Məhkəmə qərarları › İş №e-2(004)-36/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-36/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-36/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması və əmlak satılıb boşaldıldıqdan sonra onun alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması və əmlak satılıb boşaldıldıqdan sonra onun alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 049 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 165.600 (bir yüz altmış beş min altı yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh oğlu arasında bağlanmış 134/R müqavilələ əsasında X1 olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 29 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 29 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 049/1 ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunanlarə nəzərə alınmaqla, iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, o, mənzil alınması üçün ipoteka kreditinin verilməsini xahiş etmişdir. İş materiallarında olan 30 may 2008-ci il tarixli 049 nömrəli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, kreditor İddiaçı ASC tərəfindənn borcalan Cavabdeh təminatlılıq əsasında 180 ay müddətinə 165600 manat kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda 29 saylı mənzilin alınması üçün verilmişdir. Həmin müqavilənin 1.4.1-ci maddəsinə əsasən alınacaq yaşayış sahəsi eyni zamanda ipoteka predmetidir. İş materiallarına 30 may 2008-ci il tarixli 049 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafiki əlavə edilmişdir. İş materiallarında olan 30 may 2008-ci il tarixli 049/1 nömrəli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 30 may 2008-ci il tarixli 049 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 29 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir. İş materiallarında olan 30 may 2008-ci il tarixli 134/R nömrəli müqaviləyə əsasən "xxxx" MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 29 saylı mənzil Cavabdeh 165600 manat dəyərində satılmış, Cavabdeh isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2008-ci il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, o, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 29 saylı mənzilin ipotekaya qoyulmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, 30 may 2008-ci il tarixli 049 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 165600 manat əsas, 1955 manat faiz borcu olmaqla ümumilikdə 167555 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli arayışda qeyd edilir ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixə hər hansı borcu yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-in 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MM-in 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə araşdırması zamanı iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 049 saylı kredit müqaviləsi üzrə 165600 manat pulun məxaric edilməsi və Cavabdeh təqdim edilməsi sübuta yetirilmir, bu barədə bank tərəfindən müvafiq kassa əməliyyatlarına dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, İddiaçı ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixə hər hansı borcunun olmadığı qeyd edilir. İddiaçı tərəf isə iddia edir ki, sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Belə olan halda xx.xx.2013-cü il tarixdə bank tərəfindən cavabdehin banka hər hansı borcunun olmaması barədə rəsmi sənədin verilməsi anlaşılan deyildir. Əgər kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmişsə hakimin daxili inamının formalaşması nöqteyi-nəzərdən ötən 16 il ərzində öhdəliyin pozulması əsası ilə bank tərəfindən məhkəməyə müvafiq iddia ərizəsi ilə iddia qaldırılmaması da anlaşılan deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübə müəyyən edən müvafiq 3 ulduzlu qərarına əsasən analoji işlər üzrə bank tərəfi iddiaçı qismində iddia tələbini sübuta yetirməli, müvafiq kredit müqaviləsi üzrə kredit vəsaitinin borcluya təqdim edilməsi barədə əsaslı sübutlar təqdim etməlidir. İddiaçı bank tərəfindən təqdim edilmiş borcun məbləği barədə maliyyə arayışı bilavasitə bankın özü tərəfindən tərtib edildiyindən həmin sübut iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Bununla bağlı sübutetmə yükü iddiaçı bankın üzərinə düşür. İddiaçı tərəf isə üzərinə düşən sübutetmə yükünü təmin edə bilmir, formal mülahizələrə əsasən iddia tələbini müdafiə edir, kredit vəsaitini cavabdehə faktiki olaraq təqdim etməsini sübuta yetirə bilmir. İddiaçı bankın nümayəndəsi arqument olaraq bildirir ki, sözügedən kredit müqaviləsi üzrə bütün sənədlər məhv edilmiş, müvafiq məxaric qəbzləri arxivdə saxlanılmamışdır. Sözügedən arqumentə münasibətdə məhkəmə bildirir ki, yalnız icra edilmiş öhdəliklər üzrə sənədləri 5 ildən sonra məhv edilməsi yolveriləndir. İcra edilməmiş öhdəlik üzrə sənədlərin məhv edilməsi Mərkəzi Bankın müvafiq qaydalarına ziddir. Digər arqument üzrə iddiaçı tərəf bildirir ki, İddiaçı ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli arayışda həmin tarixə borcun olmaması qeyd edilmişdir. Məhkəmə arqumentə münasibətdə bildirir ki, həmin tarixdə bank deməsinə əsasən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 5 il müddət idi ki, öhdəlik icra edilmirdi. Cavabdehin icra edilməmiş yüklü miqdarda kredit öhdəliyi var idisə, belə formada arayışın verilməsinin təkzib edilməsi, arayışın bilavasitə idarə heyətinin sədri tərəfindən təsdiq edilməsinə baxmayaraq həqiqətə uyğun olmaması, saxta sənəd olması iddiaçı tərəfindən sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Bundan əlavə, əgər arayış üzrə məhz müvafiq hesaba dair borcun olmaması qeyd edilirsə də, cavabdehin əgər bankda başqa hesabı, öhdəliyi, kredit müqaviləsi var idisə, bu barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir ki, həmin arayışın mübahisə predmeti üzrə kredit müqaviləsinə deyil, başqa bir öhdəlik üzrə (kredit müqaviləsi, bank hesabı və s.) təqdim edilməsi müəyyən edilsin. İddiaçı tərəf arqument olaraq bildirir ki, 16 ildən sonra iddia ərizəsi ilə məhkəməyə ona görə müraciət edilmişdir ki, bankı hüquqşünasları tərəfindən iddialar vaxtı çatmış öhdəliklər üzrə tərtib edilərək məhkəməyə təqdim edilir. Sözügedən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, Əgər, bu, iddiaçının dediyi kimidirsə, onda kredit müqaviləsi üzrə müvafiq kassa əməliyyatlarına dair sənədlər, məxaric qəbzləri məhv edilməməli, saxlanılmalı idi. Nəzərə alınır ki, 2008-ci il elektronlaşmanın geniş yayıldığı, bank sistemində kargüzarlığa ciddi əməl edildiyi yaxın keçmişdir. Bundan əlavə, İddiaçı ASC 2016-cı ildən etibarən ləğv prosesinə daxil olmuşdur. Həmin tarixə qədər və həmin tarixdən sonra bank güclü iqtisadi aparat olaraq bank kimi borcluların öhdəliklərini təftiş etməli və kredit müqaviləsi üzrə öhdəlik icra edilmirdisə, bu barədə müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət etməli idi. Bununla bağlı tələbin ipoteka predmetinə yönəldilməsi barədə ipoteka saxlayanın qanundan doğan müvafiq hüquqları vardır. Lakin, hər hansı hüquqi hərəkət həyata keçirilməmişdir. Cavabdeh tərəf əsaslı olaraq arqument irəli sürür ki, iddiaçı tərəf sözügedən vəsaiti məxaric etməmiş, pul vəsaitini cavabdehə təqdim etməmişdir. Müqavilə formal əsaslarla bağlanmış, lakin icra edilməmiş, faktiki olaraq həyata keçirilməmişdir. İpoteka predmeti olan ev cavabdehə məxsus deyildir. Bu səbəbdən, cavabdeh tərəf həmin vəsaitin kredit borcu kimi cavabdehə təqdim edilməsi barədə müvafiq sənədlərin məhkəməyə təqdim edilməsini iddiaçıdan tələb edir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən elementlərdən biri, ipoteka müqaviləsinin notarial qaydada bağlanmaması xüsusatı müəyyən edilir. Deməli, tərəflər arasında bağlanmış 30 may 2008-ci il tarixli 049/1 nömrəli ipoteka müqaviləsi notarial qaydada bağlanmadığından etibarlılıq şərti kimi forma şərtinə cavab vermir və bu səbəbdən, etibarsız hesab edilir. Bundan əlavə, kredit müqaviləsi üzrə əsas öhdəlik mövcud olmadığından ipoteka aksessor öhdəlik kimi əsas öhdəliyin təminatı olaraq qüvvəyə minməmiş, tərəflər arasında ipoteka qoyan və ipoteka saxlayan kimi hüquq münasibətləri yaranmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması və əmlak satılıb boşaldıldıqdan sonra onun alıcıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar