Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3336/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6743.3 manat məbləğində kredit borcu, 907.92 manat faiz, 303.45 manat cərimə olmaqla, cəmi 7954.67 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 99.55 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.75% olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 7000 manat məbləğində kredit götürmüşdür. İddiaçı qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 256.7 manat ödəniş etmiş və onun iddiaçıya 6743.3 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. İddiaçı qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 225 gün üçün hesablanmış faiz borcu 7954.67 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditora 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 225 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 303.45 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İddiaçı "xxxx" QSC-nin elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, həmin bildiriş ub˝ ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056A********** nömrəli kredit razılaşmasından müəyyən olunur ki, kreditor borcluya illik 1.75 faiz ilə 36 ay müddətində hissə-hissə qaytarmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin cavabdeh Bağırov Rafiq Rəfiq oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit razılaşması üzrə öhdəliklərini lazımınca icra etmədiyindən xx.xx.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləği əsas kredit borcu üzrə 1259.41 AZN, faiz borcu üzrə 866.33 AZN, cərimə borcu üzrə 298.06 AZN, cəmi 2423.8 AZN təşkil edir, həmin borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi cavabdehə təklif olunmuş, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi və kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli, 5712 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 056A********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə borcu 6743.3 manat əsas, 907.92 manat faiz borcu, 303.45 manat cərimə olmaqla, cəmi 7954.67 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün 99.55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSCnin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi əsasında Bank tərəfindən cavabdehə illik 1.75 faiz ilə 36 ay müddətində hissəhissə qaytarmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərdən yayınmışdır. Nəticədə Cavabdeh banka 6743.3 manat məbləğində əsas, 907.92 manat faiz borcu, 303.45 manat cərimə olmaqla, cəmi 7954 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas borc hissəsində 6743.3 manat borcun tutulması, faiz borcu hissəsində 907.92 manatın tutulması və ağlabatan həcmdə hesablanmış 303.45 manat cərimə borcunun tutulması hissəsində tam təmin edilməli və Cavabdeh tutularaq iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 99.55 (doxsan doqquz manat əlli beş qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Accessbank" QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6743.3 (altı min yeddi yüz qırx üç manat otuz qəpik) manat əsas, 907.92 (doqquz yüz yeddi manat doxsan iki qəpik) manat faiz borcu, 303.45 (üç yüz üç manat qırx beş qəpik) manat cərimə olmaqla, cəmi 7954.67 (yeddi min doqquz yüz əlli dörd manat altmış yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 99.55 (doxsan doqquz manat əlli beş qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3336/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3336/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver