Məhkəmə qərarları › İş №e-2(004)-3648/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3648/2022

08.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3648/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 15000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 135 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili məhkəməyə ərizə ünvanlayaraq, mülki işin aidiyyatı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, mülki iş aidiyyəti üzrə cavabdehlərdən Cavabdeh1 qeydiyyat ünvanı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus şəsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında, digər Cavabdeh2 isə Culfa, H.Əliyev Pros., 19A ünvanında qeydiyyatdadır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeydiyyat ünvanı Yasamal rayonunun ərazisinə aid olmadığından mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün iddiaçının ərizəsinə əsasən Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş iddiaçının seçiminə görə aidiyyəti üzrə Cavabdeh1 qeydiyyat ünvanı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair 2(004)- 3648/2022 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar