli Kredit Müqaviləsinə” əsasən illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 166.75 (bir yüz altmış altı manat otuz doqquz qəpik) manat məbləğində kredit məbləğində aldığı krediti iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etmir və bu baxımdan İddiaçı ASC-in iddia tələbi əsaslıdır. Məhkəmə xx.xx.2019-cu il tarixli GK-FB-018 saylı güzəştli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, 156.39 (bir yüz əlli altı manat otuz doqquz qəpik) manat əsas, 3.26 (üç manat iyirmi altı qəpik) manat faiz, 0.39 (sıfır manat otuz doqquz qəpik) cərimə borcu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-FB-018 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 156,39 (bir yüz əlli altı manat otuz doqquz qəpik) manat əsas borc, 03,26 (üç manat iyirmi altı qəpik) manat faiz borcu, 0.39 (sıfır manat otuz doqquz qəpik) manat cərimə olmaqla, cəmi 160,04 (bir yüz altmış manat dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3278/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3278/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver