Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3298/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlə aralarında yaranmış mübahisə qarşılıqlı razılıq əsasında həll edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmaqla iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizə ilə iddiaçının iradə ifadəsi həyata keçirilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.11-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3298/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3298/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver