Məhkəmə qərarları › İş №e-2(004)-3437/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3437/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3437/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 16585.23 manat (əsas borcu - 6839 (altı min səkkiz yüz otuz doqquz) manat, faiz borcu - 9746.23 (doqquz min yeddi yüz qırx altı.23) manat) məbləğin və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2016-cı il tarixli 45-xx-xx-078878 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X2 35 (otuz beş) ay müddətinə, illik 23 (iyirmi üç) % olmaqla 6839 (altı min səkkiz yüz otuz doqquz) manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 45-xx-xx-078878 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu - 6839 (altı min səkkiz yüz otuz doqquz) manat, faiz borcu - 9746.23 (doqquz min yeddi yüz qırx altı.23) manat, ümumilikdə 16585.23 (on altı min beş yüz iyirmi səkkiz.23) manat məbləğində borc təşkil edir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsəsi Cavabdehdur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı ASC ilə atası X5 arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bankdan atasına 35 ay müddətinə, illik 23 faiz olmaqla 6839 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixdə atası X5 vəfat etmişdir. Həmin vaxt onlar atasının ölüm haqqında şəhadətnaməsini banka təqdim etmişlər. Atasının ölümündən 2 il keçdindən sonra bank tərəfindən ona xəbərdarlıq məktubu göndərilmişdir, həmin məktubda atasının banka 6800 manat əsas 9000 manata yaxın faiz borcu olduğu və həmin borcun atasının vərəsəsi kimi ondan tələb edildiyi qeyd edilmişdir. O, atasının vərəsəsidir və Şabran rayonunda yerləşən 0.2 ha torpaq sahəsi vərəsəlik üzrə ona keçmişdir. Həmin torpaq sahəsinin qiyməti təxmini 3000-3500 manat olar. Bu səbəbdən də, banka olan borcu ancaq qəbul etdiyi miras əmlakın dəyəri qədər ödəməyə razıdır. Bunları nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC-nin ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank sonuncuya illik 23 faiz olmaqla, 35 ay müddətinə 6839 manat məbləğində kredit vermişdir. X4 xx.xx.2019-cu uil tarixdə vəfat etmiş və Cavabdeh sonuncunun qanun üzrə vərəsəsi kimi tanınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonuncu anasından qalan miras əmlakı qəbul etmişdir. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 16585.23 manat (əsas borcu - 6839 (altı min səkkiz yüz otuz doqquz) manat, faiz borcu - 9746.23 (doqquz min yeddi yüz qırx altı.23) manat) məbləğin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5594 saylı rəyinə əsasən, X1 banka əsas borc üzrə 6839 manat, faiz borcu üzrə 4087.83 manat borcunun olduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan X8 Mərkəzinin xx.xx.2022-ci il tarixli, YDQM saylı, 004-091/2022 saylı rəyinə əsasən cavadbehə atasından miras qalmış Şabran şəhərində yerləşən 0.02 ha torpaq sahəsinin bazar qiyməti 3520 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunvericiliyin tələbindən göründüyü kimi, cavabdeh iddiaçı qarşısında, atasının banka olan borcu üzrə, sonuncudan miras qalmış əmlakın dəyəri həcmində borcludur. Belə ki, iş materialları ilə cavadbehə atasından miras qalmış Şabran şəhərində yerləşən 0.02 ha torpaq sahəsinin bazar qiyməti 3520 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (xx.xx.2016-cı il tarixli, 45-xx-xx-078878 saylı müqavilə üzrə) 3520 (üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun 78.78%-i, yəni 110 (bir yüz on) manat 30 (otuz) qəpiyi İddiaçı ASC-yə aid edilsin, qalan 21.22%-i, yəni 29 (iyirmi doqquz) manat 71 (yetmiş bir) qəpiyi isə Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 78.78%-i, yəni 78 (yetmiş səkkiz) manat 78 (yetmiş səkkiz) qəpiyi İddiaçı ASC-dən, digər 21.22%-i, yəni 21 (iyirmi bir) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (xx.xx.2016-cı il tarixli, 45-xx-xx-078878 saylı müqavilə üzrə) 3520 (üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun 78.78%-i, yəni 110 (bir yüz on) manat 30 (otuz) qəpiyi İddiaçı ASC-yə aid edilsin, qalan 21.22%-i, yəni 29 (iyirmi doqquz) manat 71 (yetmiş bir) qəpiyi isə Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 78.78%-i, yəni 78 (yetmiş səkkiz) manat 78 (yetmiş səkkiz) qəpiyi İddiaçı ASC-dən, digər 21.22%-i, yəni 21 (iyirmi bir) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar