Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3365/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsi üzrə 37179,17 USD əsas borca xx.xx.2022-ci il tarixdən (icraata başlamaq haqqında Qərarın tarixi) xx.xx.2023-cü il tarixədək (iddia ərizəsinin verildiyi tarix) hesablanmış 5 faiz məbləğində 852,02 USD borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 384,47 AZN məbləğində dövlət rüsumunun tutulması və İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 3 ay güzəşt dövrü verilməklə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % haqq ödəmək şərti ilə 100 000 USD (yüz min ABŞ dolları) məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi Bankla Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 364/F-15-01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 58.51 kv.m yaşayış sahəsi, olan 2 otaqlı mənzilə və X2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində, olan 0.013720 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 68.4 kv.m yaşayış sahəsindən ibarət 20 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Kredit verildikdən sonra cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərinə pozmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixədək kredit borcunu tam ödəməli olduğu halda, ödənişlər aparmadığına görə tərəflərindən Cavabdeh qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış, xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsi üzrə 85 929.17 USD əsas, 8 851.07 USD faiz, 15 063.60 USD cərimə borcu olmaqla cəmi 109 843.84 USD borcunun cavabdehdən tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilərək, həmin əmlakların açıq hərracda satışı hesabına əldə ediləcək vəsaitin kredit borcunun ödənişinə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə Yasamal Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixdə qətnamə çıxardaraq cavabdehdən 85 929.17 USD əsas, 11 254.15 USD faiz, 100 USD cərimə borcu olmaqla cəmi 97 283.34 USD borcunun tutulması, ipoteka qoyulmuş əmlakın açıq hərracda satışı hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsi 36 aylıq müddətə bağlanmışdır. xx.xx.2018-ci il tarixdə müqavilənin müddəti bitmiş, faizlər həmin tarixədək hesablanmış, eləcə də məhkəmə məhz həmin dövrədək mövcud olan faizlərin tutularaq Banka ödənilməsi qənaətinə gəlmişdir. xx.xx.2018-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və borcunu ödəməmiş, eyni zamanda borcun tutulması, ipoteka predmetinin satışı hesabına banka ödənilməsi ilə bağlı məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verməklə kredit borcunun qaytarılmasına maneələr yaratmışdır. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda cavabdehin Banka əsas borcunun qalığı 37179,17 USD təşkil edir. Hesab edirlər ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5 (beş) faiz pul cavabdehdən tutularaq Banka ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə nəzərdə tutulmuş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsi üzrə 37179,17 USD əsas borca xx.xx.2022-ci il tarixdən (icraata başlamaq haqqında Qərarın tarixi) xx.xx.2023-cü il tarixədək (iddia ərizəsinin verildiyi tarix) hesablanmış 5 faiz məbləğində 852,02 USD borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 384,47 AZN məbləğində dövlət rüsumunun tutulması və İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 3 ay güzəşt dövrü verilməklə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % haqq ödəmək şərti ilə 100 000 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 364/F-15-01 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 58,51 kv.m ümumi sahədən ibarət 2 otaqlı14 nömrəli mənzil və cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli 364/F-15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 85.929,19 ABŞ dolları əsas borc, 11.254,15 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 97.283,34 ABŞ dolları borcun (ödəniş günü manai məzənnəsi ilə), ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumu və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “TuranBank" ASC-yə ödənilməsi, tutmanın - ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 58,51 kv.m ümumi sahədən ibarət 2 otaqlı14 nömrəli mənzilinə və cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh xüsusi mülkiyyətində ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən olan 58,51 kv.m ümumi sahədən ibarət 2 otaqlı 14 nömrəli mənzilin bazar dəyərinin 130.000 manat müəyyən edilməklə açıq hərracda satılması, mənzil satıldıqdan 1 ay sonra cavabdeh ƏhmədovaLeyla Saday qızının ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, cavabdeh X1 mülkiyyətində olan Bakı şəhər Səbail rayonu 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 240.000 manat müəyyən edilməklə açıq hərracda satılması, fərdi yaşayış evi satıldıqdan 1 ay sonra cavabdeh X3 ailə üzvləri ilə birlikdə həmin evindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4116/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsi bağlanmışdır. Borcalan həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixinədək borcalanın banka 37179,17 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi Arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsi üzrə 37179,17 USD əsas borca xx.xx.2022-ci il tarixdən (icraata başlamaq haqqında Qərarın tarixi) xx.xx.2023-cü il tarixədək (iddia ərizəsinin verildiyi tarix) hesablanmış 5 faiz məbləğində borcu 852,02 USD təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmənin hesabına 148,90 manat məbləğində dövlət rüsumunu ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmənin hesabına 235,57 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1. maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən bank məhkəməyə müraciət etmiş və müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən kredit müqaviləsi üzrə pul tələbinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Yekun olaraq Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Lakin xx.xx.2022-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə borcunu ödəməmişdir. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsi üzrə 37179,17 USD əsas borca xx.xx.2022-ci il tarixdən (icraata başlamaq haqqında Qərarın tarixi) xx.xx.2023-cü il tarixədək (iddia ərizəsinin verildiyi tarix) hesablanmış 5 faiz məbləğində 852,02 USD borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 384,47 AZN məbləğində dövlət rüsumunun tutulması və İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, uzun müddət icra sənədinə əsasən borc cavabdeh tərəfindən ödənilmədiyindən hazırda iddiaçı borc məbləğinin 5 faizi məbləğində əlavə pul tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi Cavabdeh xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsi üzrə 37179,17 USD əsas borca xx.xx.2022-ci il tarixdən (icraata başlamaq haqqında Qərarın tarixi) xx.xx.2023-cü il tarixədək (iddia ərizəsinin verildiyi tarix) hesablanmış 5 faiz məbləğində 852,02 USD borcun bankın xeyrinə tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi 852,02 USD təşkil etdiyindən ödənilmiş dövlət rüsumu da iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq - 384,47 manat məbləğində deyil 34,48 manat məbləğində Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 852,02 (səkkiz yüz əlli iki dollar iki sent) ABŞ dolları məbləğində pul vəsaiti və 34,48 (otuz dörd manat qırx səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3365/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3365/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver