Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3461/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5210,7 manat məbləğində pul və 72,5 manat dövlət rüsumu, cəmi 5283.2 (beş min iki yüz səksən üç manat, iyirmi qəpik) manat pul müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış, Cavabdeh1 məxsus olan, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə Cavabdeh2 idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **- AT-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 10210,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İİ Tağım Yol patrul Xidməti inspektoru polis baş serjantı X1 tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********3 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş İİ Tağım Yol patrul Xidməti inspektoru polis baş serjantı X1 tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışından (forma 4) və etibarnamədən müəyyən olunur ki, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İSB.az saytından çıxarışdan müəyyən olunur ki, həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən "xxxx" qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Rich Motors MMC-nin təmir aktından müəyyən olunur ki, "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 10210,70 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 10210,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/0882 saylı geriyə tələb məktubundan və məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən poçt xəbərnamələrindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərə müraciət edilmişdir. Daha sonra iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir) 5000 manat məbləğində sığorta ödənişi, 13 fevral 2024-cü il tarixindən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu, 70 manat məbləğində dövlət rüsumu, 0,56 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5210,7 manat məbləğində pul və 72,5 manat dövlət rüsumu olmaqla, cəmi 5283,2 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir) 5000 manat məbləğində sığorta ödənişi, 13 fevral 2024-cü il tarixindən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu, 70 manat məbləğində dövlət rüsumu, 0,56 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5210,7 manat məbləğində pul və 72,5 manat dövlət rüsumu olmaqla, cəmi 5283,2 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması; cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir), Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 321 manat məbləğində vəkil xidməti xərcinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, Cavabdeh1 qarşı irəli sürülmüş hissədə iddia tələbi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunub ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Mülki Məcəllənin 1108.1-ci maddəsində isə qeyd olunub ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nətıcəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, əqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki mübahisə üzrə cavabdehlərdən biri olan Cavabdeh2 nə əmək müqaviləsi, nə də digər mülki hüquqi müqavilə əsasında Cavabdeh1 tapşırığı və ya onun nəzarəti altında çalışan şəxs deyildir. Cavabdeh1 mülkiyyətində olan “Toyota Hilux” markalı, **- VP-*** dövlət qeydiyyat nömrəli avtomobilini 17 noyabr 2022-ci il tarixli baş etibarnamə əsasında Cavabdeh2 faktiki olaraq satmış və həmin tarixdən avtomobili Cavabdeh2 təhvil vermişdir. Bununla da qeyd olunan avtomobil üzərində sahiblik, istifadə və sərəncam hüququ həmin vaxtdan etibarən bir il müddətinə, yəni-17 noyabr 2023-cü ilədək Cavabdeh2 ötürülmüşdür. Cavabdeh2 həmin avtomobildən öz məqsədləri üçün sərbəst səkildə istifadə etmişdir. Cavabdeh2 01 avqust 2023-cü il tarixdə həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə digər nəqliyyat vasitəsi sahibinə zərər vurulmuşdur. Belə olan halda həmin zərərə görə Cavabdeh1 məsuliyyət daşıya bilməz. Bu halda vurulmuş zərərə görə məsuliyyət Cavabdeh2 öz üzərinə düşür. Buna görə də Cavabdeh1 qarşı irəli sürülən iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiasının Cavabdeh1 aid olan hissədə təmin edilməməsini xahiş edir. Daha sonra, iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrdəki Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin "xxxx" ASC kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə3 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış, Cavabdeh1 məxsus olan, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASCdə “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AT-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 10210,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İİ Tağım Yol patrul Xidməti inspektoru polis baş serjantı X1 tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edirlər ki, Cavabdeh1 da nəqliyyat vasitəsinin mülkiyyətçisi olaraq AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən cavabdehdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Dəymiş ziyanın məbləği ilə razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2022-ci ilin noyabr ayında nəqliyyat vasitəsi baş etibarnamə əsasında satılmışdır. 2023-cü ilin avqust ayında, yəni etibarnamənin qüvvədə olduğu dövrdə həmin hadisə baş vermişdir. Bu məsələ AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə tələbinə əsasən həll edilməlidir. Həmçinin AR Konstitusiya Məhkəməsinin qərarlarına və Ali məhkəmənin preyudisial xarakter daşıyan qərarlarına əsasən, nəqliyyat vasitəsinin qanuni sahibi, əməli törədən şəxs məsuliyyət daşıyır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh "xxxx" ASC-nin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********3 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən “əmlak sığortası” qaydasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ödənilmiş 10210,70 manat məbləğində sığorta ödənişinin 5210,7 manat məbləğində olan hissəsinin müştərək qaydada "xxxx" ASC-yə ödənilməsi barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. İş materiallarında olan İİ Tağım Yol patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışından (forma 4) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Cavabdeh1 məxsus olan, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən "xxxx" markalı, **-AT- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan İSB.az saytından çıxarışdan müəyyən olunur ki, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən "xxxx" qaydasında sığortalanmışdır. İş materiallarında olan Rich Motors MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 10210,70 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 10210,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 73,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan ƏN seriyalı, 622070 nömrəl, xx.xx.2022-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir. Etibarnamə 1 il müddətinə xx.xx.2023-cü il tarixinədək verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsi almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli 9/6067 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan Rich Motors MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2023-cü il buraxılışlı "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10210,70 manat: dəyişilməli hissələrin qiyməti-7213,51 manat; təmir-bərpa işlərinin qiyməti- 2997,2 manat, 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9922,16 manat: dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10210,70 manat: dəyişilməli hissələrin qiyməti-7213,51 manat; təmir-bərpa işlərinin qiyməti-2997,2 manat. Ekspertiza tətqiqatının dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ödənilmiş 10210,70 manat məbləğində sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsinin "xxxx" ASC-yə ödənilməsi barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 320 manat məbləğində pul Prospekt Vəkil bürosunun hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Mülki Məcəllənin 926.3-cü maddəsinə əsasən Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində, saat 11:25-də Şabran rayonu, Surra kəndi ərazisində Cavabdeh1 mülkiyyətində olan və etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi "xxxx" ASC tərəfindən "xxxx" qaydasında sığortalanmış “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən Cavabdeh2 AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 10210,70 manat məbləğində zərər "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalandığı "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında ödədiyi sığorta ödənişini geri tələb edir. Məhkəmə ilkin olaraq iddia tələbinin “cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində sığorta ödənişi, 23 fevral 2024-cü il tarixindən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə tam təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti yol nəqliyyat hadisəsinin baş verdiyi dövrdə, yəni xx.xx.2023-cü il tarixində "xxxx" ASC tərəfindən "xxxx" qaydasında sığortalı olmuşdur. Belə olduğu təqdirdə "xxxx" ASC ödədiyi 10210,70 manat məbləğində pulun 5000 manat məbləğində hissəsini "xxxx" ASC-dən tələb etməkdə haqlıdır. “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri üzündən "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vasitəsinə vurulmuş zərər icbari sığorta məbləği həcmində, yəni 5000 manat məbləğində "xxxx" ASC tərəfindən ödənilməli idi. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ödənilmiş 10210,70 manat məbləğində sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsinin "xxxx" ASC-yə ödənilməsi barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. Xəbərdarlığa baxmayaraq "xxxx" ASC tərəfindən iddiaçıya hər hansı bir ödəniş olunmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" ASC-yə rəsmi olaraq müraciət edilərək, sığorta ödənişinin ödənilməsi tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh hüquqi nəticə etibarı ilə əsassız olaraq ötən dövr ərzində sığorta ödənişini ödəməmişdir. Bu da öz növbəsində ödənişin gecikdirildiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması üçün şərtsiz əsas yaradır. Cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində sığorta ödənişi, 23 fevral 2024-cü il tarixindən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, həmin tələbə mütənasib olaraq ödənilmiş 70,56 manat məbləğində dövlət rüsumu da cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5210,7 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Göründüyü kimi, Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh2 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı subroqasiya qaydasında ödədiyi sığorta ödənişini yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxsdən tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə həmçinin “Toyota Hilux” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh1 aid hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə də müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən sürücülük hüququ olan Cavabdeh2 verilmiş etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilmişdir. Bu baxımdan sığorta ödənişi də subroqasiya qaydasında yalnızca yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan sürücüdən tələb edilməlidir. Məbləğlə bağlı məsələyə gəldikdə isə məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli 9/6067 nömrəli ekspert rəyinin iş materiallarında olan Rich Motors MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2023-cü il buraxılışlı "xxxx" markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərcinin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9922,16 manat məbləğində müəyyən edilmiş hissəsini əsas götürərək, yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin 9922,16-5000=4922,16 manat məbləğində Cavabdeh2 tutulmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği mülki iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli 9/6067 nömrəli ekspert rəyi əsas götürülməklə müəyyən edilməli və Cavabdeh2 4922,16 (dörd min doqquz yüz iyirmi iki manat on altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68,4 (altmış səkkiz manat qırx qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 321 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilmiş hissələrinə mütənasib olaraq cavabdeh "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,56 (yetmiş manat əlli altı qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, həmçinin Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68,4 (altmış səkkiz manat qırx qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 4,1 (dörd manat on qəpik) manat (72,5-68,4=4,1) iddiaçıya aid edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul da cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 5000 (beş min) manat pul, xx.xx.2024-cü il tarixdən 5000 manat sığorta ödənişi tam ödənilən tarixədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,56 (yetmiş manat əlli altı qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, Cavabdeh2 4922,16 (dörd min doqquz yüz iyirmi iki manat on altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68,4 (altmış səkkiz manat qırx qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 4,1 (dörd manat on qəpik) manat (72,5-68,4=4,1) iddiaçıya aid edilməli, cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada hüquqi yardıma görə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul cavabdehlər "xxxx" ASCdən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 5000 (beş min) manat pul, xx.xx.2024-cü il tarixdən 5000 manat sığorta ödənişi tam ödənilən tarixədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,56 (yetmiş manat əlli altı qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Cavabdeh2 4922,16 (dörd min doqquz yüz iyirmi iki manat on altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68,4 (altmış səkkiz manat qırx qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 4,1 (dörd manat on qəpik) manat (72,5- 68,4=4,1) iddiaçıya aid edilsin. Cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada hüquqi yardıma görə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3461/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3461/2024
19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver