Məhkəmə qərarları › İş №e-2(004)-3417/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3417/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3417/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmaqla həmin şərtləri qəbul edəərk ərizə ilə banka müraciət etmiş, bank tərəfindən ərizə qəbul edilmiş və cavabdehə illik 25,90% dərəcəsi ilə 60 ay müddətinə 9380 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin "xxxx" ASC-yə 8287,51 (səkkiz min iki yüz səksən yeddi manat əlli bir qəpik) manat əsas, 158,92 (yüz əlli səkkiz manat doxsan iki qəpik) manat faiz, 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8474,63 (səkkiz min dörd yüz yetmiş dörd manat altmış üç qəpik) manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Qeyd olunanlarə nəzərə alınmaqla, iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsi nəzərə alınmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin işsiz qaldığından borcunu ödəyə bilmədiyini, işə düzələrək borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” müqaviləsinə, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə və Bankın akseptinə əsasən müəyyən olunur ki, Cavabdeh illik 25,90% dərəcəsi ilə 60 ay müddətinə 9380 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 8287,51 (səkkiz min iki yüz səksən yeddi manat əlli bir qəpik) manat əsas, 158,92 (yüz əlli səkkiz manat doxsan iki qəpik) manat faiz, 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8474,63 (səkkiz min dörd yüz yetmiş dörd manat altmış üç qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə borcuna münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 462, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” müqaviləsinə, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə və "xxxx" ASC-nin akseptinə əsasən müəyyən olunur ki, Cavabdeh illik 25,90% dərəcəsi ilə 60 ay müddətinə 9380 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə Cavabdeh "xxxx" ASC-yə 8287,51 (səkkiz min iki yüz səksən yeddi manat əlli bir qəpik) manat əsas, 158,92 (yüz əlli səkkiz manat doxsan iki qəpik) manat faiz, 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8474,63 (səkkiz min dörd yüz yetmiş dörd manat altmış üç qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 104,75 (yüz dörd manat yetmiş beş qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən iddianın təkzib edilməsi ilə bağlı hər hansı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, iddia barədə şifahi formada da olsa mülahizə məhkəməyə bildirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8287,51 (səkkiz min iki yüz səksən yeddi manat əlli bir qəpik) manat əsas, 158,92 (yüz əlli səkkiz manat doxsan iki qəpik) manat faiz, 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8474,63 (səkkiz min dörd yüz yetmiş dörd manat altmış üç qəpik) manat pul və ödənilmiş 104,75 (yüz dörd manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 8287,51 (səkkiz min iki yüz səksən yeddi manat əlli bir qəpik) manat əsas, 158,92 (yüz əlli səkkiz manat doxsan iki qəpik) manat faiz, 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8474,63 (səkkiz min dörd yüz yetmiş dörd manat altmış üç qəpik) manat pul və ödənilmiş 104,75 (yüz dörd manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar