Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3636/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və mənzilin boşaldılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ipoteka saxlayan Bank "xxxx" ASC alıcı-ipoteka qoyan Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-115/20/001 nömrəli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən dəyəri 43688 manat olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilin satış qiymətinin 4388 manat olan hissəsi alıcıipoteka qoyan Cavabdeh2 tərəfindən, 39300 manat olan hissəsi isə kreditor - ipoteka saxlayan Bank "xxxx" ASC və alıcı-ipoteka qoyan arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA115/20/001 nömrəli Kredit müqaviləsinə əsasən kreditor ipoteka saxlayan tərəfindən alıcı ipoteka qoyan Cavabdeh2 verilmiş 39300 manat kredit vəsaiti hesabına ödənilmişdir. Kredit illik 4% dərəcəsi ilə 240 ay müddətində hər ay 238,15 manat ödəmək şərti ilə verilmişdir. xx.xx.2020-ci il tarixli 4Ə-2316 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh2 mənzilin alınması üçün ilkin olaraq 4388 manat, kredit müqaviləsi üzrə 2020-ci ilin noyabr ayı 264,35 manat, dekabr ayı 238,15 manat, 2021-ci ilin yanvar ayı 238,15 manat, fevral ayı 238,15 manat, mart ayı 238,15 manat, aprel ayı 238,15 manat olmaqla, cəmi 1.455,10 manat aylıq ödənişləri "xxxx" ASC-yə ödəmişdir. 2021-ci ilin may - iyun ayları üçün ödəniş edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8488/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2444/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilin üzərində ½ hissədə Cavabdeh1, ½ hissədə Cavabdeh2 mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilə görə "xxxx" ASC-yə yaranmış borcun, (2021-ci ilin may ayından başlayaraq) eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca və ona hesablanacaq faizlərin Cavabdeh1 və Cavabdeh2 birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir Kollegiya, həmçinin, qeyd etmişdir ki, mübahisəli mənzilə görə qalıq borc məbləği tərəflər arasında paylarına mütənasib bölünməli və belə olan halda, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 saylı evin, 2 saylı mənzilə görə "xxxx" ASC-yə yaranmış borc (2021-ci ilin may ayından başlayaraq) eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca hesablanacaq faiz birgə öhdəlik hesab olunmaqla onların hər birinə münasibətdə ½ hissədə "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1518/2022 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8488/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. HEBA Consulting tərəfindən ünvan 1 ünvanı 25 sentyabr 2020-cu il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən, mənzilin bazar qiyməti 43690 manat, likvid qiyməti 40200 manat dəyərində qiymətləndirilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 38101.48 manat, faiz borcu 1041.84 manat təşkil edir. Beləliklə cavabdehlərin xx.xx.2021-ci il tarixinə ümumi borcu 39143.32 manat təşkil edir. Göstərilənlərə əsasən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MİDA-115/20/001 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 38101.48 manat əsas borc, 1041.84 manat faiz borcu, ümumilikdə 39143.32 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 208 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 nömrəli evin Yeni qaydalarla AZ 1089 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2 nömrəli mənzilinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması və mənzilin boşaldılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, sözü gedən əmlak tərəflərin birgə nikah dövründə əldə edilmiş və məhkəmə qətnaməsi ilə aralarında bölünmüşdür. Eyni zamanda sözü gedən mənzil ipotela predmeti olduğu üçün kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər də, tərəflər arasında bölünmüşdür. İş məhkəmədə olan zaman mənzilin üzərində həbs olduğundan hüquqlarını müdafiə etdiyi şəxs mənzilə dair hər hansı bir rəsmi sənəd ala bilmir. Bundan başqa tərəflər arasında olan nikah pozulduğundan digər cavbdeh də kredit müqaviləsi üzrə öhdəliklərini yetirməkdən boyun qaçırmışdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qəbul etdiyini bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış MİDA-115/20/001 saylı, xx.xx.2020-ci il tarixli əsas kredit müqaviləsinə əsasən bank cavabdehə 240 ay müddətinə illik 4 faiz olmaq şərtiylə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 3 nömrəli evin 2 (yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2) saylı mənzilinin alınması üçün 39300 manat məbləğində kredit vermişdir. xx.xx.2020-ci il tarixli, MİDA-115/20/001 saylı Güzəştli Mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən alıcı-ipoteka qoyan Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 3 nömrəli evin 2 (yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2) saylı mənzilini kredit müqaviləsinin təminatı kimi kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC qarşısında ipotekaya qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “Cavabdeh2 adına birgə nikah dövründə 12 saylı DNK-da bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-2316 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmış Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilinin (b-17, g-105) 2/3 hissəsinə Cavabdeh1 və 1/3 hissəsinə Cavabdeh2 payının müəyyən edilməklə, mülkiyyət hüququnun tanınması və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi; qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh2 adına birgə nikah dövründə 12 saylı DNK-da bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-2316 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən alınmış və Bank "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilinin (b-17, g-105) alınması üçün lkin ödəniş kimi verilmiş 4.388 manat və aylıq ödəniş kimi verilmiş 1.455,10 manat olmaqla, cəmi 5.843,10 (beş min səkkiz yüz qırx üç manat on qəpik) manat vəsaitinin tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait kimi tərəflər arasında payları bərabər olmaqla bölünməsi, onların hər birinin payının 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, Cavabdeh2 mənzilin alınması üçün ödənilmiş 5.843,10 manat vəsaitin 1/2 (ikidə bir) hissəni təşkil edən 2.921,55 (iki min doqquz yüz iyirmi bir manat əlli beş qəpik) manat pulun tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, iddiaçı Cavabdeh1 birgə nikah dövründə Cavabdeh2 adına alınmış və Bank "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilinin (b-17, g-105) üzrərində ümumi mülkiyyət hüququna və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 2.921,55 (iki min doqquz yüz iyirmi bir manat əlli beş qəpik) manat pulun ödənilməsi ilə onun mənzil üzərindəki hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8488/2021, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2444/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbi qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilin üzərində ½ hissədə Cavabdeh1, ½ hissədə Cavabdeh2 mülkiyyət hüquqlarının tanınması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilə görə "xxxx" ASC-yə yaranmış borc, (2021-ci ilin may ayından başlayaraq) eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca və ona hesablanacaq faizlər Cavabdeh1 və Cavabdeh2 birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1518/2022, xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8488/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcları yaranmışdır. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçı Bank "xxxx" ASC Cavabdeh2 arasında MİDA-115/20/001 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli və Cavabdeh2 ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış MİDA-115/20/001 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə olan 38101.48 manat əsas borc, 1041.84 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və cavabdehlərdən iddiaçının xeyrinə 38101.48 manat əsas borc, 1041.84 manat faiz borcu tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehlərin xx.xx.2022-ci il tarixinə 38101.48 manat əsas, 1041.84 manat faiz borcu varıdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 3 nömrəli evin Yeni qaydalarla AZ 1089 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2 nömrəli mənzilinə yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən sözü gedən mənzilin ilk satış qiyməti 43690 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5. maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7 maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 3 nömrəli evin 2 saylı (yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2) mənzilinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, ipoteka və girov ilə yüklü edilmiş əmlakın satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi İcra Haqqında Qanuna əsasən icra mərhələsində həll edildiyindən iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MİDA-115/20/001 saylı kredit müqaviləsi ləğv edilməli; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 38101.48 manat, faiz borcu üzrə 1041.84 manat, cəmi 39.143.32 manat məbləğində pul vəsaiti tutulmalı; tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 3 nömrəli evin 2 (yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2) mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılmalı, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bank "xxxx" ASC-yə borcu ödənilməli; ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti bərabər şəkildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verilməli; ipoteka predmetinin ilkin satış məbləği 43688 (qırx üç min altı yüz səksən səkkiz) manat müəyyən edilməli; ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 3 nömrəli evin 2 (yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2) mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra könüllü surətdə boşaldılmadıqda, ən geci 1 (bir) ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 208 (iki yüz səkkiz) manat dövlət rüsumu 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MİDA-115/20/001 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 38101.48 manat, faiz borcu üzrə 1041.84 manat, cəmi 39.143.32 manat məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 3 nömrəli evin 2 (yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2) mənzilinə yönəldilsin və mənzil açıq hərracdan satılsın, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bank "xxxx" ASC-yə borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti bərabər şəkildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verilsin. İpoteka predmetinin ilkin satış məbləği 43688 manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 3 nömrəli evin 2 (yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 105, M4, m2) mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra könüllü surətdə boşaldılmadıqda, ən geci 1 (bir) ay ərzində boşaldılsın. İş üzrə ödənilmiş 208 (iki yüz səkkiz) manat dövlət rüsumu 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3636/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3636/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver