Məhkəmə qərarları › İş №e-2(004)-3581/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3581/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3581/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh Oadaş oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işəBakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh Oadaş oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 346 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.692,25 manat əsas, 282,19 manat faiz, 1.021,12 manat məbləğində cərimə və 262.08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3.257,64 manat məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı ləğv prosesində olan “xxxxxxxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan “Mersedes Benz 320 minik" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracdan satılması, satışdan eldə edilmiş pul vəsaitinin ödənişə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Oadaş oğiu arasında bağlanmış 346 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindərı borcalana 36 ay müddətinə, iilik 24% ödənilmək şərtilə 7.280 manat məbləğındə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan “Mersedes Benz 320 minik" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2012-ci il tarixli, 346 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri iazımınca yerinə yetirməmışdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə bank tərəfindən borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlqlar olunsa da, cavabdeh tərəfindərı borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Sonunçu dəfə cavabdeh xx.xx.2018-ci il tarixdə 110 manat məbiəğində ödəniş etmiş, 346 nörnrəli, xx.xx.2012-ci il tarixli kredit muqaviləsi üzrə onun banka ödənilməmiş 1.692,25 manat əsas, 282,19 manat faiz, 1.021,12 manat məbləğində cərimə və 262.08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasınm Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixti Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3.257,64 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh Oadaş oğlu məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 319.6, 385.1, 442, 445.1, 448.2, 739-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, “İddiaçı" ASC ilə Cavabdeh Oadaş oğlu arasında bağlanmış 346 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 36 ay müddətinə, iilik 24% ödənilmək şərtilə 7.280 manat məbləğındə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, 346 nömrəli, xx.xx.2012-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh Oadaş oğlunun mülkiyyətində olan “Mersedes Benz 320 minik" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Hazırda iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, kredit alanın müvafiq kredit müqaviləsi üzrə banka 1.692,25 manat əsas, 282,19 manat faiz, 1.021,12 manat məbləğində cərimə və 262.08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3.257,64 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Habelə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, 346 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh Oadaş oğlundan 1.692,25 manat əsas, 282,19 manat faiz, 150 manat məbləğində cərimə və 262,08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 2.386,52 manat məbləğində borc və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməli, tutma ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tutularaq, banka ödənilməlidir. Habelə, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. 346 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh Oadaş oğlundan 1.692,25 manat əsas, 282,19 manat faiz borcu, 150 manat məbləğində cərimə, 262,08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 2.386,52 (iki min üç yüz səksən altı manat 52 qəpik) məbləğində borc və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan “Mersedes Benz 320 minik" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və açıq hərracda satılsın. Əldə olunan vəsait hesabına iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh Oadaş oğlundan tutulsun. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar