Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3643/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə X6 arasında xx.xx.2013-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/1914/13 saylı müqavilə bağlanmış, iddiaçı Bank tərəfindən X4 illik 15 (on beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2.905 (iki min doqquz yüz beş) manat məbləğində kredit verilmişdir. Lakin, X6 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun 11 may 2018-ci il tarixə Banka 1.132,96 (bir min bir yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 134,83 (bir yüz otuz dörd manat, 83 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1.267,79 (bir min iki yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı QSC "xxxx" KB yaranmış borc tələbinə dair X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair məhkəməyə müraciət edərkən DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən, X3 vəfat etməsi səbəbindən qeydiyyatdan çıxması məlum olmuşdur. Vərəsəlik işinin açılıb-açılmasına dair sorğular verilmiş, məlum olmuşdur ki, X6 barəsində vərəsəlik işi açılmışdır. Hüquqi varisinin müəyyən edilməsi üçün Bakı şəhər 5 saylı Notariat Ofisinə müraciət edərək, Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinin iddiaçıya göndərilməsini xahiş etmişik. Notariat Ofisi tərəfindən xx.xx.2015-ci il tarixdə X3 miras əmlakına 2V-1-53 reyestrdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surəti iddiaçıya təqdim edilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş X6 vərəsələri qızları Cavabdeh2 və X2r. Vərəsələr miras əmlakdan bərabər hissədə pay almışlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, 1 otaq, yaşayış sahəsi 19.8 kv.m , yardımçı sahə 37.62 kv.m, ümumi sahə 57.42 kv.m. olan bağ evi və mülkiyyətində olan 0.112969 ha torpaq sahəsindən ibarətdir. Qeyd olunanlar nəzərə alınmaqla, QSC "xxxx" KB ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/1914/13 saylı kredit müqaviləsi üzrə onun vərəsələri cavabdehlər Cavabdeh2 və X1 1.132,96 (bir min bir yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 134,83 (bir yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.267,79 (bir min iki yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 32.68 (otuz iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə xahiş edilir. İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının nümayəndəsi X8 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdehlərin övladları məhkəmə iclasına gəlmişlər, lakin təmsilçilik səlahiyyəti barədə müvafiq sənədləri (etibarnamə) təqdim etmədiklərindən məhkəmə iclasında nümayəndə kimi tanınmamış, buna baxmayaraq sona kimi məhkəmə iclasını müşahidə etmişlər. Məhkəmə iclasından kənar məhkəmə mübahisənin mahiyyəti barədə onlara müvafiq izahlar vermişdir. İş materiallarında olan kredit müqaviləsinə əsasən iddiaçı QSC "xxxx" KB ilə X6 arasında xx.xx.2013-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/1914/13 saylı müqavilə bağlanmış, Bank tərəfindən X4 illik 15 (on beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2.905 (iki min doqquz yüz beş) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin ödənilməli olduğu son tarix 01 iyul 2015-ci ildir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, X3 QSC "xxxx" KB-yə xx.xx.2013-cü il tarixli, 1xx/xx/1914/13 nömrəli kredit müqaviləsinə əsasən 1.132,96 (bir min bir yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 134,83 (bir yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.267,79 (bir min iki yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş vərəsəlik işi materialları və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14 dekabr 2013-cü il tarixdə vəfat etmiş X3 vərəsəsidirlər və onlar miras əmlakından müvafiq pissədə pay almışdır. Miras əmlakı daşınmaz əşya təşkil etmişdir, ünvan 1 ünvanında yerləşən, 1 otaq, yaşayış sahəsi 19.8 kv.m , yardımçı sahə 37.62 kv.m, ümumi sahə 57.42 kv.m. olan bağ evi və mülkiyyətində olan 0.112969 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan QSC "xxxx" KB-nin X3 vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə), 741-ci (faiz borcuna münasibətdə), 1151.1 (miras əmlaka münasibətdə), 1306.1 və 1307-ci (öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” X6 vəfat etdiyindən "xxxx" QSC "xxxx" KB qarşısında öhdəliklərini yerinə yetirilməməklə müqavilə şərtləri pozulmuşdur. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 miras qoyan X3 vərəsələridirlər. Onlar miras əmlakından müvafiq pissədə pay almışlar. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 739, 741, 1151.1, 1306.1 və 1307-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MMin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı QSC "xxxx" KB ilə X6 arasında xx.xx.2013-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/1914/13 saylı müqavilə bağlanmış, Bank tərəfindən X4 illik 15 (on beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2.905 (iki min doqquz yüz beş) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin ödənilməli olduğu son tarix 01 iyul 2015-ci ildir. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, X3 QSC "xxxx" KB-yə xx.xx.2013-cü il tarixli, 1xx/xx/1914/13 nömrəli kredit müqaviləsinə əsasən 1.132,96 (bir min bir yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 134,83 (bir yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.267,79 (bir min iki yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat borcu vardır. Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş vərəsəlik işi materialları və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14 dekabr 2013-cü il tarixdə vəfat etmiş X3 vərəsəsidirlər və onlar miras əmlakından müvafiq pissədə pay almışdır. Miras əmlakı daşınmaz əşya təşkil etmişdir, ünvan 1 ünvanında yerləşən, 1 otaq, yaşayış sahəsi 19.8 kv.m , yardımçı sahə 37.62 kv.m, ümumi sahə 57.42 kv.m. olan bağ evi və mülkiyyətində olan 0.112969 ha torpaq sahəsindən ibarətdir. QSC "xxxx" KB-nin X3 vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin, cavabdehlər öhdəliklərini icra etməmişlər. Nəticədə, cavabdehlərin miras passivi olaraq 1.132,96 (bir min bir yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 134,83 (bir yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.267,79 (bir min iki yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat öhdəliyi yaranmışdır. Məhkəmə prezumpsiya olaraq qəbul edir ki, miras qoyanın miras aktivi mövcuddur və həmin miras aktivi vərəsələr tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla cavabdehlər (vərəsə) miras əmlakının dəyərinin kredit müqaviləsi üzrə müvafiq öhdəlikdən aşağı həddə təşkil etməsi və ya miras qoyanın ümumiyyətlə miras aktivinin olmaması ilə bağlı (MM-in 1307-ci maddəsi) üzərinə düşən sübutetmə yükünü həyata keçirtməmiş, bu barədə hər hansı mülahizə bildirməmiş, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehlər məhkəmə iclaslarından və mübahisədən xəbərdar olmuşlar, lakin iddia müddətinin tətbiq barədə yazılı ərizə ilə məhkəməyə müraciət etməmişlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 32.68 (otuz iki manat altmış səkkiz qəpik) manat məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.132,96 (bir min bir yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 134,83 (bir yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.267,79 (bir min iki yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 32.68 (otuz iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.132,96 (bir min bir yüz otuz iki manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 134,83 (bir yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.267,79 (bir min iki yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 32.68 (otuz iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3643/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3643/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver