Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3326/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 4820 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh xx.xx.2021-ci il tarixli 856 nömrəli müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2022ci il tarixə 6620 manat məbləğində vəsaitin tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 86.60 kv.m dən ibarət qeyri-yaşayış binası cavabdehin mülkiyyətindədir. Lakin həmin əmlakın yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla ona icarəyə verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsindən o, faktiki olaraq istifadə etməmişdir. İstifadə etməməyinin səbəbi isə onadan ibarətdir ki, həmin ərazi hazırda Şərq Bazarı kimi fəaliyyət göstərən daşınmaz əmlaka bitişik torpaq sahəsidir. Şərq Bazarında uzun müddətli yenidən qurma və təmir işləri görülmüşdür. Həmin görülən işlər zamanı onların su, işıq, qaz xəttləri sıradan çıxarılmış, ərazi strateji obyekt olduğundan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən daimi şəkildə qorunmuş və hazırda da qorunmaqdadır. Bu əsasdan onların həmin əraziyə daxil olmaqları qadağan edilmişdir. Yəni faktiki olaraq onlar həmin ərazidən istifadə edə bilməmişlər. Bununla bağlı dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinə şifahi müraciətlər edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilmiş və ərazinin istifadə olunmamasına dair müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirişdir ki, torpağın üzərində yerləşən qeyri-yaşayış sahəsi cavabdehə məxsus olduğundan cavabdehlə icarə müqaviləsi bağlanmışdır. Amma həm torpaq, həm də qeyri-yaşayış sahəsi cavabdehə məxsus olsa o zaman icarə müqaviləsi bağlanılmır. İcarə müqaviləsi qüvvədə olduğundan, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, 1 ildir ki, o işləmir. Müqavilə bağlandıqdan 15 gün sonra obyektin bütün ərazisi bağlanmış, əraziyə daxil olmağa icazə verilməmişdir. Həmin yer onun mülkiyyətindədir. İcarə müqaviləsini ona görə bağlamışdır ki, əmlakı özəlləşdirərkən icarə müqaviləsi bağlanmalı imiş. Daha sonra müqavilənin ləğv olunmasını istəsə də ləğv edə bilməyəcəklərini bildirmişlər. Bu səbəbdən də iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan icarəyəverən ƏMDX ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 856№-li Hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 11 ünvanındakı ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 343,4 kv m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında icarəyə qəbul edilir, torpaq sahəsinin illik icarə haqqı 7200 manat, aylıq icarə 600 manat təşkil edir, bu müqavilə ilə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) ödənilməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən müqaviləyə vaxtından əvvəl tərəflərin qarşılığı razılığı ilə, torpaq sahəsinə dövlətin ehtiyacı olduqda, bu müqavilənin 2.2, 5.2 bəndləri icarəçi tərəfindən pozulduqda, tərəflərin biri bu müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə vaxtından əvvəl xitam verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 11 ünvanında yerləşən 84,60 kv m sahəsi olan qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Şəxsi hesab vərəqindən görünür ki, cavabdehin xx.xx.2021ci il tarixə 20 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 600 manat olmaqla cəmi 6620 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bilirişdən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabeh arasında icarə müqaviləsi bağlanılmış, iddiaçı öz öhdəliklərini yerinə yetirərək icarə obyektini cavabdehə vermiş, cavabdeh isə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməmişdir. Cavabdeh etiraz ərizəsində və izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini, bununla bağlı dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinə müraciət etdiyini, müqavilənin ləğvini istədiyini bildirsə də, həmin halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iş materialları ilə belə hallar müəyyən edilməmişdir. Həmçinin, cavabdeh ona maneələr yaradıldığını bildirsə tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə müvafiq olaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə müraciət etməmişdir. Məhkəmə qeyd edir, müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 856 nömrəli müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 6620 manat məbləğində vəsait tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 856 nömrəli müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 6620 manat məbləğində vəsait tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3326/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3326/2022
01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver