Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3355/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası ərizəsi üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Hicran Sirac qızı və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, övladlarının digər xərclərinin ödənilməsi üçün hər ay 100 manat sabit pul məbləğinin və mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 21 may 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 06 yanvar 2016-cı il təvəllüdlü X5 və 15 avqust 2017-cı il təvəllüdlü İskəndərova Hicran Sirac qızı dünyaya gəlmişdir. Astara rayon Məhkəməsinin 2(018)-223/2019 saylı 29 aprel 2019-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında 21 may 2015-ci ildə Astara rayon Qeydiyyat şöbəsində 62 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 06 yanvar 2016-cı il təvəllüdlü X5 və 15 avqust 2017-cı il təvəllüdlü İskəndərova Hicran Sirac qızının iddiaçının yanında qalması və 08 yanvar 2019-cu il tarixdən hesablanmaqla 06 yanvar 2016-cı il təvəllüdlü X5 və 15 avqust 2017-cı il təvəllüdlü İskəndərova Hicran Sirac qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hesab edir ki, uşağın saxlanılması xərclərinin yetərli və davamlı olması üçün cavabdehdən tutulan alimentin sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə - 220 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandrılmışdır ki, aliment ödəmək onun vəzifəsidir və bundan boyun qaçırmır. Lakin hər iki uşağa ümumilikdə 540 manat məbləğində aliment ödəmək imkanı xaricindədir. Bundan başqa hazırda heç bir yerdə işləmir. Anası vəfat etmişdir. Atası “Əfqanıstan müharibəsi” veteranıdır. Onun aldığı 80 manat sosial müavinəti ilə dolanır. Bəzən günəmuzd fəhlə kimi də çalışır. Belə bir vəziyyətdə 540 manat aliment ödəməyi qeyrimümkündür. Həmçinin onun ailə və maddi vəziyyətində hər hansı bir dəyişiklik baş verməmişdir. İddiaçı bu barədə tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, cavabdehin gəlirləri barədə sübutu yoxdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasılarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-223/2019 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı nikahları pozulmuş birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Hicran Sirac qızı və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları X3 yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, İddiaçı ********* VÖEN ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, İddiaçı hamamçı vəzifəsində çalışır və əmək haqqısı 15 manat təşkil edir. Məhkəmə uşağın mənafeyini, alimentin təyin edildiyi vaxta – 2019-cu ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Hicran Sirac qızı və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir. Həmçinin işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı özü də əmək fəaliyyəti ilə məşğuldur, cavabdeh isə günəmuzd fəhlə kimi fəaliyyət göstərdiyini və sabit gəlirinin olmadığını bildirir. Məhkəmə nəzərə alır ki, bu kateqoriya işlərə baxılarkən istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafeləri gözlənilməlidir. Belə ki, gələcəkdə yerinə yetirilməsi real olaraq mümkün olmayan aliment miqdarının müəyyən edilməsi həm də qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyrimümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh əlavə gəlirinin olmadığını bildirərək 440 manat məbləğində alimenti ödəyə bilməyəcəyini bildirir. İddiaçı isə hazırda cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tələb edir. Odur ki, məhkəmə cavabdehin əmək haqqı və digər gəlirləri barədə rəsmi məlumatın olmamasını və iddiaçının aylıq gəlirinin olmasını, həmçinin uşağın saxlanılmasının hər iki valideyinin borcu olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləği qismən artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğini (300 manat) və cavabdehin maddi durumunu nəzərə alaraq qeyd edir ki, iddiaçı birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların əlavə xərclərinin əvəzi olaraq hər ay 100 manat sabit pul məbləğinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, cavabdehdən iddiçının xeyrinə tutulan aliment məbləği cavbdehin aylıq gəlirləri nəzərə alınmaqla kifayət qədər yüksək məbləğdir. Eyni zamanda iddiaçı tərəfindən uşaqların əlavə xərclərinin nədən ibarət olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, birgə nikahdan olan uşağın saxlanılması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanılması üçün cavabdehdən qanunla müəyyən edilmiş qaydada aliment tutulduğundan iddia tələbi əlavə xərclərə görə hissədə əsaslı deyildir və cavabdehdən tutula bilməz. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-223/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Hicran Sirac qızı və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Hicran Sirac qızı və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun ½ hissəsi olan 25 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-223/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Hicran Sirac qızı və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Hicran Sirac qızı və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin ½ hissəsi olan 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-3355/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3355/2023
08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver