Məhkəmə qərarları › İş №e-2(004)-3430/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3430/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3430/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının, sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin, pensiyasının (aylıq sabit məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və s.) və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında hər ay alimentin və mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 oktyabr 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahı Sumqayıt Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1076 nömrə ilə qeyd edilmiş, AZ-İ № 063883 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahdan xx.xx.2015-ci ildə X4 və xx.xx.2016-cı ildə X5 anadan olmuşlar. Ailə qurduğu vaxtlardan mehriban şəraitdə yaşasa da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1132/2024 saylı qətnaməsi ilə nikah pozulmuş və yetkinlik yaşına çatmayan övladlarının onun yanında saxlanılması qət edilmişdir. Belə ki, nikah pozulmamışdan əvvəl cavabdeh ilə 2023-cü ildə mediasiyaya müraciət edərkən "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edildiyindən hər uşağa 220 manat olmaqla 440 manat müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli MŞB/13/2023-01862 nömrəli Barışıq sazişi bağlanılmışdır, lakin həmin vaxt cari il üçün yaşayış minimumunun hər uşağa 235 manat olduğunu bilmədən həmin sazişə imza etmişdir. Cari ildə övladlarının xərcləri artmış, cavabdeh isə övladlarının artan maddi məsrəflərinin qarşılanmasında iştirak etmədiyindən, alimentin artırılmasını məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, cavabdeh vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyətindən gəlir əldə edir, eyni zamanda uzun müddət Dövlət Sərhəd Xidmətində xidmət etdiyindən və xidmət illərinə görə pensiyaya çıxdığından yüksək məbləğdə pensiya alır, onun gəlirləri kifayət qədər yüksəkdir. Onun hansı məbləğdə pensiya alması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət edilsə də, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-114747/2024 nömrəli cavab məktubunda pensiya məbləğinin fərdi məlumat olduğu əsas gətirilərək, sorğuya cavab verilməkdən imtina edilmişdir. Qanunvericiliyin tələblərinə riayət olunaraq, məhkəmədən əvvəl mediatora müraciət olunsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, mediasiya prosesi baş tutmamışdır. Mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 50 manat dövlət rüsumu, 10 manat kargüzarlıq haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladları vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(004)-1132/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında sumqayıt şəhər Qeydiyyat şöbəsində 21 oktyabr 2014-cü iltarixdə bağlanmış 1076 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatının 08 yanvar 2024-cü il tarixli MŞB/13/2023-01862 saylı barışıq sazişinə əsasən tərəflər aralarında xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş AZEMİS -dən çıxarışdan görünür ki, Cavabdeh yaşa görə pensiya məbləği 1451,48 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiyaya dair, 10 manat kargüzarlıq xidmətlərinə görə xərc ödənilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları İddiaçı qalması və onların saxlanılması üçün alimentin sabit məbləğdə tutulması ilə bağlı razılıq əldə edilmişdir. Hazırda isə iddiaçı xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının, sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin, pensiyasının (aylıq sabit məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və s.) və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında hər ay alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə uşaqların yüksək mənafeyini cavabdehin hal-hazırki gəlirini nəzərə alaraq, hesab edir ki, Bakı 13 saylı Mediasiya Təşkilatının 08 yanvar 2024-cü il tarixli MŞB/13/2023-01862 saylı barışıq sazişi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh yaşa görə 1451,48 manat məbləğində pensiya alır və həmin məbləğin 1/3 hissəsi (483,80 manat) yaşayış minimumu həddindən yüksəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia təmin edilməli, Bakı 13 saylı Mediasiya Təşkilatının 08 yanvar 2024-cü il tarixli MŞB/13/2023- 01862 saylı barışıq sazişi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı 13 saylı Mediasiya Təşkilatının 08 yanvar 2024-cü il tarixli MŞB/13/2023-01862 saylı barışıq sazişi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar