Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3510/2025 11.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oğlundan və Cavabdeh1 müştərək qaydada 16927,75 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 5753,70 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumu 117,81 manat pulun iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 05 mart 2013-cü il tarixdə «X3 Azərbaycan» QSC (Bank) ilə Cavabdeh2 (Borcalan) arasında 209/93535 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə X1 24 (iyirmi dörd) ay müddətinə 20 000 USD (iyirmi min ABŞ dolları) məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 18% (on səkkiz faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X3 Azərbaycan» QSC-ə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh1 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşdür. Borcalanın 209/93535 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində «X3 Azərbaycan» QSC ilə Cavabdeh2 arasında 209/93535 №-li Nəqliyyat vasitəsinin (avtomobilin) alqı-satqı və İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X1 məxsus olan 2008-ci il buraxılış tarixli, mühərrikin nömrəsi VQ35198547C, ban nömrəsi JN8AS05Y28X018519 olan, H017585 dövlət qeydiyyat nişanlı, qara rəngli İnfinity FX35 markalı nəqliyyat vasitəsi «X3 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “X3 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, lakin borcalan Cavabdeh2 oğlu və zamin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və onlara hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdir. Nəticədə, bank məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)-166/2015 saylı qətnaməsinə əsasən Cavabdeh2 və Cavabdeh1 cəmi 16927,75 USD və 40,50 manat borc bul tutularaq iddiaçı "X3 Azərbaycan " QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş ipoteka predmeti olan Cavabdeh2 məxsus olan "İnfiniti FX35" H017585 dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş daşınar əmlak açıq hərracda satılması, əldə edilmiş pul vəsaitinin cavabdehin "X3 Azərbaycan" QSC-yə olan borcunun ödənilməsi qət edilmişdir. "Daşınar və Daşınmaz Əmlakların Satış X2" MMC-nin xx.xx.2016-ci il tarixli, 45/10 saylı açıq hərracın yekun nəticələri haqqında protokola əsasən Cavabdeh2 məxsus olan "İnfiniti FX35" H017585 dövlət qeydiyyat nişanlı minik avtomobili 9600 manata satılmışdır. Satışdan əldə olunan məbləğ cavabdehin bankdakı hesabına mədaxil edilmişdir. Şamaxı rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 8(074)-13/2020 nömrəli qərardadı ilə Cavabdeh1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(057)-327/2025 nömrəli qərardadı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. MM-nin 445.7-ci maddəsinin tələblərinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, cavabdeh(lər)in 22 iyul 2015-ci il tarixə əsas borc üzrə 16927,75 ABŞ dollarıödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 22 iyul 2015-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər tam icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik beş faiz olaraq 5753,70 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla 1) xx.xx.2015 tarixdən xx.xx.2016 tarixə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 433 gün - 1018,02 ABŞ dolları, 2) xx.xx.2016 tarixdən xx.xx.2025 tarixə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 3081 gün – 4722,18 ABŞ dolları 3) xx.xx.2025 tarixdən xx.xx.2025 tarixə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 9 gün - 13,50 ABŞ dolları olmaqla ümumilikdə 5753,70 ABŞ dolları təşkil edir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)- 166/2015 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, Cavabdeh2 və Cavabdeh1 cəmi 16927,75 USD və 40,50 manat borc bul tutularaq iddiaçı "X3 Azərbaycan " QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş ipoteka predmeti olan Cavabdeh2 məxsus olan "İnfiniti FX35" H017585 dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş daşınar əmlak açıq hərracda satılması, əldə edilmiş pul vəsaitinin cavabdehin "X3 Azərbaycan" QSC-yə olan borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarına əsasən müəyyən edilir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)-166/2015 saylı icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun xx.xx.2013-cü il tarixli 209/93535 №-li Kredit müqaviləsi üzrə gecikdirilmiş dövr üzrə xx.xx.2025-ci il tarixə olan faiz borcu 5753,70 ABŞ dolları təşkil edir. İş materiallarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 9/3403 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi əlavə edilmişdir. Tədqiqat dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 05 mart 2013-cü il tarixdə «X3 Azərbaycan» QSC (Bank) ilə Cavabdeh2 (Borcalan) arasında 209/93535 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə X1 24 (iyirmi dörd) ay müddətinə 20 000 USD (iyirmi min ABŞ dolları) məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 18% (on səkkiz faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada «X3 Azərbaycan» QSC-ə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh1 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşdür. Borcalanın 209/93535 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində «X3 Azərbaycan» QSC ilə Cavabdeh2 arasında 209/93535 №-li Nəqliyyat vasitəsinin (avtomobilin) alqı-satqı və İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X1 məxsus olan 2008-ci il buraxılış tarixli, mühərrikin nömrəsi VQ35198547C, ban nömrəsi JN8AS05Y28X018519 olan, H017585 dövlət qeydiyyat nişanlı, qara rəngli İnfinity FX35 markalı nəqliyyat vasitəsi «X3 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)-166/2015 saylı qətnaməsinə əsasən Cavabdeh2 və Cavabdeh1 cəmi 16927,75 USD və 40,50 manat borc bul tutularaq iddiaçı "X3 Azərbaycan " QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş ipoteka predmeti olan Cavabdeh2 məxsus olan "İnfiniti FX35" H017585 dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş daşınar əmlak açıq hərracda satılması, əldə edilmiş pul vəsaitinin cavabdehin "X3 Azərbaycan" QSC-yə olan borcunun ödənilməsi qət edilmişdir. "Daşınar və Daşınmaz Əmlakların Satış X2" MMC-nin xx.xx.2016-ci il tarixli, 45/10 saylı açıq hərracın yekun nəticələri haqqında protokola əsasən Cavabdeh2 məxsus olan "İnfiniti FX35" H017585 dövlət qeydiyyat nişanlı minik avtomobili 9600 manata satılmışdır. Satışdan əldə olunan məbləğ cavabdehin bankdakı hesabına mədaxil edilmişdir. Şamaxı rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 8(074)-13/2020 nömrəli qərardadı ilə Cavabdeh1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(057)-327/2025 nömrəli qərardadı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Nəticədə, cavabdehlərin ödənilməmiş dövrə görə 5753,70 ABŞ dolları faiz borcu yaranmışdır. Sözügedən borc məbləği mülki iş üzrə keçirilmiş müvafiq məhkəmə ekspertizası rəyində təsdiqini tapır. MM-in 445.7-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə iddia tələbi əsaslıdır. Tələbkarın üstün maraqları nəzərə alınmalıdır. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Məhkəmə tələb iddia həddində baxır. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdehlər tərəfindən məhkəmə iclaslarında iştirak edilməmiş, iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu istiqamətdə sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb üzrə məbləğin təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 117,81 manat cavabdehlərdən müştərək qaydada tutularaq tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 oğlundan və Cavabdeh1 müştərək qaydada 16927,75 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 5753,70 ABŞ dolları (müvafiq məzənnəyə uyğun olaraq) pul və dövlət rüsumu qismində ödənilmiş 117,81 manat pul tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 oğlundan və Cavabdeh1 müştərək qaydada 16927,75 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 5753,70 ABŞ dolları (müvafiq məzənnəyə uyğun olaraq) pul və dövlət rüsumu qismində ödənilmiş 117,81 manat pul tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3510/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3510/2025
11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver