Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3337/2023 18.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Sadələşdirilmiş icraat qaydasında tələb məhkəmənin öz təşəbbüsü ilə iddia icraatına keçirilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli 01-AGT000035985 nömrəli alqı-satqı müqaviləsinə əsasən tələbetmə hüququ İddiaçı MMC-yə keçmişdir. xx.xx.2019-cu il tarixli 01-AGT000035985 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 3002 manat olan İMEİ kodu **********55331 olan İ-Phone 8 X Silver mobil telefonunu almışdır. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Nəticədə, cavabdehin 215 (iki yüz on beş) manat əsas, 33 (otuz üç) manat faiz, 15 (on beş) manat cərimə olmaqla ümumilikdə 263 (iki yüz altmış üç) manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 215 (iki yüz on beş) manat əsas, 33 (otuz üç) manat faiz, 15 (on beş) manat cərimə olmaqla ümumilikdə 263 (iki yüz altmış üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01-AGT000035985 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 3002 manat olan İMEİ kodu **********55331 olan İ-Phone 8 X Silver mobil telefonunu satmışdır. Cavabdeh müqavilə predmeti olan əşyanın dəyərini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2019-cu il tarixli 01-AGT000035985 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh qarşı tələb hüququnu "xxxx" MMC-yə güzəşt etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 001 saylı İddiaçı MMC ilə "xxxx" MMC ilə bağlanmış faktorinq müqaviləsi və müqavilənin 1 saylı Əlavəsinə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə bağlanmış xx.xx.2019-cu il tarixli 01-AGT000035985 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqqavilə öhdəliklərinə əməl etməməsinə görə 215 (iki yüz on beş) manat əsas, 33 (otuz üç) manat faiz, 15 (on beş) manat cərimə olmaqla ümumilikdə 263 (iki yüz altmış üç) manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli 01-AGT000035985 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC Cavabdeh ümumi dəyəri 3002 manat olan İMEİ kodu **********55331 olan İ- Phone 8 X Silver mobil telefonunu satmışdır. Cavabdeh müqavilə predmeti olan əşyanın dəyərini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC xx.xx.2019-cu il tarixli 01-AGT000035985 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh qarşı tələb hüququnu yazılı qaydada "xxxx" MMC-yə güzəşt etmişdir. İddiaçı MMC ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 001 saylı faktorinq müqaviləsi və müqavilənin 1 saylı Əlavəsinə əsasən güzəşt edilmiş "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Lakin, Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, nəticədə tələbi güzəşt olaraq əldə etmiş İddiaçı MMC-yə bağlanmış xx.xx.2019-cu il tarixli 01- AGT000035985 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 215 (iki yüz on beş) manat əsas, 33 (otuz üç) manat faiz, 15 (on beş) manat cərimə olmaqla ümumilikdə 263 (iki yüz altmış üç) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 193 (tələbin güzəştinə münasibətdə), 462 (dəbbə puluna münasibətdə), 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. MM-in 193.2-ci maddəsinə əsasən, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. MM-in 193.3-cü maddəsinə əsasən, əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 193, 462, 600.4 və 655.1-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 215 (iki yüz on beş) manat əsas, 33 (otuz üç) manat faiz, 15 (on beş) manat cərimə olmaqla ümumilikdə 263 (iki yüz altmış üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh qızından 215 (iki yüz on beş) manat əsas, 33 (otuz üç) manat faiz, 15 (on beş) manat cərimə olmaqla ümumilikdə 263 (iki yüz altmış üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3337/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3337/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver