Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3427/2024 14.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, tikilidən istifadənin qadağan edilməsi və vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, tikilidən istifadənin qadağan edilməsi və vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyanın, yəni jalüzlərin quraşdırılması üçün ödədiyi 25.000 manat pulun Cavabdeh tutulub ona verilməsi, onun həyətinə açdığı pəncərələrin bağlanması, evindən hotel kimi istifadə edilməsinin qadağan edilməsi, 2-ci mərtəbənin damında quraşdırdığı yüksək gərginlikli işıq generatorunun oradan götürülməsinin, yenidən orada quraşdırılmasının qadağan edilməsi, ümumi hasara bitişik 2-ci mərtəbədə tikilən koteclərin və konstruksiyaların tam sökülməsi, yenidən tikilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 758 saylı bağ evində həyətinə açdığı pəncərələrin bağlanması, evindən hotel kimi istifadə edilməsinin qadağan edilməsi, 2-ci mərtəbənin damında quraşdırdığı yüksək gərginlikli işıq generatorunun oradan götürülməsinin, yenidən orada quraşdırılmasının qadağan edilməsi, ümumi hasara bitişik 2-ci mərtəbədə tikilən koteclərin və konstruksiyaların tam sökülməsi, yenidən tikilməsinin qadağan edilməsindən və vurulmuş ziyanla əlaqədar həmin tikilidə jalüzlərin quraşdırılması üçün ödənilmiş 25.000 manat pulun cavabdehdən tutulmasından ibarətdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələblərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsində deyil, daşınmaz əmlakın olduğu yer üzrə- Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Yəni məhkəmə hesab edir ki, iddiaçının qaldırdığı tələb mülkiyyətində olan daşınmaz əmlaka dair pozulmuş hüquqlarının bərpası və aradan qaldırılması ilə əlaqədar olduğundan, həmin iddia tələbinə cavabdehin ünvanı üzrə məhkəmədə baxıla bilməz. Həmin tələbə qanunvericilikdə müstəsna aidiyyət kimi nəzərdə tutulmuş daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Belə ki, qanunvericilik yalnız müəyyən çərçivədə iddiaçıya seçmək hüququ verir. MPM-in 36.13-cü maddəsinin tələbinə əsasən isə iddia ərizəsi cavabdehin hansı ünvanda qeydiyyatda olmasından asılı olmayaraq mübahisə predmeti olan tikinti, qurğu və ya torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsinə verilməlidir. Hakim izah edir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi mübahisə obyekti olan əmlakın yerində müayinəsindən, ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli daşınmaz əmlakın yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırki işə mübahisəli daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, tikilidən istifadənin qadağan edilməsi və vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, o, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3427/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3427/2024
14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver