Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-357/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTKdan və Cavabdeh2dan müştərək qaydada 85.000 (səksən beş min) manat, 345 (üç qırx beş) manat dövlət rüsumu və hüquqi yarldım üçün ödənilmiş 321 (üç yüz iyirmi bir) manat pulun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, сavabdeh X3 ilə 23 sentyabr 2021-ci il tarixində kredit müqaviləsi və 25 sentyabr 2021-ci tarixli müqaviləyə dəyişiklik edilməsinə dair saziş bağlanmışdır. Həmin müqaviləyə əsasən ona 85000 manat məbləğində kredit iddiaçı vermişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi 25 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin anası Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin icra müddətinin çatmasına baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət verməyərək, hər dəfə müxtəlif bəhanələrlə krediti qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o (iddiaçı), iddia tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş, kredit müqaviləsinə əsasən ondan (iddiaçıdan) aldığı 85000 manat pulu geri qaytarmamış, bununla da müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud surətdə pozmuşdur. Bununla da cavabdehin həmçinin ona (iddiaçıya) vurduğu zərərləri ödəmək vəzifələri də əmələ gəlmişdir. Bütün bunları nəzərə alaraq, o (iddiaçı), 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X2 verdiyi 85000 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 345 manat alınaraq ona (iddiaçıya) ödənməlidir. Cavabdeh X3 ilə 23 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə 85000 manat əsas borcun və 345 manat dövlət rüsumunun cavabdeh X1 tutulması, kreditin tutulması Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK sökərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasından verilmişolduğu mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin iddia tələbinin ödənilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 25 saylı evin, 33 saylı mənzilinin əvəzinə "xxxx" MTK tərəfindən təqdim edilmiş mənzil satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayan digər şəxslərin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)-705/2023 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edilmiş, cavabdeh X1 85000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq ona (iddiaçıya) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsindən ibarət olan mənzilə yönəldilməsi və digər” hissələrinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı ipoteka predmeti olan mənzilin yerləşdiyi binanın sökülməsi, yəni ipoteka predmetinin məhv olması müəyyən edilmişdir. İpoteka predmetinin məhv olması ilə ipotekaya xitam verildiyindən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilə bilməz. İddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin icraatında baxıldığı vaxtda müəyyən edilmişdir ki, Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) xeyrimə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsini sökərkən ipoteka saxlayanın yəni onun yazılı razılığı almamışdır. Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) tərəfindən ipoteka predmeti olan mənzil sökülərkən həmin mənzillə bağlı hüquqların, həmçinin yüklü olub–olmaması aydınlaşdırılmalı, yüklü olduğu məlum olduqda isə ipoteka saxlayanın razılığı tələb olunmalı idi. Lakin MTK tərəfindən bu tələblər yerinə yetirilmədiyindən ona (iddiaçıya) vurulmuş zərərin əvəzinin müştərək qaydada cavabdeh X1 və Deluxe Residence” MTK (əvvəlki adı "xxxx" MTK) tutularaq ödənilməsi barədə iddia tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Həmçinin, cavabdeh Deluxe Residence” MTK (əvvəlki adı "xxxx" MTK) 15 aprel 2024-cü il tarixli, 23/24 nömrəli məktubdan göstərmişdir ki, ünvan 2 ünvanında yeləşən yaşayış binaları 2021-ci ilin aprel ayında sökülmüş və yerində Cavabdeh1 MTK (əvvəlki adı "xxxx" MTK) tərəfindən çox mənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Həmin dövrdə qərardadda adı qeyd olunan Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı hər hansı müqavilə bağlamaq və sənədləşdirmə aparmaq mümkün olmamışdır. Belə ki, Cavabdeh2 məxsus mənzilin sahəsi kiçik olduğundan, həmin vaxt üçün maddi durumunu nəzərə alaraq onunla şifahi olaraq belə razılaşdırılıb ki, sökülən mənzilinin yerində yeni mənzil verilməsi məsələsinə, yalnız bina tikilib hazır olan dövrdə baxılacaqdır. Hazırda, Cavabdeh2 əlavə ödəniş edərək onlardan istədiyi sahədə yeni mənzil ala bilər. Maddi imkanı olmadığı təqdirdə razılaşmalarına əsasən ona kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam veriləcəkdir. Bu səbəbdən də Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada 85000 manat tutularaq ona (iddiaçıya) ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında borc münasibətləri olub və mənzil də bunun təminatı kimi girov qoyulub Cavabdeh2 iddiaçıya mənzilin söküldüyünü bildirsəydi, iddiaçı kredit verməkdən imtina edərdi. Onlar bilərəkdən mənzil söküldüyü halda ipoteka müqaviləsi ilə mənzili girov qoymuşlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o mənzili şəxsən görməyib, lakin ona bir bina göstərərək, mənzilin həmin binada yerləşdiyini bildiriblər, sonradan məlum olub ki, göstərdikləri əslində tamamilə başqa binadır. Mənzil mövcud olsaydı onu sataraq satışdan əldə olunan vəsaitlə iddiaçı cavabdehə verdiyi vəsaiti geri almış olacaqdı, maddi ziyanı buna əsasən qiymətləndirirlər. Kredit məbləğindən bugünədək ödəniş olunmayıb, hətta onlara məlum olub ki, cavabdehlər bu qaydada başqa şəxsləri də aldatmışlar. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan: “Borc verən” İddiaçı ilə “Borc alan” X3 arasında bağlanılmış 23 sentyabr 2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən X2 23 fevral 2022-ci il tarixənədək 85.000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. “İpoteka qoyan” İddiaçı ilə “ipoteka qoyan” Cavabdeh2 və “Borc alan” X3 arasında bağlanılmış 25 sentyabr 2021-ci il tarixli İpoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsi ipotekaya qoyulmuşdur. “Borc verən” İddiaçı ilə “Borc alan” X3 arasında bağlanılmış 25 sentyabr 2021-ci il tarixli Kredit müqaviləsinə dəyişiklik edilməsinə dair sazişdən görünür ki, X3 İddiaçı tərəfindən verilmiş 85.000 (səksən beş min) manat məbləğində verilmiş kredit məbləğini 23 sentyabr 2022-ci il tarixənədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh X1 85.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1587/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1587/2024 saylı, xx.xx.2024-cü il tarixli xüsusi qərardadına əsasən Cavabdeh1 MTK hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardadın AR Baş Prokrorluğuna göndərilməsi qərara alınmışdır. AR Baş Prokrorluğu yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-2-025/2-201871/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh1 MTK-nın hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli xüsusi qərardad üzrə araşdırma aparılmışdır. Belə ki, İddiaçı 25 sentyabr 2021-ci il tarixli müqavilə ilə X2 85.000 manat məbləğində pul vəsaitini borca vermiş və müqavilənin təminatı kimi sonuncunun anasına məxsus ünvan 3 ünvanında yerləşən mənzil ipoteka yüklü edilmişdir. Borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi ilə bağlı mülki işə məhkəmədə baxılarkən nəzərdə tutulan mənzilin ipoteka saxlayan şəxsin, yəni İddiaçı razılığı olmadan Cavabdeh1 MTK tərəfindən söküldüyü müəyyən edildiyindən MTK-nın hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olubolmaması ilə bağlı məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilmişdir. Araşdırma zamanı Nəsimi rayonu, Dağıstan küçəsi 25 ünvanında yerləşən yaşayış binalarının sökülməsi işləri 2021-ci ilin aprel ayında Cavabdeh1 MTK tərəfindən tamamlanaraq yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlandığı, yəni nəzərdə tutulan mənzil borc pulun təminatı kimi ipoteka yüklü edilməmişdən 6 ay öncə söküldüyü müəyyən edildiyindən MTKnın hərəktələrində hər hansı cinayət tərkibinin əlamətləri aşkar edilmədiyi üçün toplanmış material işə alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 305 saylı, 24 dekabr 2004-cü il tarixli sərəncamına əsasən Nəsimi Rayon tcra Hakimiyyətinin xx.xx.2004cü il tarixli, 01-04/444 saylı, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2004-cü il tarixli, 01/07-07-593 saylı, Nazirliyinin 22.10.04-cü il tarixli, DƏÖD-03/3212 saylı razılıq məktubları, "xxxx" MTK-nın xx.xx.2004-cü il tarixli, 10 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbeyli və Koveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə yerləşən mövcud tikililərinin sökülərək, yaşayış binalarının İayihələşdiriiməsi və tikintisi üçün sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. "xxxx" MTK-nın 15 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “ünvan 2 ünvanında yeləşən yaşayış binaları 2021-ci ilin aprel ayında sökülmüş və yerində Cavabdeh1 MTK tərəfindən çox mənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Həmin dövrdə qərardadda adı qeyd olunan Cavabdeh2 məxsus mənzilin sökülməsi ilə bağlı hər hansı müqavilə bağlamaq və sənədləşdirmə aparmaq mümkün olmamışdır. Belə ki, Cavabdeh2 məxsus mənzilin sahəsi kiçik olduğundan, həmin vaxt üçün maddi durumunu nəzərə alaraq, onunla şifahi olaraq belə razılaşdırılıb ki, sökülən mənzilinin yerində yeni mənzil verilməsi məsələsinə, yalnız bina tikilib hazır olan dövrdə baxılacaqdır. Hazırda Cavabdeh2 əlavə ödəniş edərək bizdən istədiyi sahədə yeni mənzil ala bilər, maddi imkanı olmadığı təqdirdə razılaşmamıza əsasən ona kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam veriləcəkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə X3 arasında bağlanılmış 23 sentyabr 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən borc verən İddiaçı tərəfindən Y.Abutaliba 85.000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 40,15 kv.m. yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Borc alan tərəfindən kredit öhdəlikləri yerinə yetirlmədiyindən İddiaçı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında ipoteka predmetinin sökülməsi müəyyən edilmiş, məhkəmə bunu ipotekaya xitam verilməsi kimi qiymətləndirmişdir. Nəticə etibarilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh X1 85.000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməmişdir. Müvafiq qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1587/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə ki, yuxarı instansiya məhkəməsi məhv olmuş əmlaka tutmanın yönəldilməsini mümkün olmadığını qeyd edərək, əmlakın məhvninin ipotekaya xitam verilməsi üçün müstəqil əsas olduğunu qeyd etmişdir. Hazırda iddiaçı ona vurulmuş ziyanın qarşılanması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlər tərəfindən ona maddi ziyanın vurulması, kredit borcu həcmində maddi ziyan tələb etməsi yetərincə əsaslandırılmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, aparılmış araşdırma zamanı Nəsimi rayonu, Dağıstan küçəsi 25 ünvanında yerləşən yaşayış binalarının sökülməsi işləri 2021-ci ilin aprel ayında Cavabdeh1 MTK tərəfindən tamamlanaraq yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlandığı, yəni nəzərdə tutulan mənzil borc pulun təminatı kimi ipoteka yüklü edilməmişdən 6 ay öncə söküldüyü müəyyən edildiyindən MTK-nın hərəktələrində hər hansı cinayət tərkibinin əlamətləri aşkar edilmədiyi üçün toplanmış material işə alınmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-357/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-357/2025
31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver