Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3624/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı AG Telekom MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 129 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 259 manat 40 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Binəqədi rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Nəsimi rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “xidmətlərin göstərilməsinə dair” müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 52 saylı MKİS tərəfindən verilmiş 270 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, S.Rüstəm küçəsi 33A saylı evin, 4 nömrəli mənzilinin sahibi cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşamış Cavabdeh arasında bağlanmış müqavilə əsasında qeyd edilən mənzil xx.xx.2009-cu il il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş xx.xx.2012-ci ilədək son ödənişini etmiş və xx.xx.2012-ci il tarixdə 20 manat 40 qəpik borcla şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə xx.xx.2012-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0566 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Akt tərtib edildikdən sonra Cavabdeh özünə təqdim edilmişdir. Lakin o aktı qəbul etsə də, akta imza atmaqdan imtina etmişdir. Daha sonra, yəni ikinci dəfə xx.xx.2013-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0120 L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktlardan görünür ki, mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirlər ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin mənzilin iddiaçıya məxsus şəbəkədən ayrıldığı xx.xx.2012-ci ildən, sonuncu aktın tərtib edildiyi tarixədək yəni xx.xx.2013-cü ilədək olan müddət 430 gün təşkil edir. Bu da hər gün üçün 30 qəpik hesablanmaqla 129 manat maddi ziyan təşkil etmişdir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş, məktublar geri qayıtmışdır. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil iddiaçıya məxsus xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Tələbin cavabdehə yönəldilməsinə səbəb cavabdehin qeyd edilən mənzilin sahibi olmasıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununua uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0566 nömrəli aktdan görünür ki, binaya baxış keçirilərkən aşkar edilmişdir ki, mənzil 4 –də KATV-nin söndürülmüş abunəçisi olduğu halda KATV-nin şəbəkəsinə qanunsuz qoşulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 0120 saylı aktdan görünür ki, KATV1 kabel şəbəkəsini yoxlayan zaman 4 saylı mənzilə məxsus kabelin müvafiq icazə olmadan konnektorsuz şəbəkəyə qoşulduğu aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti MKTB 52 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh S.Rüstəm küçəsi, 33a saylı evin 4 saylı mənzilində yaşayır. İş materiallarında olan 10 may 2022-ci il tarixli İddiaçı MMC tərəfindən təqdim olunmuş arayışa əsasən müəyyən olunur ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2012-ci il tarixinədək isə son ödəməsini edib, xx.xx.2012-ci il tarixində 20 manat 40 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, AG Telekom MMC Ədalət-A LLC-nin hesabına 100 manat məbləğində pul vəsaiti köçürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 33A, 4 saylı mənzilin Cavabdeh sahibliyində olduğunu bildirsə də, iş materialları ilə həmin mənzilin Cavabdeh adına olması müəyyən edilməmişdir və iddiaçı tərəfindən həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı mənzilin cavabdehin sahibliyində olması ilə bağlı arayışa istinad etmişdir. İddiaçının təqdim etdiyi sübut, əmlakın cavabdehin mülkiyyətində və ya sahibliyində olması ilə bağlı mötəbər sübut kimi qəbul oluna bilməz. Həmçinin iddiaçı cavabdehin əvvəllər kabel xidmətindən istifadə etdiyini bildirmiş, lakin bu xidməti təsdiq edəcək müqaviləni də məhkəməyə təqdim etməmiş, bu halları arayışında bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin ona ziyan vurması ilə bağlı iş materiallarına əlavə etdiyi sübutlar iddianın sübut olunması üçün kifayət etmir və iddia tələbi əsasız olduğundan rədd edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı AG Telekom MMC-nin Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 129 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 259 manat 40 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-3624/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3624/2022
31.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver