Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3361/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 Xeybər oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli ***-*******DK190320-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.000 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə yaranmış 1.120,42 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 566,16 manat faiz borcu və ödənilmiş 76,87 manat dövlət rüsumu olmaqla, cəmi 5.763,45 manat pulun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 Xeybər oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 3 ay müddətinə illik 15% ödənilməsi şərti ilə 4.000 manat kredit vermişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Odur ki, bank hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilməklə, həmçinin “AZEMİS” vasitəsilə 051 454 99 65 nömrəli mobil telefonuna SMS bildirişi göndərməklə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. llarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli ***-*******DK190320-01 nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 3 ay müddətinə illik 15 faiz ödənilməsi şərti ilə 4000 manat kredit vermişdir. Borcalan Cavabdeh xx.xx.2020-ci il tarixdə kassa məxaric orderinə imza etməklə 4.000 anat pulu bankdan nağd şəkildə almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, cavabdehin xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 4.000 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 1.120,42 manat faiz borcu, müqavilənin müddəti bitəndən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 566,16 manat faiz borcu olmaqla, cəmi 5.686,58 manat borcu vardır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.000 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə yaranmış 1.120,42 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 566,16 manat faiz borcu və ödənilmiş 76,87 manat dövlət rüsumu olmaqla, cəmi 5.763,45 manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli ***-*******DK190320-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.000 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə yaranmış 1.120,42 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 566,16 manat faiz borcu və ödənilmiş 76,87 manat dövlət rüsumu olmaqla, cəmi 5.763,45 (beş min yeddi yüz altmış üç manat qırx beş qəpik) manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3361/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3361/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver