Məhkəmə qərarları › İş №e-2(004)-3462/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3462/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3462/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK F7 _1315/K-22 nömrəli müqavilə üzrə cavabdehlərdən 4091,87 (dörd min doxsan bir manat səksən yeddi qəpik) manat əsas, 173,01 (yüz yetmiş üç manat bir qəpik) faiz, 903,77 (doqquz yüz üç manat yetmiş yeddi qəpik) manat cərimə olmaqla cəmi 5168,65 (beş min yüz altmış səkkiz manat altmış beş qəpik) manat pulun və ödənilmiş 71,69 (yetmiş bir manat altmış doqquz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK F7 _1315/K-22 nömrəli müqaviləsinə əsasən cavabdehə illik 20% dərəcəsi ilə 24 ay müddətinə 5.000 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Digər cavabdehlər zamin qismində iştirak edən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müqavilə üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsi üzrə əsas əsas borclu Cavabdeh3 ilə birlikdə məsuliyyət daşıyır. Lakin, zaminlər də əsas borclu qismində müqavilə öhdəliklərinə əməl etməmişlər. Cavabdehlərə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəməyə izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İK F7 _1315/K-22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 5.000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İK F7 _1315/K-22 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 arasında əsas öhdəliyin təmini üsulu kimi zaminlik münasibətləri rəsmiləşdirilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 sərbəst iradələrinin ifafə etməklə xx.xx.2022-ci il tarixli İK F7 _1315/K-22 nömrəli kredit müqaviləsi üzrə əsas öhdəliyin təminatı tədbiri qismində öz üzərlərinə götürmüşlər. Müqavilə üzrə zaminlər əsas borclu ilə bərabər məsuliyyət daşıyırlar. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli İK F7_1315/K-22 nömrəli kredit müqaviləsinə əsasən 4091,87 (dörd min doxsan bir manat səksən yeddi qəpik) manat əsas, 173,01 (yüz yetmiş üç manat bir qəpik) faiz, 903,77 (doqquz yüz üç manat yetmiş yeddi qəpik) manat cərimə olmaqla cəmi 5168,65 (beş min yüz altmış səkkiz manat altmış beş qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə puluna münasibətdə), 467 (dəbbə pulunun azaldılmasına münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Məhkəmə cərimə pulunun həcmi ilə bağlı qeyd edir ki, cərimə pulunun 903,77 (doqquz yüz üç manat yetmiş yeddi qəpik) manat deyil, 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Nəzərə almaq lazımdır ki, 903,77 manat həddində cərimə pulunun müəyyənləşdirilməsi əsaslı və ədalətli hesab edilə bilməz. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 903,77 manat cərimə ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşların cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Cərimə pulunun 400 manatdan yuxarı müəyyən olunması cavabdeh nöqteyinəzərdən, 400 manatdan az müəyyən olunması isə iddiaçı nöqteyi-nəzərdən məqsədə müvafiq hesab olunmur. Nəticə etibarilə, MM-in 462, 467, 472, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zaminlər isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK F7 _1315/K-22 nömrəli müqaviləsinə əsasən cavabdehə illik 20% dərəcəsi ilə 24 ay müddətinə 5.000 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Digər cavabdehlər zamin qismində iştirak edən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müqavilə üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsi üzrə əsas əsas borclu Cavabdeh3 ilə birlikdə məsuliyyət daşıyır. Lakin, zaminlər də əsas borclu qismində müqavilə öhdəliklərinə əməl etməmişlər. Nəticədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə əsasən 4091,87 (dörd min doxsan bir manat səksən yeddi qəpik) manat əsas, 173,01 (yüz yetmiş üç manat bir qəpik) faiz, 400 (dörd yüz) manat cərimə olmaqla cəmi 4664,88 (dörd min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 71,69 (yetmiş bir manat altmış doqquz qəpik) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 4091,87 (dörd min doxsan bir manat səksən yeddi qəpik) manat əsas, 173,01 (yüz yetmiş üç manat bir qəpik) faiz, 400 (dörd yüz) manat cərimə olmaqla cəmi 4664,88 (dörd min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat pul və ödənilmiş 71,69 (yetmiş bir manat altmış doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 4091,87 (dörd min doxsan bir manat səksən yeddi qəpik) manat əsas, 173,01 (yüz yetmiş üç manat bir qəpik) faiz, 400 (dörd yüz) manat cərimə olmaqla cəmi 4664,88 (dörd min altı yüz altmış dörd manat səksən səkkiz qəpik) manat pul və ödənilmiş 71,69 (yetmiş bir manat altmış doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar