Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3530/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafıq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 165 manat 99 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 346 manat 39 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanmasi üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Yasamal rayon ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 61 saylı MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 61 saylı Arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov ev 2/15, mənzil 74-ün sahibi cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ilə həmin ünvanda Cavabdeh arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş xx.xx.2016-cı ilədək son ödənişini etmiş və xx.xx.2017-ci il tarixdə 28 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2018-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 7314 N saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş aktdan görünür ki, mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirik ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin mənzilin iddiaçıya məxsus şəbəkədən ayrıldığıxx.xx.2017-ci ildən ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2018-ci ilədək olan müddət 503 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 165.99 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş, məktub qəbul eduilmişdir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil iddiaçıya məxsus xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Tələbin cavabdehə yönəldilməsinə səbəb cavabdehin qeyd edilən mənzilin sahibi olmasıdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-yə 150 manat pul ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş və Birlik tərəfindən bildiriş cavadbehə çatdırılmışdır. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında 61 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və mənzil onun adınadır. İş materiallarında olan İddiaçı MMC-nin «KATV 1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 7314 N nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşları Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15, mənzil 74-də kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanı üzrə KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2010-cu il tarixdə bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2016-cı il tarixinədək isə son ödəməsini edib. xx.xx.2017-ci il tarixində 28 manat borc ilə şəbəkədən ayrılıb. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" LLC-yə ödənilmişdir. İş materiallarında olan və məhkəmə araşdıırması zamanı tətqiq edilmiş video CDdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında yerləşən 74 nömrəli mənzilində KATV1 Kabel Televiziyasının şəbəkəsinə qanunsuz qoşulma olmuşdur. Azərbaycan Respublikası «Telekommunikasiya haqqında» Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı kimi vurulmuş zərər qismində 165.99 manat miqdarında pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 150 (yüz əlli) manat hüquqi xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, sözü gedən müqavilə, istifadəçilərin şəbəkəyə qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Məhkəmə iddia tələbini bu hissədə təmin etməyərkən həm də, onu da nəzərə alır ki, iş materialları ilə İddiaçı MMC-nin «KATV 1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın xx.xx.2018ci il tarixdə tərtib olunmasına baxmayaraq, iddiaçı tərəfindən Cavabdeh işi ilə əlaqədar olaraq hüquqi xidmətin göstərilməsi ilə bağlı Ədalət A firmasına 150 (yüz əlli) manat məbləğində xidmət haqqı xx.xx.2022-ci il tarixdə yəni aktın tərtib edilməsindən 4 il sonra ödənilmiş, iddiaçının nümayəndəsi isə bu ziddiyətli halla bağlı məntiqli açıqlama verə bilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı kimi vurulmuş zərər qismində 165 (bir yüz altmış beş) manat 99 (doxsan doqquz) qəpik miqdarında pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyi iddiaçıya aid edilsin, qalan 50%-i, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyi isə Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı kimi vurulmuş zərər qismində 165 (bir yüz altmış beş) manat 99 (doxsan doqquz) qəpik miqdarında pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyi iddiaçıya aid edilsin, qalan 50%-i, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyi isə Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3530/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3530/2022
23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver