Məhkəmə qərarları › İş №e-2(004)-3581/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3581/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3581/2022 13.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı "Bank of Baku” ASC-nin Cavabdeh qarşı "kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh 6489,96 manat əsas, 1278,05 manat faiz borcu olmaqla, cəmi 7768,01 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 98 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Bank of Baku" ASC arasında xx.xx.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən borcluya illik 22 faiz olmaqla 51 ay müddətində 8200 manat kredit verilmişdir. Hazırda cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçının nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 2(004)-3581/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CC/88432/72/4 saylı kredit sazişinə əsasən bank tərəfindən müştəriyə 48 ay müddətinə illik 22% dərəcəsi ilə 8200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli, CC/88432/72/4 saylı kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdən etibarən 3 ay müddətinə uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, CC/88432/72/4 saylı kredit müqaviləsi üzrə 6489,96 manat əsas, 1278,05 manat faiz borcu, 0 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətinə əsasən surətinə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CC/88432/72/4 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 6489,96 manat əsas, 1278,05 manat faiz borcu olmaqla, cəmi 7768,01 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 98 manat məbləində pul iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CC/88432/72/4 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6489,96 manat əsas, 1278,05 manat faiz borcu olmaqla, cəmi 7768,01 (yeddi min yeddi yüz altmış səkkiz manat bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 98 (doxsan səkkiz) manat məbləğində pul iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar