Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3444/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh2 Füzuli oğlunun, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Yük Taksisi.AZ” MMC və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş vəsatətə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh1 MMC məhkəməyə vəsatət təqdim edərək, mülki işin məhkəmə aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X2 izahat verərək vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair cavabdeh tərəfindən verilmiş vəsatət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas dispozitiv şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. 1-ci dispozitiv şərtlə bağlı məhkəmə qeyd edir ki, sözügedən şərt ödənilir. Belə ki, İddiaçı MMC və cavabdehlərdən biri Cavabdeh1 MMC kommersiya hüquqi şəxsləridir və ayrı-ayrılıqda sözügedən subyektlərin əsas fəaliyyətləri gəlir əldə etməkdir. 2 və 3-cü dispozitiv şərtlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən kimi tərəflər (İddiaçı MMC və Cavabdeh1 MMC) arasındakı mübahisə sahibkarlıq (biznes) hüquq münasibətləri deyil, mülki hüquq münasibəti kimi tapşırıq hüquq münasibətlərindən (əgər tərəflər arasında birbaşa hüquq münasibəti yaranmışsa) və ya delikt hüquq münasibətləri ilə əlaqədar nəzərdə tutulmuş zərər vurma ilə bağlı maddi hüquq normalarından əmələ gələn münasibətlər kimi mülki hüquq münasibətləridir. Nəticə etibarilə, mübahisənin kökündə duran münasibət kommersiya münasibəti deyil, mülki hüquq (tapşırıq, delikt və s.) münasibətlərdir. Nəzərə almaq lazımdır ki, tərəflər (İddiaçı MMC və Cavabdeh1 MMC) arasında yaranmış hüquq münasibətinin xüsusatları araşdırmanın nəticəsində müəyyən ediləcəkdir. Nəzəri cəhətdən, İddiaçı MMC-nin hüquq münasibətinin (tapşırıq münasibəti) yalnız Cavabdeh2 ilə yaranması, iddiaçının digər Cavabdeh1 MMC ilə aralarında birbaşa hüquq münasibətlərinin mövcud olmaması, zərərin delikt hüquq normalarından əmələ gəlməsi mümkündür və bu xüsusatlar mülki işin icraatı zamanı aydınlaşdırıldıqdan sonra araşdırmanın nəticəsində hüquqi qiymət veriləcəkdir. Məhkəmə qeyd edir ki, kommersiya hüquq münasibəti mülki hüquq münasibətlərinin tərkibinə daxildir. Yəni, bütün kommersiya hüquq münasibətləri mülki hüquq münasibəti olsa da, bütün mülki hüquq münasibətləri kommersiya hüquq münasibəti deyil. Nəzərə almaq lazımdır ki, iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfdən tapşırığı qəbul etmiş Cavabdeh2 vurulan zərərin əsasını onun hərəkətləri ilə bağlı deyil, “166” yükdaşıma xidmətinin əməkdaşlarının həmin avadanlıqları daşıyarkən yol verdikləri nöqsan səbəbindən yarandığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətlər (iddiaçı və cavabdeh(lər), həmçinin cavabdehlərin öz arasında olan) ayrı-ayrı hüquq münasibətləridir (delikt, müqavilə və s.), yaranması əsası, mahiyyəti, dispozitiv şərtləri və hüquqi nəticələri fərqli ola bilər. Beləliklə, məhkəmə müəyyən edir ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Belə olduğu halda, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından Cavabdeh1 MMC tərəfindən verilmiş mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı MMC-nin cavabdehlər Yük Taksisi.AZ” MMC və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işin baxılması üçün məhkəmə aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməsinə dair Cavabdeh1 MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. Mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Sədrlik edən: Fariz Əlizadə