Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3419/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı xeyrinə 9984 manat icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pulun tutulması barədə qətnaçə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh „CARGO LİNE“ MMC arasında 28 aprel 2021-ci il tarixində qeyri-yaşayış sahəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə iddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2-3 saylı binanın 1 və 7 nömrəli 70.2 m ümumi sahəsi olan qeyriyaşayış sahəsini cavabdehin “ofis” qismində istifadəsinə verməyi, cavabdeh isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada iddiaçıya ödəməyi öhdəsinə götürür. Aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən 1224 AZN (1053AZN əsas, 171 AZN ödəmə mənbəyindən tutulan vergi (14%)) təşkil edir. 171 AZN təşkil edən ödəmə mənbəyindən tutulan vergi cavabdeh tərəfindən ödənilir. Cavabdeh icarə haqqını ilk ay üçün bu müqavilənin 2.2-ci bəndinə uyğun olaraq,növbəti aylar üçün isə hər təqvim ayının 01-ci gününədək tam olaraq nağd və ya bank köçürməsi yolu ilə ödəyir. Cavabdeh tərəfindən icarə haqqı vaxtı-vaxtında ödənilmədiyi üçün cavabdehin iddiaçıya 9984 manat (doqquz min doqquz yüz səksən dörd manat) borcu yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq ərizələrinə qiyabi icraat qaydasında baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyriyaşyış sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı (icarəyə verən) ilə „Cargo Lıne“ MMC (icarəçi) arasında bağlanmış 28 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 2-3 saylı binanın 1 və 7 nömrəli 70,2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini icarəçinin ofis qismində istifadəsinə verməyi, icarəçi isə bu müqvilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən 1224 manat (1053 manat əsas, 171 manat ödəmə mənbəyindən tutulan vergi (14 faiz)) təşkil edir. 171 manat təşkil edən ödəmə mənbəyindən tutulan vergi icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən (xx.xx.2021) 50 gün ərizndə icarəçi öz hesabına təmir işləri görür, müvafiq avadanlığını quraşdırır və xx.xx.2021-ci il tarixindən icarə haqqının hesablanması başlayır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icarəçi icarə haqqını ilk ay üçün bu müqavilənin 2.2-ci bəndinə uyğun olaraq növbəti aylar üçün isə hər təqvim ayının 01-ci gününədək tam olaraq nağd və ya bank köçürməsi yolu ilə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı (icarəyə verən) ilə „Cargo Lıne“ MMC (icarəçi) arasında bağlanmış 28 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 2-3 saylı binanın 1 və 7 nömrəli 70,2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini icarəçinin ofis qismində istifadəsinə verməyi, icarəçi isə bu müqvilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən 1224 manat (1053 manat əsas, 171 manat ödəmə mənbəyindən tutulan vergi (14 faiz)) təşkil edir. 171 manat təşkil edən ödəmə mənbəyindən tutulan vergi icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixindən icarə haqqının hesablanması başlayır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icarəçi icarə haqqını ilk ay üçün bu müqavilənin 2.2-ci bəndinə uyğun olaraq növbəti aylar üçün isə hər təqvim ayının 01-ci gününədək tam olaraq nağd və ya bank köçürməsi yolu ilə ödəyir. Lakin cavabdeh tərəfindən müqavilə öhdəliyi pozularaq icarə haqqı vaxtı-vaxtında ödənilmədiyindən cavabdehin iddiaçıya 9984 manat borcu yaranmışdır. Odur ki hazırda iddiaçı cavabdeh „Cargo Lıne“ MMC-dən 9984 manat icarə haqqı borcunun alınaraq ona qaytarılması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normaların məzmununa əsasən tələb olunan aylar üçün icarə haqqının ödənilməsini sübut etmək, bu barədə sübutların təqdim olunması vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən məhkəməyə bu barədə heç bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın bu hissədə təmin olunması üçün əsaslar mövcuddur. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 9984 (doqquz min doqquz yüz səksən dörd) manat icarə haqqı borcu İddiaçı xeyrinə tutulmalıdır. Habelə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-242, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 9984 (doqquz min doqquz yüz səksən dörd) manat icarə haqqı borcu və ödənilmiş 120 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3419/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-3419/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver