Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3376/2024 05.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh“KRİSTAL BAKİ" ASC tərəfindən ona məxsus əmlaka vurulmuş 120.000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehin üzərinə Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən 115 kv.m tikintialtı sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində qazıntı, söküntu və tikinti işlərinin aparılmasının qadağan edilməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildən ailə üzvləriylə birlikdə Ağdam rayonun Çuxurməhlə kəndindən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb yaşayır. Mənzil şəraiti pis olduğundan Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında öz şəxsi hesabına 115 kv.m tikintialtı sahəsi olan 5 otaqlı fərdi yaşayış evi tikib, ailə üzvlərimlə birlikdə həmin evdə yaşayır. Həmin fərdi yaşayış evi 4 otaqdan və mətbəxdən ibarət idi. Ona məxsus həmin fərdi yaşayış evi 28 fevral 2024-cü il tarixdə saat- 11 radələrində "xxxx" ASC-nin əməkdaşları tərəfindən qəfil ağır texnika ilə sökülərək məhv edilmişdir. "xxxx" ASC-nın daşlarından evini hansı əsasla sökmələrini soruşsalar da heç bir əsas göstərmədilər və rəsmi sənədtəqdim etməkdən imtina etdilər. “Kristal Bakı" ASC qeyd edilən hüquqa zidd fəaliyyəti nətəcəsındə ona məxsus əmlaka 120.000 manat məbləğində zərər vurmuşdur. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi və digər cinayətlərin əlamətləri var. O və həyat yoldaşı X3 dəfələrlə Cavabdeh ASC-nin əməkdaşları ilə görüşüb iradımızı bildirərək hüquqa zidd fəaliyyətlərini dayandırmalarıını tələb etsələr də, heç bir tədbir görülməmişdir. Hazırda da "xxxx" ASC-nin əməkdaşları hüquqa zidd fəaliyyətini davam etdirir. 28 fevral 2024-cü il tarixdə ağır texnika ilə qəsdən sökülərək məhv edilmiş ona məxsus Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi sahədə "KRİSTAL BAKİ” ASC tərəfindən bir neçə dəfə tikiləcək hündürmərtəbəli binanın bünövrəsi ilə bağlı qazıntı işləri aparılmasına cəhd edilmışdir. “KRİSTAL BAKİ" ASC tərəfindən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən .fərdi yaşayış evinin ağır texnika ilə qəsdən sökülərək məhv edilməsini təsdiq edən şahidlər və fofoşəkillər vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, qarşı tərəfin izahatı tamamilə əsassızdır. Onlar bununla bağlı 19 mart tarixində iddia ərizəsi də vermişdilər. Həmin mənzilə ekspertiza keçirilmişdir. Evin yarımtikili və pis vəziyyətdə olduğu, heç bir yaşayışın olmadığı ekspertiza nəticəsində əksini tapmışdır. Ekspertizanın rəyində də bu faktlar qeyd edilmişdir.Bununla sübutları da məhkəməyə təqdim ediblər. Öz iddia ərizəsində kompensasiyanın verilməsinə razı olduqlarını da qeyd ediblər. Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə bu məsələ artıq hüquqi qüvvəsini almış, X3 tərəfindən M-119 ünvanda inşa olunmuş ev kimi nəzərdə tutulmuş tikilinin hazırki real bazar qiyməti ilə təqribi dəyəri 8000 manat məbləğində müəyyən edilmişdir. Odur ki, hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: X1 24 saylı, 20 fevral 2024-cü il tarixli Qiymətləndirmə rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 340 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə "xxxx" ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında “Qanlı gölün şimalqərb hissəsində yerləşən torpaq sahəsində X3 tərəfindən M-119 ünvanda inşa olunmuş ev kimi nəzərdə tutulmuş tikilinin hazırki real bazar qiyməti ilə təqribi dəyəri 8000 manat məbləğində müəyyən edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2187/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “kompensasiya və özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və cavabdeh X2 məxsus ümumi sahəsi 80,58 kv.m olan M-93A nömrəli özbaşına tikili ev, "xxxx" ASC tərəfindən cavabdeh X2 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 42 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olub Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülmüşdür. İddaçı əmlakına vurulmuş zərəri 120.000 manat məbləğində qiymətləndirir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2187/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə hazırki mübahisəyə hüquqi qiymət verilmişdir. Belə ki, həmin qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və cavabdeh X2 məxsus ümumi sahəsi 80,58 kv.m olan M-93A nömrəli özbaşına tikili ev, "xxxx" ASC tərəfindən cavabdeh X2 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, özbaşına tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 8000 manat məbləğində müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, iddia tələbi ilə işin faktiki halları üst-üstə düşmədiyindən rədd edilməlidir. Odur ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3376/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3376/2024
05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver