Məhkəmə qərarları › İş №e-2(004)-3396/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3396/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3396/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdeh İusubov Rakhibin (X3) iştirakı ilə, İddiaçı cavabdeh İusubov Rakhibə (X4) qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İusubov Rakhibə (X4) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İusubov (Yusubov) Rəhim Ədalət oğlundan cəmi 50000 (əlli min dollar) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3396/2025 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh X1 (İusubov Rakhıb) 50000 (əlli min) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), ödənilmiş dövlət rüsumunun əvəzi olan 345 (üç yüz qırx beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iş üzrə cavabdeh X6 (İusubov Rakhib) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3396/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə İddiaçı cavabdeh X4 (İusubov Rakhıb) qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İusubov (Yusubov) Rəhim Ədalət oğlundan cəmi 50000 (əlli min dollar) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3396/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X1 (İusubov Rakhıb) 50000 (əlli min) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), ödənilmiş dövlət rüsumunun əvəzi olan 345 (üç yüz qırx beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, cavabdeh İusubov Rakhibi (X7) iş sahəsindən tanıyır. Onların işi xarici ölkələrə yükdaşıma olduğu üçün İusubov Rakhib (X7) dispetçer (vasitəçi) olaraq fəaliyyət tanımışdır. Bır müddət cavabdehlə müxtəlif işlər görmüşlər. Rahib onunla münasibətlə güvən qazandıqdan sonra, ev alma niyyətinin olmasını deyərək ondan pul istəmişdir. O, ondan ümumilikdə 60 min manat pul istəmiş, məbləğin təxminən 50 mininə yaxını ev almaq, digər hissəsini müəyyən iş görmək məqsədi olduğunu bildirmişdir. Öz aralarında, onun imzası ilə sənəd imzalamışlar. Daha doğrusu özü etirafedici yazı formasında yazmışdır. Güvəni qazandığı üçün, ortaq tanışlar, gördüyü işlər və digər hallara görə onun bu xahişini qəbul etmişdir. Dediyi məqsəd üçün 60000 (altmış min dollar) pul vermişdir. Həmin o puldan 10000 (on min dollar) pulu qaytarmışdır. Lakın, o vaxtdan indiyədək qalan 50000 (əlli min dollar) puldan heç bir ödəniş etməmişdir, hətta qaytarmayacağını bildirmişdir. Dəfələrlə müraciət etsə də, heç bir nəticə verməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh X4 (İusubov Rakhıb) məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X4 (İusubov Rakhıb) qarşı pul tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X4 (Rakhıb İusubova) 60000 (altmış min) ABŞ dolları məbləğində borca pul vermiş, sonuncu həmin borcdan ona 10000 (on min) ABŞ dollarını qaytarmış, qalan pulu isə bu vaxta kimi qaytarmamışdır. Bu hal iş materiallarında olan CD disklə, flaşkartda olan səs yazıları və şahid ifadələri ilə də öz təsdiqini tapır. Hal-hazırda iddiaçı cavabdeh İusubov (Yusubov) Rəhim Ədalət oğlundan cəmi 50000 (əlli min dollar) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsini tələb edir. Qeyd edir ki, eyni mübahisə üzrə Bakı şəhəri Yasamal Rayon məhkəməsinin 2(004)-4129 2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə - İddiaçı cavabdeh İusubov Rakhibə qarşı “pul” tələbi təmin edilməmişdir. Həmin müddətdə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İusubov Rakhibi işlə əlaqədar tanıyır. İddiaçının işi xarici ölkələrlə yükdaşıma işinin həyata keçirilməsidir. Cavabdeh ise dispetçer (vasitəçi) olaraq fəaliyyət göstərir. 2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə malların gətirilməsi üçün 60000 ABŞ dolları pul ödənilmiş, həmin vəsaitin 10000 ABŞ dolları hissəsini cavabdeh iddiaçıya geri qaytarmış, qalıq 50000 BŞ dolları hissəsini isə qaytarmamışdır. Qeyd edir ki, o zaman da, iddiaçının tələbi əsassız olduğundan tələb təmin edilməmişdir, rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4129/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi qət edildikdən sonra iddiaçı Apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir. Əgər hər hansı bir mülki iş üzrə eyni iddia tələbi ilə bağlı 2024-cü ildə qətnamə (məhkəmə qərarı) artıq qanuni qüvvəyə minib, bu halda eyni tərəflər arasında, eyni predmet və eyni əsas üzrə həmin iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək qanuna ziddir. Yəni belə halda iddiaçı eyni məsələ ilə bağlı yenidən iddia qaldıra bilməz və məhkəmə belə iddianı qəbul etməməli və geri qaytarmalıdır. Hazırki iş üzrə, qeyd edir ki, məhkəmə baxışında təqdim olunmuş sübutlar əsassız və qanunsuzdur. Məhkəmə tamamilə başqa şəxsin səs yazılarına istinad edərək qərar vermişdir. İş materiallarında olan səs yazıları X4 məxsus deyil. Bu səs yazısında səslərin kimə məxsus olması və ya yazının autentikliyi (dəyişdirilib-dəyişdirilməməsi) işin halları üçün mühüm əhəmiyyət kəsb etdiyindən, həmin səs yazısının fonoskopik ekspertizasının keçirilməsi zəruridir. Hazırda mülki iş üzrə, tərəflər arasında nə yazılı razılaşma, nə təsdiqlənmiş formada bir sənəd, nə də ki, borc müqaviləsi var. Yalnız kənar şəxsin səs yazılarına istinad edərək, qətnamə çıxarılıb. Qiyabi qətnamənin mahiyyəti ondan ibarətdir ki, məhkəmə cavabdeh iclasa gəlmədikdə, lakin iş üzrə lazımi qaydada məlumatlandırılıbsa və gəlməməsini əsaslandırmayıbsa, işə onun iştirakı olmadan qiyabi qaydada baxa bilər. Bu halda çıxarılan qərar qiyabi qətnamə adlanır. Lakin, cavabdehin hazır ki tələblə bağlı heç bir məlumatı olmamış, lazımı qaydada iş üzrə bildiriş almamış, qiyabi qətnaməni rəsmi şəkildə 23 oktyabr 2025-ci il tarixdə almışdır. Məhkəmənin vaxtı və yeri barədə mənə hər hansı bildiriş gəlməmişdir. Bu barədə də, iş materiallarında buna dair hansısa bir sənəd mövcud deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3396/2025 nömrəli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3396/2025 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X4 (İusubov Rakhib) qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 (İusubov Rakhib) iddianı qəbul etməyərək, ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdeh İusubov Rakhibə (X5) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 50000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İusubov Rakhibi işlə əlaqədar tanıyır. İddiaçının işi xarici ölkələrlə yükdaşıma işinin həyata keçirilməsidir. Cavabdeh isə dispetçer (vasitəçi) olaraq fəaliyyət göstərir. 2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə malların gətirilməsi üçün 60000 ABŞ dolları pul ödənilmiş, həmin vəsaitin 10000 ABŞ dolları hissəsini cavabdeh iddiaçıya geri qaytarmış, qalıq 50000 ABŞ dolları hissəsini isə qaytarmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4129/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh lusubov Rakhibə qarşı “pul" tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Fariz Əlizadə) Daha sonra İddiaçı cavabdeh İusubov Rakhibə (X5) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İusubov (Yusubov) Rəhim Ədalət oğlundan cəmi 50000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İusubov Rakhibi (X7) iş sahəsindən tanıyır. Onların işləri xarici ölkələrə yükdaşıma olduğu üçün İusubov Rakhibi dispetcer (vasitəçi) olaraq tanımışdır. Bir müddət cavabdehlə müxtəlif işlər görmüşlər. Rahib onunla münasibətdə güvən qazandıqdan sonra ev alma niyyətinin olmasını deyərək, ondan ümumilikdə 60000 manat pul istəmiş, məbləğin təxminən 50000 manata yaxını ev almaq, digər hissəsini müəyyən iş görmək məqsədilə aldığını demişdir. Dediyi məqsəd üçün cavabdehə 60000 ABŞ dolları pul vermişdir. Həmin puldan 10.000 ABŞ dolları məbləğində pulu qaytarmış, lakin indiyədək qalan 50.000 ABŞ dolları qaytarmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3396/2025 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh X1 (İusubov Rakhıb) 50000 (əlli min) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), ödənilmiş dövlət rüsumunun əvəzi olan 345 (üç yüz qırx beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Gülnar Babazadə) Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2025-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İusubov Rakhibdən (X1) eyni məbləğdə pulu, 50000 ABŞ dollarını cavabdehə malların gətirilməsi üçün 60000 ABŞ dolları pul verdiyini, həmin vəsaitin 10000 ABŞ dollarının qaytarıldığı, qalıq 50000 ABŞ dolları hissəsinin qaytarılmadığı kimi əsaslandırmış, həmin iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4129/2024 nömrəli qətnaməsinə əsasən təmin edilməmişdir. (hakim Fariz Əlizadə) Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İusubov Rakhibdən (X1) eyni məbləğdə pulu, 50000 ABŞ dollarını cavabdehin onunla münasibətdə güvən qazandıqdan sonra ev alma niyyətinin olmasını deyərək, ondan ümumilikdə 60000 manat pul istədiyini, məbləğin təxminən 50000 manata yaxınını ev almaq, digər hissəsini müəyyən iş görmək məqsədilə aldığını, cavabdehə 60000 ABŞ dolları pul verdiyini, həmin vəsaitin 10000 ABŞ dollarının qaytarıldığı, qalıq 50000 ABŞ dolları hissəsinin qaytarılmadığı kimi əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı eyni məbləğin (50000 ABŞ dolları) “malların gətirilməsi üçün verilmiş vəsait kimi” eyni şəxsdən tutulması tələbinə dair iddiasının rədd edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda, iddiaçı yenidən eyni məbləği “ev almaq niyəti ilə verilmiş vəsait kimi” qələmə verməklə eyni şəxsdən tutulması tələbi ilə məhkəməyə müraciət edərək, iddianın predmeti dəyişmədiyi halda iddianın əsasını formal və süni şəkildə dəyişdirərək, mahiyyət etibarı ilə eyni olan mübahisəyə yenidən məhkəmədə baxılmasına nail olmağa cəhd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh İusubov Rakhib (X4) qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 345 (üç yüz qırx beş) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar