Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3451/2024 22.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 30.946,95 (otuz min doqquz yüz qırx altı manat doxsan beş qəpik) manat əsas borcun, 244,27 (iki yüz qırx dörd manat iyirmi yeddi qəpik) manat faiz borcunun, 0,62 (altmış iki qəpik) manat cərimə borcunun, cəmi 31.191,84 (otuz bir min yüz doxsan bir manat səksən dörd qəpik) manat borc və 183,58 (yüz səksən üç manat əlli səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 16% olmaqla 37.500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə onların tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyət vəsiqəsini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestrdən çıxarış əlavə edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (zaminlər) həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı cavabdeh X2 bütün öhdəliklərini icrа еtməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir, lakin məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və sübutlar əsasında iddianın təmin olunmasını xahiş etmişdir. Cavabehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxış iclaslarında iştirak edək Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbi ilə razıdır. Borcunun olduğunu qəbul edir. İşdən çıxdıqdan sonra kreditini ödəyə bilməmişdi. Lakin evini sataraq banka 5000 manat məbləğində pul vəsaiti ödəmişdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, sonuncu ödənişi təxmini olaraq yanvar ayında ödəmişdir. Bank ona sadəcə telefon vasitəsilə xəbərdarlıq edirdi. Bank tərəfindən vaxt barəsində ona köməklik də göstərilmişdi. Buna baxmayaraq o ödənişlərini edirdi. Daha sonra kreditini qrafikə salmış, bu ilin may ayında 1600 manatdan çox və iyun ayında da 1800 manatdan çox ödəniş etmişdir. Onun iyul ayından banka 750 manatdan çox borcum qalmışdı. Bankın əməkdaşları ilə danışıq aparmış, restrukturizasiya təklif etmiş və vaxt istəmişdir. Razılaşma əldə edilmişdi. Ödənişlərini də edirdi. Bankın hal-hazırda məhkəməyə müraciət etməsinin səbəbini anlamır. Hazırda qarşı tərəflə danışıqlar aparılır. Yerdə qalan borcu ödəməyi üçün məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan: İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, illik 16% olmaqla 37.500 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək sonuncu ay 1.065,20 manat olmaqla hər ay 1.065,36 manat ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 33FİZAM129881901 saylı İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, Kərimov X1 Ruhin Zahid oğlu ilə bank arasında xx.xx.2023-cü il tarixində bağlanmış kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında öz öhdəliklərini tamamı ilə icra edilməsi üçün Kreditor qarsışında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 33FİZAM144513401 saylı İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 Cavabdeh1 ilə bank arasında xx.xx.2023-cü il tarixində bağlanmış kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında öz öhdəliklərini tamamı ilə icra edilməsi üçün Kreditor qarsışında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Banka 30.946,95 manat əsas, 244,27 manat faiz borcu olmaqla, 0,62 manat cərimə olmaqla, cəmi 31.191,58 manat borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu 3 gün müddətində ödəməyəcəyi təqdirdə bank tərəfindən müvafiq borc tələbilə bağlı məhkəməyə müraciət olunacağı, həmçinin kredit müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün 183,58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30.946,95 (otuz min doqquz yüz qırx altı manat doxsan beş qəpik) manat əsas, 244,27 (iki yüz qırx dörd manat iyirmi yeddi qəpik) manat faiz, 0,62 (altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 31.191,84 ((otuz bir min yüz doxsan bir manat səksən dörd qəpik) manat borc və 183,58 (yüz səksən üç manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunduğundan, ödənilmiş 95,73 (doxsan beş manat yetmiş üç qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30946.95 (otuz min doqquz yüz qırx altı manat doxsan beş qəpik) manat əsas borc, 244.27 (iki yüz qırx dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu və 0.62 (altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 31191.84 (otuz bir min yüz doxsan bir manat səksən dörd qəpik) manat və 183.58 (yüz səksən üç manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçıSC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3451/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3451/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver