Məhkəmə qərarları › İş №e-2(004)-3458/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3458/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3458/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1xx/xx/4300/11 saylı kredit müqaviləsi üzrə yaranmış 3.300 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2013-cü il tarixə hesablanmış 3.372,35 manat faiz borcu, 6.554,17 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 1.570,90 manat faiz borcu olmaqla, cəmi 14.797,42 manat borcun və ödənilmiş 134,39 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1xx/xx/4300/11 saylı kredit müqaviləsinə əsasən QSC “Bank Standart” KB borcalan Cavabdeh illik 25% hesablanmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 3.600 manat kredit vermişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq və xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Borcun qaytarılması ilə bağlı cavabdehə xəbərdarlıq bildirişi göndərilsə də, borc ödənilməmişdir. Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 3.300 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2013-cü il tarixə hesablanmış 3.372,35 manat faiz borcu, 6.554,17 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 1.570,90 manat faiz borcu olmaqla, cəmi 14.797,42 manat borcu vardır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, QSC “Bank Standart” KB ilə bağladığı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 25% ödəmək şərti ilə 3.600 manat kredit almışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2013-cü tarixdə bitmişdir və müqaviləyə xitam verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üç illik iddia müddətini ötürərək, xx.xx.2016-cı il tarixə kimi ona qarşı iddia qaldırmamış, 6 il 6 ay müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, cavabdehin iddia müddətinin tətbiqinə dair xx.xx.2023-cü il tarixli ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1xx/xx/4300/11 saylı kredit müqaviləsinə əsasən kreditor QSC “Bank Standard” KB borcalan Cavabdeh illik 25% hesablanmaqla 24 ay müddətinə xx.xx.2013-cü il tarixədək qaytarmaq şərti ilə 3.600 manat kredit vermişdir. QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********402 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh LPO QSC “Bank Standart” KB-yə xx.xx.2011-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixədək 3.300 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2011-xx.xx.2013-cü il tarixə hesablanmış 3.372,35 manat faiz borcu, borcun gecikdirilməsinə görə hesablanmış 6.554,17 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 1.570,90 manat faiz borcu olmaqla, cəmi 14.797,42 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin müddəti 21.012.2013-cü il tarixdə bitmişdir və həmin müqavilə üzrə iddiaçının üç illik iddia müddəti ərzində, yəni xx.xx.2016-cı tarixədək iddia qaldırmaq hüququ olmuşdur. İddiaçı üç illik iddia müddətini buraxaraq altı il altı aydan sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə uyğun olaraq iddia müddətinin tətbiqinə dair xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə vermişdir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia rədd edilməli, ödənilmiş 134,39 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1xx/xx/4300/11 saylı kredit müqaviləsi üzrə yaranmış 3.300 manat əsas borc, müqavilənin müddətinin bitdiyi xx.xx.2013-cü il tarixə hesablanmış 3.372,35 manat faiz borcu, 6.554,17 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 1.570,90 manat faiz borcu olmaqla, cəmi 14.797,42 manat borcun və ödənilmiş 134,39 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilməsi” tələbinə dair iddiası (iddia müddəti keçdiyinə görə) rədd edilsin. Ödənilmiş 134,39 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar