Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3603/2022 07.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, RGRR3768931A299 saylı kredit müqaviləsinə əsasən 5537,67 manat əsas borc, 1087,54 manat faiz borcu olmaqla, cəmi 6625,21 manat məbləğində borcun, xx.xx.2019-cu il tarixli, BBLK1736485A103 saylı kredit kartına dair müqaviləyə əsasən 1375,88 manat əsas borc, 289,48 manat faiz borcu olmaqla, cəmi 1665,36 manat borcun və ödənilmiş 102,90 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, RGRR3768931A299 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5770 AZN məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BBLK1736485A103 saylı kredit kartına dair müqaviləyə əsasən ona illik 25 faiz dərəcəsi ilə kredit xətti ayrılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixə banka xx.xx.2021-ci il tarixli, RGRR3768931A299 saylı kredit müqaviləsinə əsasən 5537,67 manat əsas borc, 1087,54 manat faiz borcu olmaqla, cəmi 6625,21 manat məbləğində borcun, xx.xx.2019-cu il tarixli, BBLK1736485A103 saylı kredit kartına dair müqaviləyə əsasən 1375,88 manat əsas borc, 289,48 manat faiz borcu olmaqla, cəmi 1665,36 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, RGRR3768931A299 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5770 AZN məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BBLK1736485A103 saylı kredit kartına dair müqaviləyə əsasən ona illik 25 faiz dərəcəsi ilə kredit xətti ayrılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, RGRR3768931A299 saylı kredit müqaviləsinə əsasən 5537,67 manat əsas borc, 1087,54 manat faiz borcu olmaqla, cəmi 6625,21 manat məbləğində borcun, xx.xx.2019-cu il tarixli, BBLK1736485A103 saylı kredit kartına dair müqaviləyə əsasən 1375,88 manat əsas borc, 289,48 manat faiz borcu olmaqla, cəmi 1665,36 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, kredit müqavilələri ləğv edilməklə, cavabdehdən iddiaçının xeyrinə, xx.xx.2021-ci il tarixli, RGRR3768931A299 saylı kredit müqaviləsinə əsasən 5537,67 manat əsas borc, 1087,54 manat faiz borcu olmaqla, cəmi 6625,21 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli, BBLK1736485A103 saylı kredit kartına dair müqaviləyə əsasən 1375,88 manat əsas borc, 289,48 manat faiz borcu olmaqla, cəmi 1665,36 manat borc və ödənilmiş 102,90 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə, xx.xx.2021-ci il tarixli, RGRR3768931A299 saylı kredit müqaviləsinə əsasən 5537,67 manat əsas borc, 1087,54 manat faiz borcu olmaqla, cəmi 6625,21 (altı min iyirmi beş manat 21 qəpik) manat məbləğində borc, xx.xx.2019-cu il tarixli, BBLK1736485A103 saylı kredit kartına dair müqaviləyə əsasən 1375,88 manat əsas borc, 289,48 manat faiz borcu olmaqla, cəmi 1665,36 (min altı yüz altmış beş manat 36 qəpik) manat məbləğində borc və ödənilmiş 102,90 (yüz iki manat 90 qəpik) manat dövlət rüsumu tutulsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGRR3768931A299 saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli, BBLK1736485A103 saylı kredit kartına dair müqavilə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3603/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3603/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver